28 May 2023 10:00
2186
SİYASƏT
A- A+
Cümhuriyyətin yadigarı - Azərbaycan bayrağı

Cümhuriyyətin yadigarı - Azərbaycan bayrağı

 

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk müstəqil, demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycanda dövlətçilik ənənələrinin bərpası gerçəkləşəndə mühüm məsələlərdən biri əsas dövlət atributlarından, simvollarından olan bayrağın hazırlanması oldu. 
Cümhuriyyət hökuməti tərəfindən bayraq haqqında ilk qərar 1918-ci il iyunun 21-də verildi. Qərara əsasən, Azərbaycanın dövlət bayrağı qırmızı rəngdə, orta hissəsində ağ aypara və səkkizguşəli ulduz təsvirli  qəbul olundu. İyunun 21-də isə hökumət bayraq haqqında qərar verdi.
Həmin ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında dövlət bayrağı təsdiqləndi. Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin açılışı zamanı binanın üzərində dalğalanmağa başladı. Dalğalandıqca da Azərbaycanın dövlət müstəqilliyinin sevinci, qüruru ilə könülləri riqqətə gətirdi.
O gün - 1918-ci ilin 7 dekabrında parlamentin açılış mərasimində Məhəmməd Əmin Rəsulzadə fəxrlə söylədi: "Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir daha qaldırılmış bayraq  bir daha enməyəcəkdir!"
Dövlət bayrağımızın rənglərinin mənası barədə Üzeyir bəy Hacıbəyli 1919-cu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində yazdı: "Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur".
Cəfər Cabbarlı isə Azərbaycan bayrağında əks olunan rənglərin mənasını "Azərbaycan bayrağına" şeirində belə təsvir etdi:
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!
XX əsrin 20-ci ilində müstəqil ölkəmizin başı üzərinə qaldırılan bayrağımızı Cəfər Cabbarlı "Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim" deyə vəsf edirdi. 
Bir daha enməmək ümidi, inamı ilə ucaldılan üçrəngli, ay-ulduzlu bayrağımız dalğalandıqca düşmənlərin bağrı yarılırdı. 1920-ci il aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi ilə düşmənlər arzularına çatdılar. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan dövlət atributlarını sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məburiyyətində qaldı. Azərbaycan dövlətinin müstəqilliyinin rəmzi olan üçrəngli, ay-ulduzlu bayrağımızın da yeri vətənpərvərlərimizin, millətsevərlərimizin nisgilli könülləri oldu. Bu nisgil, bu həsrət yetmiş il çəkdi. Ayrılıq uzun sürsə də, nəhayət, sona çatdı. 1980-ci illərin sonlarında meydan hərəkatında üçrəngli, ay-ulduzlu bayrağımız qaldırıldı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiqləndi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" qanun qəbul etdi.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, eləcə də dövlət bayrağını bərpa etdi. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də  imzaladığı sərəncamla 9 Noyabr tarixi Bayraq Günü kimi qeyd olunur.
Azərbaycan bayrağı ucalarda dalğalandıqca sevincimiz, qürurumuz yerə-görə sığmır. Ancaq 2020-ci ilin payızınadək bu duyğulara qüssə qarışmışdı. Çünki 1990-cı illərdə torpaqlarımızın iyirmi faizi Ermənistan tərəfindən işğal olunmuşdu. Otuz ilə yaxın əsarətdə qalan həmin ərazilərimizi 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu işğalçılardan azad etdi. Yağılardan geri aldığımız, işğaldan azad olunmuş ərazilərimizdə - Qubadlıda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında... bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan bayrağı əzəmətlə, qürurla dalğalanır.
 
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SEPAH: İran səmasında daha bir pilotsuz təyyarə vurulub

06:41
05 Aprel

Azərbaycanın gənclər və idman nazirinin Türkiyəyə səfəri başa çatıb

23:47
04 Aprel

Buşehr Atom Elektrik Stansiyası yaxınlığına mərmi düşüb, bir nəfər ölüb

21:43
04 Aprel

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

Rəsmi Kiyev sülh danışıqlarında fasiləni şərh edib

20:45
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

Türkiyədəki vətəndaşlarımız üçün səyyar “ASAN xidmət” təşkil edilib

13:51
04 Aprel

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

13:41
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!