05 Dekabr 2025 17:36
109
CƏMİYYƏT
A- A+
Bölgələrdə 900-dək işəgötürənin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib  

Bölgələrdə 900-dək işəgötürənin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib  


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi tərəfindən 14 rayon və şəhərdə (Bakı, Naxçıvan, Gəncə, Quba, Şamaxı, Sabirabad, Zaqatala, Mingəçevir, Sumqayıt, Tovuz, Şirvan, Masallı, Laçın, Bərdə) “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qadınların nisbətən az təmsil olunduğu müəssisələr üzrə dövlət və qeyri-dövlət sektoru üzrə 900-dək işəgötürənin iştirakı ilə keçirilən tədbirlərdə əmək qanunvericiliyində son illərdə aparılan islahatlar, həmçinin qadınların məşğulluq imkanlarının artırılması üçün qanunvericilikdə edilmiş mütərəqqi dəyişikliklər diqqətə çatdırılıb.

Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında Azərbaycanda qadın əməyi ilə bağlı son illər aparılan islahatların nümunə kimi göstərildiyi vurğulanıb.

Habelə Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ-hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar barədə ətraflı məlumat verilib. Bundan əlavə, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlər üçün təqdim etdiyi xidmətlər iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ilə əlaqədar fikirlərini bildiriblər.

Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı haqqında da məlumat təqdim olunub.

Tədbirlərin yekununda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada müsəlmanlara qarşı dini zəmində ayrı-seçkilik artıb  

18:17
05 Dekabr

İsrail Prezidenti Səudiyyə Ərəbistanı ilə sülh bağlamaq arzusundadır   

18:16
05 Dekabr

Vladimir Putin: Ukrayna qoşunları çıxmasa, Rusiya Donbası güclə ələ keçirəcək  

18:14
05 Dekabr

Çin Azərbaycanda aparılan humanitar minatəmizləmə fəaliyyətinə ianə edib  

18:13
05 Dekabr

Antoniu Koşta: Azərbaycan və Ermənistan arasında sülh sazişi yeni imkanlar açır  

18:12
05 Dekabr

Ali Məhkəmədə Femida könüllüləri ilə görüş keçirilib

18:10
05 Dekabr

BMTM-in şöbə müdiri : Azərbaycan Qlobal Cənub və enerji təhlükəsizliyində strateji rol oynayır  

18:09
05 Dekabr

Azərbaycan və Tatarıstan birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işləri müzakirə edib  

18:08
05 Dekabr

Komitə sədri Cəlilabadda vətəndaşlarla görüşüb  

18:08
05 Dekabr

Milli Məclis komitələrinin birgə iclasında müzakirə olunan qanun layihələri plenar iclasa tövsiyə edilib  

18:07
05 Dekabr

Türkiyəli nazir: Sosial təminat, əməyin mühafizəsi və digər istiqamətlərdə Azərbaycanla təcrübə mübadiləsi aparırıq  

18:05
05 Dekabr

Xocavənddə üzüm bağını icarəyə götürən sahibkar: Məqsəd yerli əhalini işlə təmin etməkdir  

18:02
05 Dekabr

Urs Emil Unkauf: Qərbi Azərbaycan məsələsinin Almaniyada da müzakirəyə çıxarılması mümkündür  

18:01
05 Dekabr

Moskvada MDB İqtisadi Şurasının 108-ci iclası keçirilib YENİLƏNİB 

17:59
05 Dekabr

“Telegram”da vətəndaşlara saxta iş təklifləri göndərilir - XƏBƏRDARLIQ  

17:58
05 Dekabr

Mantraya Strateji Tədqiqatlar İnstitutunun prezidenti Qərbi azərbaycanlıların tarixi köçürülmə prosesi barədə məlumatlandırılıb  

17:57
05 Dekabr

Zəngəzur dəhlizinin önəmli hissəsi - məşhur Salamməlik stansiyasından

17:56
05 Dekabr

2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsi tikiləcək SƏRƏNCAM  

17:50
05 Dekabr

Media: ABŞ 2027-ci ilədək NATO öhdəliklərinin əksəriyyətini Avropaya ötürmək istəyir  

17:49
05 Dekabr

İordaniyalı professor: Azərbaycan-Ermənistan sülh sazişi mədəni irsin qorunması üçün tarixi imkan yaradacaq  

17:47
05 Dekabr

“ASAN xidmət” təcrübəsi Kambocada tətbiq olunacaq  

17:43
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!