BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə “Münaqişə bölgələrində uşaqların hüquqları” adlı yan tədbir keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən diplomatik korpusun təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı-alimlər iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Avrasiya Mətbuat Fondundan məlumat verilib.
Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev münaqişələrin zərbə vurduğu əsas qrupun məhz uşaqlar olduğunu bildirib. O, Qərbi Azərbaycandan deportasiya olunan və artıq başa çatmış Qarabağ münaqişəsindən təsirlənmiş azərbaycanlı uşaqların Ermənistan dövləti tərəfindən pozulmuş insan hüquqlarına dair məsələ qaldırıb: “Təəssüflə qeyd etməliyəm ki, 1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində indiki Ermənistan ərazisindən 300 mindən artıq azərbaycanlı, o cümlədən on minlərlə uşaq yaşadığı doğma torpaqlarından deportasiya olunub”. Toplantıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun dünyada uşaqların taleyindən bəhs edən “Müharibə və uşaqlar” adlı videoçarxı nümayiş olunub.
BAMF-in nümayəndəsi Nik Nvolisa münaqişə baş vermiş və hazırda qaynar olan bölgələrdə yaşayan uşaqlar haqqında hesabat təqdim edib. Hesabatda Azərbaycanın mina qurbanlarının statistikası da öz əksini tapıb. Təqdimatdan sonra yan tədbirin təşkilatçılarından olan Beynəlxalq Hüquqlar və İnkişaf İnstitutunun İdarə Heyətinin üzvü, Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutunun icraçı direktoru Nidal Səlim münaqişələrin uşaqların həyatını məhv etdiyini qeyd edib: “Son günlər yenidən Qəzzada münaqişənin aktivləşdiyini müşahidə edirik. Bizi ən çox məyus edən isə həyatını itirənlər arasında uşaqların sayının çox olmasıdır. Artıq qəbul etməliyik ki, sülh və əmin-amanlıq nəinki uşaqların, bütün insanların hüquqlarının qorunmasının təməl prinsipidir”.
Qlobal Cənub Şəbəkəsinin üzvü və Cenevrə Diplomatiya Məktəbinin mentoru, doktor Blerim Mustafa uşaqlarla bağlı mühüm statistikanı təqdim edib, xüsusilə Xocalı soyqırımında öldürülmüş uşaqları xatırladıb: “Beynəlxalq araşdırmalara görə, hər 6 uşaqdan 1-i münaqişənin təsirinə məruz qalan bölgələrdə yaşayır. 1990-cı illərdə münaqişə bölgələrində yaşayan uşaqların sayı 10 faiz olduğu halda, bu gün bu rəqəm təxminən 2 dəfə artaraq 19 faizə çatıb. Birinci və İkinci Qarabağ müharibəsi zamanı uşaqlar da bu münaqişənin qurbanına çevriliblər. Xüsusilə, Xocalı soyqırımı azərbaycanlı uşaqların dəhşətli qətliamı kimi tarixə həkk olunub. Bu, dünyada milyonlarla uşağın üzləşdiyi acı reallıqlardan biridir”.
Beynəlxalq Əlillər Şurasının rəhbəri doktor Anna Laçovskayanın və Beynəlxalq Münasibətlər İnstitutunun professoru, araşdırmaçı Katlin Prokterin tədqiqatlar əsasında hazırladıqları və həmkarları tərəfindən auditoriyada təqdim edilən məruzələri böyük maraqla qarşılanıb. Panelistlərin çıxışları yekunlaşdıqdan sonra sual-cavab sessiyası təşkil olunub. Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) icraçı direktoru Melissa Parke tədbirin əhəmiyyətini qeyd edərək təşkilatçılara təşəkkürünü bildirib.
Tədbirin sonunda BAMF-in beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə ünvanladığı bəyanatı səsləndirilib. Bəyanatda Ermənistandan deportasiya olunan və Qarabağ müharibələrindən təsirlənən azərbaycanlı uşaqlar haqqında faktlar da yer alıb.
Qeyd edək ki, BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində təşkil olunan yan tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin ilə əlaqələrini gücləndirir
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Ötən ay Avrozonada inflyasiya 2,2 faiz olub
İflic insanların düşüncələrini oxuyan neyrointerfeys təqdim edilib
“Neuralink” implantının insanlar üzərində testlərinə start veriləcək
Audiovizual Şura “KANAL S”in yayımının 24 saatlıq dayandırılması haqqında qərar qəbul edib
Rayonlara yağış yağacaq, dolu düşəcək XƏBƏRDARLIQ
Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Abşeron dairəvi marşrutu üzrə FLIRT qatarı istifadəyə verilib
Azərbaycan ilə İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb
Ukrayna nəşrində Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
Parisdə Türkiyə-Avropa İttifaqı münasibətləri müzakirə olunacaq
Martın 20-dən 31-dək təcili tibbi yardım xidmətinə 52 mindən çox müraciət daxil olub
Xocavənd rayonunda improvizə edilmiş partlayıcı qurğu aşkarlanıb
Asiya İnkişaf Bankı Myanmaya dəstək üçün 3 milyon dollar ayıracaq
Azərbaycanla Vyetnam arasında hüquqi əməkdaşlıq yeni mərhələyə yüksəlib
ANAMA: Ötən ay 4556 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Bayram günlərində milli parklara 6 min 482 turist səyahət edib
Sorğu: Ukraynalıların cəmi 3 faizi Donald Trampın dövründə ədalətli sülhə inanır
Finlandiyanın kömürlə işləyən sonuncu istilik elektrik stansiyası bağlanır
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!