19 Yanvar 2026 16:30
170
İQTİSADİYYAT
A- A+
Ötən ilin on bir ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 44 milyard dollara yaxınlaşıb  

Ötən ilin on bir ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 44 milyard dollara yaxınlaşıb  


2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 126 ölkəyə məhsul ixrac olunub, 170 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 43 milyard 830,5 milyon dollar, o cümlədən ixracın dəyəri 22 milyard 642,2 milyon dollar, idxalın dəyəri 21 milyard 188,3 milyon dollar təşkil edib, nəticədə 1 milyard 453,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 2,4 faiz artıb, real ifadədə isə 9,2 faiz, o cümlədən idxal 10,4 faiz, ixrac 8,3 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 87,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, ABŞ, Almaniya, Birləşmiş Krallıq, Avstraliya, İsveçrə, Çexiya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Xorvatiya, Rumıniya, Qazaxıstan, İran, Özbəkistan, Ukrayna, Portuqaliya, Fransa, Belarus və Hindistan ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,5 faizi Çinin, 16,1 faizi Rusiyanın, 10 faizi Türkiyənin, 6,2 faizi ABŞ-ın, 4,2 faizi Avstraliyanın, hər biri 3,6 faiz olmaqla Birləşmiş Krallıq və Almaniyanın, 2,6 faizi İranın, 2,5 faizi Qazaxıstanın, 2,3 faizi İsveçrənin, hər biri 2,1 faiz olmaqla İtaliya və Özbəkistanın, 1,5 faizi Yaponiyanın, hər biri 1,4 faiz olmaqla Belarus, Braziliya, Meksika və Koreyanın, hər biri 1,3 faiz olmaqla Kanada və Cənubi Afrika Respublikasının, 1,2 faizi Ukraynanın, 1,1 faizi Fransanın, 1 faizi Hindistanın, 12,2 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, tekstil materialları və məmulatlarının, plastmas və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-noyabr aylarında mühüm məhsul növlərindən buğda idxalı 1,3 faiz, xam şəkər – 29,3 faiz, kartof – 3,2 faiz, mal əti – 4,7 faiz, təzə tərəvəz – 33,4 faiz, siqaretlər – 2,6 dəfə, minik avtomobilləri – 29,2 faiz, avtobuslar – 2,1 dəfə, mineral gübrələr – 4,4 faiz, məişət kondisionerləri – 10,6 faiz, polietilen – 20 faiz, polipropilen – 6,8 faiz, qara metallardan künclüklər – 2,2 faiz, məişət soyuducuları – 12,1 faiz artıb, bitki yağları idxalı isə 7,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 12,7 faiz, təzə meyvə – 13,9 faiz, şokolad və şokolad məhsulları – 4,5 faiz, unlu qənnadı məmulatları – 2 faiz, çay – 0,9 faiz, quş əti və onun əlavə məhsulları – 29,2 faiz, dərman vasitələri – 15,7 faiz, polad prokatı – 2,7 faiz, qara metallardan borular – 10,1 faiz, hesablama maşınları, blok və qurğuları – 11,3 faiz, ayaqqabılar – 3,6 faiz, rezin şinlər – 3,6 faiz, sintetik yuyucu vasitələr – 7,9 faiz, mebellər – 2,5 faiz, yük avtomobilləri – 6,9 faiz, qara metallardan çubuqlar – 13,9 faiz, paltaryuyan maşınlar – 10 faiz, sement – 18,9 faiz azalıb.

2025-ci ilin yanvar-noyabr aylarında ölkəyə 96057 ədəd minik avtomobili, 7123 ədəd yük avtomobili, 808 ədəd avtobus idxal olunub. İdxal olunan malların 47,7 faizini avtomobil, 31,4 faizini hava, 9,9 faizini dəniz, 9,3 faizini dəmir yolu, 1,5 faizini digər nəqliyyat vasitələri ilə gətirilib, 0,2 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib .

İxracın 46,2 faizini İtaliyaya, 13,1 faizini Türkiyəyə, 4,6 faizini Rusiyaya, hər biri 3,2 faiz olmaqla Bolqarıstan, Yunanıstan və Çexiyaya, 2,8 faizini Xorvatiyaya, 2,7 faiziniGürcüstana, 2,5 faizini Rumıniyaya, 2,3 faizini Almaniyaya, hər biri 1,8 faiz olmaqla Portuqaliya və İsveçrəyə, 1,2 faizini Birləşmiş Krallığa, 1,1 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Ukrayna və Tunisə, 0,8 faizini Niderlanda, 0,7 faizini Fransaya, 0,6 faizini Hindistana, hər biri 0,5 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Serbiyaya, 5,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

2025-ci ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 317 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 7,3 faiz artıb, real ifadədə isə 17,9 faiz azalıb. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,5 faiz), Türkiyəyə (16,5 faiz), İsveçrəyə (9,5 faiz), Gürcüstana (9,2 faiz), Ukraynaya (5,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,2 faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,1 faiz), Özbəkistana (2,1 faiz), Türkmənistana (1,7 faiz), ABŞ-a (1,6 faiz), Almaniyaya (1,2 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastmas və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,2 faiz, təzə tərəvəz – 18,9 faiz, şəkər – 61,7 faiz, siqaretlər – 39,1 faiz, kartof – 47,3 faiz, bitki yağları – 12,8 faiz, mineral gübrələr – 1,8 faiz, polietilen – 7,7 faiz, emal olunmamış alüminium – 77,8 faiz, sement klinkerləri – 11,4 faiz, pambıq ipliyi – 23,4 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 3,6 faiz, tütün – 38,5 faiz, meyvə və tərəvəz konservləri – 16,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 26,7 faiz, çay – 0,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20 faiz, pambıq lifi – 9,9 faiz, polipropilen – 2,2 faiz, elektrik enerjisi – 30,1 faiz, qara metallardan borular – 8,7 faiz, qara metallardan çubuqlar – 40,9 faiz, bentonit gili – 19,2 faiz azalıb.

2025-ci ilin yanvar-noyabr aylarında ixracın 84,3 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib, 9,8 faizini avtomobil, 3,5 faizini dəmir yolu, 1,7 faizini hava, 0,7 faizini isə dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“20 Yanvar faciəsi – Tarixin unudulmayan səhifəsi” mövzusunda anım tədbiri keçirildi

18:17
19 Yanvar

Ötən həftə 69 mina və 253 partlamamış hərbi sursat zərərsizləşdirilib  

17:01
19 Yanvar

DSX-nin struktur qurumlarında və hərbi hissələrində Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbirləri keçirilib  

17:00
19 Yanvar

BMTM İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu tərəfindən dərc edilmiş araşdırmaya münasibət bildirib  

16:55
19 Yanvar

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

16:54
19 Yanvar

Xüsusi ambulator tibb məntəqələrində çalışan tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb  

16:53
19 Yanvar

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb  

16:52
19 Yanvar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

16:51
19 Yanvar

Qeyri-sabit hava şəraiti yanvarın 21-i gündüzədək davam edəcək - XƏBƏRDARLIQ 

16:49
19 Yanvar

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib  

16:48
19 Yanvar

Ekspert: Orta Dəhlizin iriölçülü yüklərin daşınması üçün də etibarlı olduğu sübut edilib  

16:47
19 Yanvar

Viktor Orban: Qələbə tərəfdarlarımızı seçki məntəqələrinə gətirəcəyimizdən asılıdır  

16:45
19 Yanvar

Milyarderlərin sərvəti tarixi maksimuma - 18,3 trilyon dollara çatıb  

16:43
19 Yanvar

Azərbaycanın sülh diplomatiyası və Zayed Mükafatı 

16:40
19 Yanvar

Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub  

16:37
19 Yanvar

Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb  

16:34
19 Yanvar

Ötən ilin on bir ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 44 milyard dollara yaxınlaşıb  

16:30
19 Yanvar

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

15:57
19 Yanvar

Cənubi Afrikada məktəbli avtobusu qəzaya uğrayıb: 12 şagird həlak olub  

15:41
19 Yanvar

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu açıqlayıb  

15:33
19 Yanvar

Fərdi sahibkarların sayı 1 milyon 454 mini ötüb  

15:29
19 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!