04 Fevral 2025 08:45
455
SİYASƏT
A- A+
Dalanda qalan ölkə

Dalanda qalan ölkə


Ermənistan qlobal layihələrdən özünü təcrid etməklə milli maraqlarını millətçilik hikkəsinə qurban verir


Azərbaycan Zəngəzur  dəhlizinin açılması üçün praktiki addımlar atır. Ermənistan tərəfi isə dörd ildən çoxdur  bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Keçən ay nəqliyyat məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirədə bu fikirlər bir daha səsləndirildi. Həmin mühüm məsələdən  geniş bəhs edərkən Prezident İlham Əliyev  ermənilərin "Sülh kəsişməsi" adlı bir layihəni ortalığa atdığını da diqqətə çatdırdı: "Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur".

Doğrudur, Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarını dövlətimiz müxtəlif yollarla təmin edir. İlk növbədə sərnişinlər İranın ərazisindən keçir və yüklər də oradan daşınır. Gürcüstan, Türkiyə ərazilərindən də bu bağlantı yaradıla bilər. Amma onlar iqtisadi cəhətdən daha əlverişsizdir, həmçinin yol  uzanır, vaxt gedir. Ona görə də prioritet  ən rahat yoldur. Prezidentimiz bir daha bəyan etdi ki, heç bir yoxlamadan keçmədən, heç bir narahatlıqla üzləşmədən Azərbaycandan-Azərbaycana maneəsiz keçid olmalıdır: "Biz görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı baypas edən avtomobil körpüsünün tikintisi də, artıq bu layihə də icra edilir və yəqin ki, bu il tamamlanacaq. İkinci körpü də inşa ediləcək, artıq Naxçıvan Muxtar Respublikasında. Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan-Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir".

Dalan ölkə... Bu vəziyyətə Ermənistan özünün böyük səhvləri və cinayətləri nəticəsində düşüb. Belə ki, son onilliklər regionda həyata keçirilən qlobal layihələrin heç birinin iştirakçısı deyil. Öz xislətinə görə bu layihələrin hamısından qıraqda qalıb. Neft və qaz ixracı marşrutları, dəmir yolu xətləri, nəqliyyat dəhlizləri onun ərazisindən yan keçir. Bir sözlə, Ermənistan bu sahədə də özünü çıxdaş bir ölkəyə çevirib.

Azərbaycan həmin dövrdə dünya əhəmiyyətli nəhəng layihələr həyata keçirib və bu istiqamətdə işləri uğurla davam etdirir. Hələ keçən əsrin sonunda ölkəmiz Bakı-Novorossiysk, Bakı-Supsa kimi neft kəmərlərini işə salıb. Ardınca, XXI əsrin əvvəlində üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri çəkilib. Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə boyu uzanan bu kəmər Xəzərin ölkəmizə məxsus sektorundan çıxarılan nefti dünya bazarlarına çatdırır.

BTC bütün regiona xeyir-bərəkət gətirən kəmərdir və belə bir xəttin Ermənistandan yan keçməsi bu ölkənin həm siyasi imicinə, həm də əhalisinin güzəranına böyük zərbədir. Ermənistan, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsindən kənarda qalıb. Təbii ki, bundan sonra çəkilən müxtəlif təyinatlı xətlər də Ermənistandan keçməyib. Azərbaycan qonşu Gürcüstan və Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu çəkib. "Şərq-Qərb" nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu yolla daşımalar ildən-ilə artır. 

Ermənistan isə bütün bu nəhəng işlərə kənardan, düşdüyü iqtisadi dalandan seyrçi kimi baxır. Səbəb aydındır. Azərbaycan bu qlobal layihələri həyata keçirəndə torpaqlarımızın böyük bir hissəsi işğal altında idi. Təbii ki, neçə-neçə bölgəmizi tar-mar edən, insanlarımızı soyqırımına məruz qoyan cinayətkar qonşu ilə heç bir layihədə tərəfdaş ola bilməzdik. Dövlətimizin başçısı o vaxt qəti bildirmişdi ki, erməni faşistləri torpaqlarımızdan çıxmayana qədər vəziyyət bu cür də davam edəcək. Beləliklə, Ermənistan siyasi, iqtisadi, enerji və nəqliyyat dalanına çevrilmişdi. 

İndi dünyanın müxtəlif yerlərində gedən iqtisadi proseslər, çətinliklər, böhranlar Azərbaycan iqtisadiyyatının dayanıqlı olduğunu göstərir. Biz güclü iqtisadiyyat yaratmışıq və iqtisadi asılılığı tamamilə aradan qaldırmışıq. Əgər kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, zəfər çala bilməzdik. Yəni qalib gəlmək üçün önəmli layihələr icra etmişik. Bu gün dünyanın və bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs təşəbbüsümüzlə icra edilən layihələrin həm ölkəmizə, həm də tərəfdaşlarımıza nə qədər böyük fayda gətirdiyini görsün. Bu nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin, dostlarımızın, müttəfiqlərimizin sayı onlarladır. 

Dövlətimizin gücü, Müzəffər sərkərdəmizin iradəsi və zəkası ilə, igidlərimizin qanı- canı bahasına artıq mənfur işğalçını torpağımızdan qovmuşuq. Şanlı qələbə qazanmışıq. İndi dövlətimiz, Prezidentimiz böyük humanizm göstərərək erməniləri regionda həyata keçirməyə başladığımız layihələrdə iştirak etməyə çağırır. Lakin ermənilərin xisləti bu mərhələdə də özünü aydın nümayiş etdirir. Çünki onlar sülh adamı deyil, qurub-yaratmağa maraqları yoxdur, işləri-peşələri dava-dalaşdır. Kapitulyasiya etdiklərinə, üzərlərinə öhdəlik götürdüklərinə baxmayaraq, verdikləri sözdən qaçmaq istəyirlər.

Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra Zəngəzur dəhlizi məsələsi beynəlxalq gündəliyə, beynəlxalq leksikona salınıb. Bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. 

Prezident İlham Əliyev sözügedən müşavirədə Azərbaycan xalqının bütün olub-keçənləri, o cümlədən Zəngəzuru da unutmadığını deyib: "Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan-Azərbaycana keçid verməlidir".

Ermənistanda isə Zəngəzur adı gələndə vahiməyə düşürlər... Vaxt qazanaraq bu layihədən kənarda qalmağa cəhd edirlər. Görünür, Ermənistan dalanda qalmağa artıq vərdiş edib.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!