19 Yanvar 2026 18:17
718
CƏMİYYƏT
A- A+
“20 Yanvar faciəsi – Tarixin unudulmayan səhifəsi” mövzusunda anım tədbiri keçirildi

“20 Yanvar faciəsi – Tarixin unudulmayan səhifəsi” mövzusunda anım tədbiri keçirildi



Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar faciəsi – Tarixin unudulmayan səhifəsi” mövzusunda anım tədbiri keçirildi.

Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olundu.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin qanlı, lakin şərəfli səhifəsidir. O vurğuladı ki, bu faciə xalqımızın iradəsini sındırmamış, əksinə, milli birliyi və azadlıq əzmini daha da gücləndirmişdir. Direktor gənc nəslin bu tarixi dərindən öyrənməsinin və şəhidlərin xatirəsini daim uca tutmasının mənəvi borc olduğunu qeyd etdi.

Həmçinin bildirdi ki, 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. Onun 1990-cı ildə Moskvada səsləndirdiyi cəsarətli bəyanat və sonradan dövlət səviyyəsində görülən tədbirlər bu faciənin obyektiv dəyərləndirilməsini təmin etmişdir. Qeyd etdi ki, Prezident İlham Əliyev bu siyasi xətti uğurla davam etdirərək 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya xüsusi önəm verir və bu tarixin gənc nəsil tərəfindən unudulmamasını daim önə çəkir.

Daha sonra Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı məruzə ilə çıxış edərək “20 Yanvar faciəsi: Azərbaycan xalqını azadlığa və dövlət müstəqilliyinə aparan yol” mövzusunda ətraflı məlumat verdi. Məruzədə 20 Yanvar hadisələrinin ictimai-siyasi mahiyyəti, onun milli azadlıq hərəkatında oynadığı mühüm rol diqqətə çatdırıldı. Bildirdi ki, bu faciə xalqın azadlıq iradəsini sarsıtmamış, əksinə, müstəqillik ideyalarının formalaşmasını və güclənməsini sürətləndirmişdir. Həmçinin qeyd ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı bu gün də gənc nəsil üçün vətənpərvərlik nümunəsidir.

Ardınca Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşiyeva “Milli istiqlalımızın şanlı tarixi – 20 Yanvar” mövzusunda çıxış edərək faciənin xalqımızın milli yaddaşında tutduğu yer və ədəbi-bədii düşüncədə əksi haqqında danışdı.

Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Əlişah Eyyubov “20 Yanvar – qanla yazılan tarix, qürurla yaşanan xatirə” mövzusunda çıxış edərək bu günün həm hüzn, həm də qürur günü olduğunu vurğuladı.

Pedaqogika və psixologiya kafedrasının müəllimi Amid Əliyev isə “20 Yanvar – susdurulan xalqın oyanışı” mövzusunda çıxışında faciənin xalqın milli özünüdərkinin formalaşmasında mühüm dönüş nöqtəsi olduğunu qeyd etdi.

20 Yanvar hadisələrinin canlı şahidi olan əməkdaşlar öz xatirələrini bölüşdülər.

Tədbirin sonunda Fizika müəllimliyi ixtisası üzrə IV tədris ili tələbəsi Elnur Dəmirov Mahirə Nağıqızının müəllifi olduğu “20 Yanvar qatarı” şeirini səsləndirdi. Şeir iştirakçılar tərəfindən dərin duyğularla qarşılandı.

Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram hissi ilə başa çatdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

07:07
03 Aprel

Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb  

22:59
02 Aprel

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!