19 Yanvar 2026 12:01
352
SİYASƏT
A- A+
Akkan Suver: 20 Yanvar bütün bəşəriyyət üçün insanlıq dramıdır  

Akkan Suver: 20 Yanvar bütün bəşəriyyət üçün insanlıq dramıdır  


Yanvarın 20-si Azərbaycan tarixində həm dərin faciə, həm də milli iradənin sarsılmazlığını özündə ehtiva edən mühüm günlərdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğından 36 il ötür. Tarixə “Bakı qətliamı”, “Qara Yanvar” kimi düşən bu hadisə Azərbaycan xalqının yaddaşında həm də “Qərənfillərin ağladığı gecə” adı ilə əbədi həkk olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri professor Akkan Suver deyib.

O qeyd edib ki, həmin gecə SSRİ-nin ali rəhbərliyi tərəfindən “Azərbaycanda ermənilərin və rusların təhlükəsizliyi təhdid altındadır” bəhanəsi ilə fövqəladə vəziyyət elan edilib və Bakıya dörd istiqamətdən yeridilən sovet ordusu dinc və silahsız əhaliyə qarşı misli görünməmiş vəhşilik törədib: “O gecə 131 insan qətlə yetirildi, yüzlərlə insan həbs olundu. Şəhərin küçələrində axıdılan qan qar üzərinə səpələnmiş qərənfillərlə yadda qaldı və bu səbəbdən həmin gecə tarixə “Qərənfillərin ağladığı gecə” kimi düşdü”.

Akkan Suver vurğulayıb ki, 20 Yanvar hadisələrinin kökündə Ermənistanın ərazi iddiaları və bu iddialara qarşı Azərbaycan xalqının etirazı dayanırdı. Sovet rəhbərliyi isə bu haqlı etirazı zorakılıqla boğmaq yolunu seçdi:“Qısa zaman ərzində 186 min azərbaycanlı Ermənistandan, öz doğma yurdlarından didərgin salındı. Bu, mahiyyət etibarilə açıq-aşkar etnik təmizləmə siyasəti idi”.

Onun sözlərinə görə, 20 Yanvar faciəsi Qarabağda sonradan baş verəcək hadisələrin, o cümlədən 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımın ssenarisinin ilkin mərhələsi idi: “Sovet İttifaqının 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya, 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxilələrin oxşarı, bu dəfə özünün əsas respublikalarından biri olan Azərbaycanda təkrarlandı”.

Akkan Suver xatırladıb ki, 1995-ci il aprelin 27-də İstanbulda Çırağan sarayında çıxış edən Mixail Qorbaçov 20 Yanvar hadisələrini öz siyasi həyatının ən böyük səhvi adlandırsa da, artıq gec idi: “Qətliamlar törədilmiş, insanlar öldürülmüş, yüz minlərlə insan yurd-yuvasından didərgin düşmüşdü. Təəssüf ki, bu gün də 20 Yanvar və onun davamı olan Xocalı faciəsi dünya miqyasında layiq olduğu səviyyədə qınanmamışdır. 20 Yanvarda törədilənlər yalnız Azərbaycan xalqına və ya türk dünyasına qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayətdir. Bu həqiqəti yalnız regional yox, qlobal miqyasda dərk etmək lazımdır. 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmalı, bu faciə gələcək nəsillərə unudulmayan dərs kimi ötürülməlidir,”- deyə sonda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar  

16:45
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

16:45
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb  

16:44
03 Aprel

Donald Tramp Kir Starmeri yenidən tənqid edib

16:43
03 Aprel

TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü yüksək qiymətləndirilib  

16:42
03 Aprel

Baş prokuror Tərtərdə vətəndaşların müraciətlərini dinləyib  

16:41
03 Aprel

MDB İqtisadi Şurasında bir neçə sənəd qəbul edilib

16:40
03 Aprel

Ədliyyə naziri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib

16:39
03 Aprel

Azərbaycan və Çinin banklar assosiasiyaları əməkdaşlıq memorandumu imzalayacaqlar  

16:38
03 Aprel

Ağdamda əmək yarmarkasında dəzgah operatoru üzrə vakansiyalar təqdim edilib  

16:37
03 Aprel

Hindistan vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlıq edilib  

16:36
03 Aprel

Macarıstandan Ukraynaya qaz nəqli gözlənilmədən kəsilib

16:32
03 Aprel

Qadın minaaxtaranlar son 3 ildə 700 hektar ərazini minalardan tam təmizləyiblər

16:31
03 Aprel

Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib

16:30
03 Aprel

Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır  

16:29
03 Aprel

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 340 minə yaxın turist gəlib

16:28
03 Aprel

Milli QHT Forumu və ANAMA yanında İctimai Şura mina təhlükəsi ilə bağlı Bəyanat yayıb

16:14
03 Aprel

Dünya bazarına neft nəqli üçün alternativ variantlar müzakirə olunur

16:08
03 Aprel

Ağ Ev 1,5 trilyon dollarlıq müdafiə büdcəsini təqdim edəcək

16:01
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!