29 Noyabr 2023 02:46
3554
Səhiyyə
A- A+
COVID-19 ürək xəstəliklərinə səbəb olur

COVID-19 ürək xəstəliklərinə səbəb olur

Dünyada milyonlarla insanın ölümünə səbəb olan COVID-19 kəskin infeksiya kimi başlayan, lakin sonradan xroniki hala çevrilən ciddi sağlamlıq problemidir. İlk zamanlar ağciyərlərə təsirinə görə təhlükəli hesab edilən virusun aparılan araşdırmalardan sonra ürək problemləri olmayan insanlarda belə ürək zədələnməsinə səbəb olduğu məlum olub. Alimlər bildirirlər ki, koronavirusdan sağalanların 70-80 faizinin ürək-damar sistemində zəifləmə müşahidə olunur.

 

Dünyanın diqqət mərkəzində olan COVID-19-la bağlı araşdırmalar hələ də davam edir. Tədqiqatlar həm aktiv və sağalmış xəstələr üzərində, həm də həyatını itirmiş şəxslərdə patoloji-anatomik müayinələrlə həyata keçirilir. Belə araşdırmalardan biri də Nyu York Universitetinin Qrosman Tibb Məktəbinin tədqiqatçıları tərəfindən COVID-19-un orqanizmə fəsadları ilə bağlı aparılıb. Sübut olunub ki, koronavirus insanlarda xəstəliyin ağır keçməsindən və yanaşı xəstəliklərin olmasından asılı olmayaraq ürəkdə fəsadlar yarada bilir.

Araşdırma zamanı koronavirusa yaxalanmış və daha sonra ürək-damar problemləri səbəbindən dünyasını dəyişmiş yaşlı və orta yaşlı səkkiz xəstənin məlumatlarından istifadə edilib. Onların heç birində öncədən ürək çatışmazlığı və ya kardiomiopatiya olmayıb. Keçirilən anatomik müayinə zamanı müəyyən edilib ki, virus damar divarlarının daralmasına səbəb olur. Elmi tədqiqat virusun birbaşa infarkt riskini artırdığını aydınlaşdırmaqla yanaşı, damarların zədələnməsi ilə beyin və digər orqanlara zərər verə biləcəyini də aşkarlayıb.

Tədqiqat göstərib ki, qanda laxtalanma və iltihabın inkişafına təkan verən koronavirus ürək damarlarını blokladığına görə infarkta səbəb ola bilir. Belə ki, xəstəliyin ağır gedişatı zamanı trombların və iltihab prosesinin güclənmə ehtimalı artır. Koronavirus ateroskleroz kimi tanınan lövhə adlandırdığımız ürək-damar divarındakı pozuntulara birbaşa nüfuz edir və iltihabı tətikləyir. Damar divarına yapışan virus orada başlayan pisləşməni hədəf alaraq yara əmələ gətirir və iltihab yolu ilə yaranı genişləndirir, kənar amillərin təsiri altında infarkta gətirib çıxarır.

2022-ci ildə aparılan digər bir araşdırma zamanı isə xəstəxanaya yerləşdirilməsi tələb edilməyən koronavirus xəstəsində belə ürək-damar, qan laxtalanması, insult, ritm pozuntuları, ürək çatışmazlığı, perikard iltihabı və ani ürək dayanması xəstəliklərinin inkişaf riskinin olduqca yüksək olması müəyyən edilib.

Son illər miokardit cavan xəstələrdə ölümün əsas səbəblərindən biri hesab edilir. Ürəyi zədələmək üçün virusun bu orqana daxil olması şərt deyil, virus ağciyərləri zədələməklə və ürəkdə oksigen aclığına səbəb olmaqla, həmçinin iltihabi immun cavab yaratmaqla buna səbəb olur. Universitetin tədqiqatçıları ürək xəstəliyi və ya ürək xəstəliyi risk faktorları olan gənclərə COVID-19-un təsirləri ilə bağlı araşdırmaların hələ davam etdiyini bildirirlər. Bəzi ilkin araşdırmalar göstərib ki, koronavirusu hətta yüngül keçirənlərdə belə o, ürəyə zərər verərək xroniki ürək xəstəliklərini tətikləyir.

Koronavirus əleyhinə peyvəndlərin yan təsirləri barədə müxtəlif fikirlər səsləndirilir. Bəzi insanlar infarkt, insult və buna bənzər laxtalanma ilə əlaqəli xəstəlikləri COVID-19 peyvəndləri ilə əlaqələndirirlər. Lakin bununla bağlı heç bir elmi məlumat yoxdur. Əksinə, araşdırmalar bu xəstəliklərə məhz koronavirusun səbəb olduğunu ortaya qoyub.

Alimlər müəyyən ediblər ki, ürək xəstəlikləri insanın ölüm riskini artıran əsas faktordur. Siqaret çəkmək, oturaq həyat tərzi keçirmək, yüksək qan təzyiqi, yüksək qan lipidləri, şəkərli diabet, artıq çəki və qidalanma bu risk faktorları arasındadır.

Mütəxəssislər bildirirlər ki, bundan sonra COVID-19 virusu artıq hamımızın adi qəbul etdiyi qrip kimi həyatımızda olacaq. Bu zaman bizim vəzifəmiz ürək xəstəliyi riskini artıran amillərdən mümkün qədər uzaq olmaqdır.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!