17 Oktyabr 2024 18:46
832
COP29
A- A+
Cənubi Koreyada “COP29-a aparan yol - Azərbaycanda, Bakıda gündəlikdə nə var?” adlı panel müzakirələr təşkil olunub

Cənubi Koreyada “COP29-a aparan yol - Azərbaycanda, Bakıda gündəlikdə nə var?” adlı panel müzakirələr təşkil olunub

Mənzil-qərargahı Cənubi Koreyada yerləşən Qlobal Yaşıl Artım İnstitutu (GGGI) “Təxminsizlik dövründə yaşıl artım” adlı Qlobal Yaşıl Artım Həftəsi çərçivəsində Seulda “COP29-a aparan yol - Azərbaycanda, Bakıda gündəlikdə nə var?” adlı panel müzakirələr təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BMT-nin sabiq Baş katibi, GGGI Şurasının prezidenti və sədri Pan Gi Munun videomüraciəti səsləndirilib. O, dünyada siyasi qeyri-sabitlik, hazırda davam edən müharibələr, iqtisadi qarşıdurmalar, qlobal istiləşmə, iqlim dəyişiklikləri təhdidlərinə toxunub, ətraf mühit böhranları ilə mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin birgə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb, az karbonlu dayanıqlı dünyanın formalaşdırılmasında və yaşıl artımın sürətləndirilməsində GGGI-nin səylərini qeyd edib.

Panel müzakirələrdə əsas natiq qismində iştirak edən ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov Azərbaycanın ətraf mühit təhlükəsizliyinə, ekoloji dayanıqlılığa və yaşıl artıma verdiyi əhəmiyyətdən, eləcə də iqlim dəyişikliyinin mənfi fəsadlarının ölkəmizin qarşısına qoyduğu hədəflərə nail olunmasına törətdiyi təhdidlərdən danışıb. O, Azərbaycanın strateji hədəflərindən birini karbon iqtisadiyyatından yaşıl iqtisadiyyata keçidin təşkil etdiyini, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də təsbit olunmuş 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım olduğunu, 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini diqqətə çatdırıb.

Diplomat Ermənistanın transsərhəd suları çirkləndirməsinin strateji ətraf mühit hədəflərimizə nail olmağa törətdiyi çətinliklər, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların və partlamamış sursatların uzunmüddətli ətraf mühit məqsədlərimizə nail olunmasına yaratdığı maneələrdən danışıb.

COP29-un əhəmiyyəti, əsas mövzusu, vizyonumuz, gözləntilərimiz, sədrliyimiz çərçivəsində görülən işlər və irəli sürdüyümüz təşəbbüslər, İqlim Fəaliyyəti üzrə Dünya Liderləri Sammiti barədə məlumat verən R.Həsənov “COP Truce” (“COP atəşkəsi”) təşəbbüsü ilə əlaqədar birgə atəşkəs çağırışından bəhs edərək, indiyədək 127 ölkənin və 1100-ə yaxın qeyri-dövlət aktorunun, eləcə də çoxsaylı tanınmış şəxsin və dini liderlərin bu təşəbbüsü dəstəklədiklərini diqqətə çatdırıb.

GGGI-nın baş direktorunun müavini Helena MakLaud COP29-a qatılacaq GGGI-nin nümayəndə heyətinə başçılıq edəcəyini, COP29-un əsas diqqətinin maliyyə məsələlərinə cəlb olunacağını bildirib. Eyni zamanda, GGGI-da iqlim fəaliyyətinin təsirləri və iqlim maliyyələşdirilməsi ilə bağlı aparılmış tədqiqatların nəticələrini təqdim edib.

Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin yaşıl inkişaf və iqlim dəyişikliyi üzrə nazir müavininin köməkçisi Alanud Alhac COP28-in nəticələri, nailiyyətləri, həmin tədbir çərçivəsində aparılmış danışıqlar və maliyyə vədləri, eləcə də İtki və Zərər Fondu barədə məlumat verib. O, həmçinin “Troyka” formatı çərçivəsində Azərbaycan və Braziliya ilə birlikdə çalışdıqlarını, ölkəmizin səylərini dəstəklədiklərini vurğulayıb, eləcə də COP29 zamanı iqlim maliyyələşdirilməsi məsələsinin irəlilədiləcəyinə, Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) müəyyənləşdiriləcəyinə ümid bəslədiklərini bildirib.

GGGI-nin baş direktorunun köməkçisi Kyunq Nam Şin çıxışında İnstitutun fəaliyyətləri, layihələri, yaşıl artım indeksi, cəlb edilmiş maliyyə resursları, donorları, Karbon Keçidi Mexanizmi və Koreya Yaşıl Yeni Sövdələşmə Etimad Fondu barədə danışıb.

GGGI-nin İqlim Fəaliyyəti və İnklüziv İnkişaf Departamentinin direktoru İnqvild Solvanq ölkəmizə COP29-la bağlı böyük məsuliyyətli işdə müvəffəqiyyətlər arzulayıb, COP29-un mürəkkəb gündəliyi ilə bağlı hərtərəfli icmala görə təşəkkürünü bildirib, “COP Truce” (“COP atəşkəsi”) təşəbbüsünün maraqlı olduğunu və Qlobal Yaşıl Artım Həftəsinin mövzusuna uyğun gəldiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya parlamenti miqrasiya siyasətini sərtləşdirdi 

18:21
18 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

18:16
18 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

18:14
18 Oktyabr

Məlumatların ötürülməsi zamanı rekord sürətə nail olunub

18:12
18 Oktyabr

Almaniya Ukraynaya raket göndərməyəcək

18:11
18 Oktyabr

Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir 

17:28
18 Oktyabr

Sabirabadda 11 mindən çox ağac əkiləcək

17:25
18 Oktyabr

MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclası olub

17:21
18 Oktyabr

“Yeniyetmə və gəclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin təqdimatı olub

17:18
18 Oktyabr

Azərbaycan II TÜRKSOY Teatr Festivalında təmsil olunur

17:16
18 Oktyabr

İran: Problemlər dinc yolu ilə həll olunmalıdır

17:09
18 Oktyabr

“Araz” SES yenidən qurulacaq - AÇIQLAMA

16:58
18 Oktyabr

Peşə təhsilinin təşkili ilə bağlı cəzaçəkmə müəssisələrinə baxış keçirilib

16:58
18 Oktyabr

“Qarabağ” rəsmiləri Yohan Kroyff adına institutun diplomunu alıblar

16:55
18 Oktyabr

Çin lideri Rusiyaya gedəcək  

16:51
18 Oktyabr

Bayden Almaniyanın ən yüksək dövlət mükafatına layiq görülüb

16:39
18 Oktyabr

Gürcüstanda yeni nazir təyinatı olub  

16:33
18 Oktyabr

Gürcüstan azərbaycanlıları Xankəndi və Ağdamda olublar

16:31
18 Oktyabr

NATO Baş katibi Estoniyaya gedir

16:20
18 Oktyabr

Böyük Qayıdışa həsr olunmuş növbəti fləş-mob keçirilib

16:17
18 Oktyabr

Bakının “Art Nouveau” memarlıq irsi Brüsseldə nümayiş olunur  

16:09
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!