19 Yanvar 2026 16:55
169
SİYASƏT
A- A+
BMTM İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu tərəfindən dərc edilmiş araşdırmaya münasibət bildirib  

BMTM İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu tərəfindən dərc edilmiş araşdırmaya münasibət bildirib  


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) tərəfindən dərc edilmiş, Mattia Massolettinin müəllifi olduğu “Selektiv ədalət? Ermənistan və Ukraynada sülh təşəbbüslərinin müqayisəsi” adlı araşdırmaya münasibət bildirib.

AZƏRTAC-ın məlumatına görə, BMTM-in açıqlamasında qeyd olunub ki, sözügedən məqalədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə Ukraynadakı hazırkı münaqişə arasında paralellər aparılır, Ermənistan-Azərbaycan münaqişəsində mövcud faktlar görməzdən gəlinir, məsuliyyət yanlış tərəfə yönləndirilir, eləcə də Ukraynaya münasibətdə nümayiş etdirilən beynəlxalq dəstəyin Ermənistana göstərilmədiyi iddia edilərək “selektiv ədalət” yanaşması irəli sürülür.

Mərkəz bildirir ki, müəllifin arqumentinin əsas zəifliyi Azərbaycan ərazilərinin işğalı faktının və bununla bağlı məsuliyyətin subyektinin qeyri-müəyyən təqdim olunmasıdır. Halbuki Ermənistan-Azərbaycan münaqişəsində məsuliyyət fərziyyə xarakteri daşımır və danışıqlar predmeti ola bilməz. Beynəlxalq hüquqa görə məsuliyyət açıq şəkildə Ermənistana aiddir və bu reallığı nəzərə almayan istənilən təhlil münaqişənin siyasi-hüquqi mahiyyətini təhrif edir.

Açıqlamada vurğulanır ki, Ermənistanın məsuliyyətini təsbit edən hüquqi əsaslar onilliklərdir qüvvədədir. Bu baxımdan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycan Respublikasının ərazi bütövlüyünü aydın şəkildə təsdiqləyir və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Həmin qətnamələr işğal faktını və Ermənistanın bu işğalda məsuliyyətini hüquqi baxımdan təsbit edir.

BMTM, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərarını xatırladaraq qeyd edir ki, məhkəmə Ermənistanın “Dağlıq Qarabağ” və ətraf işğal olunmuş ərazilər üzərində effektiv nəzarət həyata keçirdiyini və bu səbəbdən həmin ərazilərdə baş verən hüquq pozuntularına görə məsuliyyət daşıdığını müəyyən edib.

Mərkəzin açıqlamasında diqqətə çatdırılır ki, araşdırmada Ruben Vardanyan əsasən siyasi və ya vətəndaş fiquru kimi təqdim olunur, onun maliyyə fəaliyyəti və digər ciddi ittihamları, eləcə də 2020-ci ildən sonra Azərbaycan ərazilərində separatçı idarəçilik strukturlarının möhkəmləndirilməsinə yönəlmiş destruktiv fəaliyyəti lazımi səviyyədə nəzərə alınmayıb.

Nəticə olaraq, BMTM bildirir ki, Ermənistan-Azərbaycan münaqişəsi “selektiv ədalət” yanaşması üçün nümunə ola bilməz. Əksinə, sözügedən araşdırma beynəlxalq hüququn selektiv təfsirinin nümunəsi kimi qiymətləndirilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“20 Yanvar faciəsi – Tarixin unudulmayan səhifəsi” mövzusunda anım tədbiri keçirildi

18:17
19 Yanvar

Ötən həftə 69 mina və 253 partlamamış hərbi sursat zərərsizləşdirilib  

17:01
19 Yanvar

DSX-nin struktur qurumlarında və hərbi hissələrində Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbirləri keçirilib  

17:00
19 Yanvar

BMTM İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu tərəfindən dərc edilmiş araşdırmaya münasibət bildirib  

16:55
19 Yanvar

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

16:54
19 Yanvar

Xüsusi ambulator tibb məntəqələrində çalışan tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb  

16:53
19 Yanvar

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb  

16:52
19 Yanvar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

16:51
19 Yanvar

Qeyri-sabit hava şəraiti yanvarın 21-i gündüzədək davam edəcək - XƏBƏRDARLIQ 

16:49
19 Yanvar

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib  

16:48
19 Yanvar

Ekspert: Orta Dəhlizin iriölçülü yüklərin daşınması üçün də etibarlı olduğu sübut edilib  

16:47
19 Yanvar

Viktor Orban: Qələbə tərəfdarlarımızı seçki məntəqələrinə gətirəcəyimizdən asılıdır  

16:45
19 Yanvar

Milyarderlərin sərvəti tarixi maksimuma - 18,3 trilyon dollara çatıb  

16:43
19 Yanvar

Azərbaycanın sülh diplomatiyası və Zayed Mükafatı 

16:40
19 Yanvar

Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub  

16:37
19 Yanvar

Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb  

16:34
19 Yanvar

Ötən ilin on bir ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 44 milyard dollara yaxınlaşıb  

16:30
19 Yanvar

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

15:57
19 Yanvar

Cənubi Afrikada məktəbli avtobusu qəzaya uğrayıb: 12 şagird həlak olub  

15:41
19 Yanvar

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu açıqlayıb  

15:33
19 Yanvar

Fərdi sahibkarların sayı 1 milyon 454 mini ötüb  

15:29
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!