18 Sentyabr 2024 08:25
660
SİYASƏT
A- A+
COP29-a kölgə salmaq cəhdi mənasızdır

COP29-a kölgə salmaq cəhdi mənasızdır


Qərb şvabelərdən istifadə edərək qarayaxma kampaniyasını genişləndirsə də, heç nəyə nail olmayacaq


"COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyalarının genişlənməsi gözlənilən idi. Bu, Azərbaycanın suverenliyinə göstərilən təhdid, dövlətimizin apardığı müstəqil siyasətə kölgə salmaq cəhdidır. Amma bu, mənasızdır. Azərbaycan bu gün inkişaf edən, xarici ölkələrlə sağlam münasibətlər yaratmağa çalışan, öz xalqının rifahı üçün əməli tədbirlər həyata keçirən bir dövlətdir. Azərbaycanın müstəqil siyasət yürütməsi, heç bir dövlətin bizə diktəsinin işləməməsi, əlbəttə ki, Qərbi narahat edir". 

"Azərbaycan" qəzetinə açıqlamasında siyasi şərhçi Tahir Rzayev bildirib ki, bəzi dövlətlərə rəhbərlik edənlərə  çaxnaşma, insanların qarşı-qarşıya qoyulması lazımdır. Ancaq Prezident İlham Əliyevin müstəqil siyasəti nəticəsində Ermənistan istisna olmaqla qonşu dövlətlərlə, eləcə də dünyanın aparıcı ölkələri ilə sağlam münasibətlərin yaradılması üçün bütün lazımi addımlar atılıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Dövlətimiz Avropanın qabaqcıl ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verir: "Bu sahədə dövlət başçısı heç bir ölkə ilə məsləhətləşmir, o, xalqın milli mənafeyini, təhlükəsizliyini önə çəkir, inkişaf üçün lazım olan layihələrin həyata keçirilməsinə imza atır. Bu, Qərbi narahat etməyə bilməz, çünki başda ABŞ olmaqla bəzi Avropa ölkələri hazırda da xalqları öz müstəmləkəsində saxlamaq uğrunda mübarizə aparırlar. Onlar bu yolda AŞPA kimi qurumlardan, Şvabe kimi korrupsioner deputatların rolundan istifadə edir və Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirirlər",

Ekspert qeyd edib ki, dünyada seçilən, beynəlxalq tədbir olan COP29-a evsahibliyi etmək və onu yüksək səviyyədə keçirmək bəşəriyyətin gələcəyi, dünyada əmin-amanlığın qorunması, atmosferin sağlamlaşdırılması baxımından çox əhəmiyyətlidir. Ölkəmiz bu tədbirə ciddi hazırlaşır. Azərbaycan bundan əvvəl də yüksəksəviyyəli beynəlxalq tədbirlərə evsahibliyi edib, təşkilatçılığı ilə dünyaya nümunə olub. Konfrans ərəfəsində ölkəmizə qarşı atılan məkrli addımlar onu göstərir ki, Qərbi insanların taleyi, gələcəyi deyil, öz maraq və mənafeleri daha çox düşündürür: "Belə olmasaydı, COP29-un daha yüksək səviyyədə keçirilməsinə əhəmiyyət verərək, öz köməklərini Azərbaycandan əsirgəməzdilər. Təəssüflər olsun ki, belə bir vaxtda Şvabe kimi təxribatçı siyasətçilərdən istifadə edərək Azərbaycana qarşı çirkin kampaniya aparılır. Azərbaycanda guya söz, mətbuat azadlığının məhdudlaşdırıldığı, siyasi məhbuslar olduğu, insanların siyasi baxışlarına görə təqib edildiyi iddia olunur. Şvabelər belə üsullardan istifadə edərək Azərbaycanın artan imicinə kölgə salmağa çalışırlar". 

Onun sözlərinə görə, Avropa İttifaqı, AŞPA öz imicini belə saxtakar deputatlara etibar edir. Əlbəttə, bu, həmin dövlətlərin, beynəlxalq təşkilatların nüfuzuna heç bir töhfə vermir, əksinə, onları hörmətdən salır. 

Şvabelərin uydurduqları böhtanların Qərbdən qaynaqlandığını deyən T.Rzayev bildirib ki, bütün bunlar bir nöqtədən idarə olunur: "Çünki ABŞ-nin siyasətçilərinin və Aİ-nin müəyyən məsul dairələrinin dedikləri Şvabenin uydurduqları ilə üst-üstə düşür və ya onu təkrarlayır. Azərbaycan sülh, azadlıq, demokratiya yolunda inamlı addımlar atır. Prezidentin çıxışlarında bu, özünü aydın göstərir. Ölkə rəhbəri dəfələrlə xatırladıb ki, Azərbaycan qalib dövlət olsa da, Ermənistanla sülh bağlamaq, mehriban qonşuluq şəraitində yaşamaq fikrindədir. Təəssüf ki, Qərbin təkidi, tapşırığı ilə sülh müqaviləsinin imzalanması  gecikdirilir. Bu gün Ermənistan nəinki sülhə gəlmir, həm də ABŞ, Fransa və digər ölkələrdən silah-sursat almaqla yenidən revanş götürmək fikrindədir. Bu, Şvabe kimi deputatların çağırışlarının nəticəsidir. Bu saxta oyunçular Qərbin dediklərini ifadə edirlər. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan qüdrətli dövlətdir, güclü orduya malikdir, xalq birdir, öz suverenliyini, müstəqilliyini qorumaq əzmindədir. Bunun üçün hər bir kəs səfərbər olmağı bacarır". 

Siyasi şərhçi qeyd edib ki, şvabelərin dedikləri sabun köpüyünə bənzəyir və belə bəyanatlar çox verilir, bundan sonra da veriləcək. Azərbaycan xalqı, bəşəriyyət belə çağırışlara artıq inanmır. Müstəqilliyə, demokratiyaya can atan xalqlar Azərbaycanın haqq yolunda olduğunu bilir və yeri gələndə onu dəstəkləyirlər. COP29 kimi mötəbər, bəşəriyyətin inkişafına, gələcəyinə xidmət edən tədbirə kölgə salmaq isə bəşəriyyətə xəyanət, insanlığa zidd, beynəlxalq normaların ciddi şəkildə pozulmasıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!