21 Mart 2026 12:11
1424
Mədəniyyət
A- A+
Bu gün Xalq şairi Səməd Vurğunun doğum günüdür

Bu gün Xalq şairi Səməd Vurğunun doğum günüdür


Martın 21-də Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ictimai xadim Səməd Vurğunun doğum günüdür. Onu Azərbaycan xalqına sevdirən şeirlərindəki sadəlik, səmimilik, xalq dilinə yaxınlıq, həm də dərin mənalılıqdır. Şairin ədəbiyyatımızın qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. Səməd Vurğun cəmi 50 il yaşamasına baxmayaraq, onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasına böyük təsir göstərib.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Səməd Vurğunun anadan olmasından 120 il ötür.

Səməd Vurğun hələ gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı, çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olub. Təhsil illərində Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Emin və digərlərinin əsərlərini oxuyub. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub. 1930-cu illərdə şairin “Könül dəftəri” və “Şeirlər” kitabları çapdan çıxıb. 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ədəbiyyatımızın incilərindən hesab olunur. 1937-ci ildə “Vaqif”, sonrakı illərdə “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını qələmə alıb.

Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevral ayında böyük şairin 120 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Ukrayna enerji əməkdaşlığının həm təcrübəsi, həm də perspektivi var

15:44
25 Aprel

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:42
25 Aprel

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi anılıb

15:24
25 Aprel

Ukrayna Prezidenti: Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik

14:28
25 Aprel

Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib

14:18
25 Aprel

Prezident İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir

14:04
25 Aprel

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

13:58
25 Aprel

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub YENİLƏNİB

13:48
25 Aprel

Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var

13:38
25 Aprel

Bazar günü gözlənilən hava şəraiti açıqlanıb

12:43
25 Aprel

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 55 cinayətin üstü açılıb

10:54
25 Aprel

Azərbaycan Ordusunda keçirilən atıcılıq üzrə birincilik başa çatıb

10:52
25 Aprel

Dnepr şəhərinə raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var

10:13
25 Aprel

ABŞ-də federal edam cəzaları bərpa olunacaq

10:12
25 Aprel

ABŞ-nin İrana qarşı əməliyyata xərclədiyi məbləğ açıqlanıb

10:11
25 Aprel

BMT: Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücum qeydə alınıb

09:57
25 Aprel

Bilmək istəyirəm

09:20
25 Aprel

Qlobal çağırışların müzakirə olunduğu dialoq mərkəzi

09:15
25 Aprel

Bakının memarlıq simfoniyası

09:10
25 Aprel

"Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika" məsələləri Bakıda müzakirə olundu

09:05
25 Aprel

ARDNF ilk rübün hesabatını açıqlayıb

09:00
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!