17 Oktyabr 2024 08:35
188
İQTİSADİYYAT
A- A+
Dünya COP29-a bir əlində od, digər əlində su ilə gəlir

Dünya COP29-a bir əlində od, digər əlində su ilə gəlir


İqlim dəyişmələri ilə bağlı dünya alimlərinin fikirləri bəzən üst-üstə düşmür. Mövzunu araşdıran alimlərin bir qismi bunun inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrdəki iqtisadi irəliləyişin sürətinin qarşısının alınması üçün ortaya atılan bir oyun olduğunu iddia edir. İqlim dəyişmələrinin bəşəriyyət üçün çox böyük problem olduğunu izah etməyə çalışan digər alimlər isə problemin kökündə istilik effekti yaradan parnik qazlarının və karbon-dioksidin (CO2) udulmasının dayandığını deyirlər.

Alimlərin hesablamalarına görə, əgər atmosferdə parnik qazları olmasaydı, o zaman Yer kürəsində orta illik temperatur təxminən 19 dərəcə Selsi olardı. Çünki  karbon qazı və digər qazlar atmosferin üst qatlarında günəşdən gələn istiliyi tutub saxlamaqla bizi hədsiz istilikdən mühafizə edərək bir növ mühafizə zolağı yaradırlar. Bununla həmin qazlar insanların normal yaşaması və işləməsi üçün zəruri temperaturu formalaşdırır. XX əsrin ortalarından sənayenin inkişafı ilə əlaqədar atmosferdə sürətlə artan karbon qazının həcmi günəş istiliyinin atmosferdə daha çox miqdarda saxlanması ilə nəticələndi və havada sərhəd olmadığından, CO2 qazı orada sərbəst hərəkət etdiyindən istilik effekti dünyanın bütün ölkələrinin başı üzərini aldı ki, bunu da alimlər qlobal istiləşmə adlandırırlar.

1995-ci ildən qlobal istiləşmə ilə rəsmən mübarizəyə qalxan bəşəriyyət onun qarşısının alınması yollarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP) axtarır. COP konfransları silsiləli şəkildə hər il bir ölkədə keçirilir. Noyabrda Bakıda baş tutacaq COP29-da iştirak edəcək ölkələr qlobal istiləşməni mümkün qədər 1,50C saxlamağı öz üzərlərinə öhdəlik kimi götürüblər. Həmin öhdəliyi yerinə yetirmək mümkün olduğu halda 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olunacaq ki, bu da istixana qazlarının səviyyəsinin azaldılması deməkdir. Qeyd edək ki, Azərbaycan bu öhdəliyə 2021-ci ildə qoşulub. Həmin vaxt Qlazqo şəhərində keçirilmiş COP26 zamanı ölkəmiz 2050-ci ilə qədər istixana qazı emissiyalarının 1990-cı il səviyyəsi ilə müqayisədə 40 faizə qədər azaldılmasını hədəf kimi bildirmiş və işğaldan azad olunmuş ərazilərdə 2050-ci ilə qədər karbon neytrallığı zonası yaratmaq təşəbbüsü ilə çıxış etmişdir.

COP29 dünya üçün böyük əhəmiyyətə malikdir. Bu tədbir sayəsində torpaq örtüyünün qorunması, geoloji müxtəlifliyin bərpası, yeni su hövzələrinin yaradılması kimi proseslərə diqqət artacaq və nəticədə təkcə ekoloq və metereoloqların deyil, ayrı-ayrı fərdlərin düşüncəsində dəyişiklik yaranacaq. Məlumdur ki, sərt iqlim dəyişmələri təbii və süni fəlakətlərə, yeni xəstəliklərə səbəb olur. Bu baxımdan COP29 insan sağlamlığının qorunması üçün də mühüm tədbir olacaq. 

Sirr deyil ki, bu gün dünyanın yoxsul ölkələrində yaşayan insanlar iqlim dəyişmələrinə qarşı daha həssasdırlar. Onlar təhlükənin bir addımlığında olsalar da, ona qarşı mübarizə aparmaq üçün çox az resursa malikdirlər. Lakin qlobal iqlim dəyişmələri bütün ölkələrin daxilində və dövlətlər arasında bərabərsizlik yaradır. Ona görə də bu məsələyə vaxtında diqqət yetirilməsə, iqlim dəyişmələri təkcə zəif inkişaf etmiş ölkələri deyil, nəhəng dövlətləri və gələcək nəsilləri də çənginə ala bilər. 

Qlobal iqlim dəyişmələri bizim də həyat və təsərrüfat fəaliyyətimizə təsirsiz ötüşmür. Ağrılı hal odur ki, əgər bir ərazidə quraqlıq baş verirsə, digər tərəflərdə sel, daşqın, torpaq sürüşməsi özünü göstərir. İqlim dəyişmələrinin ən böyük təsiri isə Xəzər dənizinin ətrafında baş verir. Hazırda Samurdan Astara çayına qədər ərazidə dəniz ən azı 200 metr geri çəkilib. Mütəxəssislərin dediyinə görə, hətta həmin ərazidə dənizin 300 metr geri çəkilməsi müşahidə olunan yerlər də var. Ötən illər Kür çayında da bu halı görmək mümkün idi. Nə yaxşı ki, indi yağıntıların çoxluğu suyun səviyyəsini bir qədər artırıb.

Təkcə bu deyil ki?! Planetdə atmosferə atılan hər bir tullantı, havanı çirkləndirən karbon qazı insanların ömrünü qısaldır. Dünyada 200-dən çox ölkə var. Hər bir ölkə düşünməlidir ki, onlar ayrı olsalar da, dünya vahiddir. Bu günədək keçirilən COP tədbirləri də məhz onu göstərir ki, hər kəs öz ərazisini təmiz saxlasa, onu qayğı ilə qorusa, bu, çirklənməyə qarşı birgə mübarizə və dünyanın bütövlüyünün saxlanması demək olar. Bunun üçün öncə 2016-cı ildən qüvvəyə minən Paris Sazişinin nə qədər əhəmiyyətli olduğunu diqqətdə saxlamaq lazımdır. Dünyada neft, qaz, daş kömür kimi yanacaqlardan istifadə edilir. Bir gün onların tükənəcəyi alternativ enerjiyə keçidi sürətləndirməyi tələb edəcək. Paris Sazişinin əsas məqsədlərindən biri də elə budur - bərpaolunan enerjiyə keçmək. Azərbaycan günəş, külək, su kimi tükənməz sərvətdən istifadə edən ölkələr sırasındadır. Qarabağ, Şərqi Zəngəzur və Naxşıvan Muxtar Respublikası "yaşıl enerji" zonasına çevrilməkdədir. COP29 bu sadalananların səmərəsini göstərmək üçün əvəzsiz fürsətdir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya parlamenti miqrasiya siyasətini sərtləşdirdi 

18:21
18 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

18:16
18 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

18:14
18 Oktyabr

Məlumatların ötürülməsi zamanı rekord sürətə nail olunub

18:12
18 Oktyabr

Almaniya Ukraynaya raket göndərməyəcək

18:11
18 Oktyabr

Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir 

17:28
18 Oktyabr

Sabirabadda 11 mindən çox ağac əkiləcək

17:25
18 Oktyabr

MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclası olub

17:21
18 Oktyabr

“Yeniyetmə və gəclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin təqdimatı olub

17:18
18 Oktyabr

Azərbaycan II TÜRKSOY Teatr Festivalında təmsil olunur

17:16
18 Oktyabr

İran: Problemlər dinc yolu ilə həll olunmalıdır

17:09
18 Oktyabr

“Araz” SES yenidən qurulacaq - AÇIQLAMA

16:58
18 Oktyabr

Peşə təhsilinin təşkili ilə bağlı cəzaçəkmə müəssisələrinə baxış keçirilib

16:58
18 Oktyabr

“Qarabağ” rəsmiləri Yohan Kroyff adına institutun diplomunu alıblar

16:55
18 Oktyabr

Çin lideri Rusiyaya gedəcək  

16:51
18 Oktyabr

Bayden Almaniyanın ən yüksək dövlət mükafatına layiq görülüb

16:39
18 Oktyabr

Gürcüstanda yeni nazir təyinatı olub  

16:33
18 Oktyabr

Gürcüstan azərbaycanlıları Xankəndi və Ağdamda olublar

16:31
18 Oktyabr

NATO Baş katibi Estoniyaya gedir

16:20
18 Oktyabr

Böyük Qayıdışa həsr olunmuş növbəti fləş-mob keçirilib

16:17
18 Oktyabr

Bakının “Art Nouveau” memarlıq irsi Brüsseldə nümayiş olunur  

16:09
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!