09 Fevral 2025 09:10
16598
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Sosial mediada şəxsi məlumatlarım icazəsiz paylaşılıb, ünvanıma böhtan xarakterli sözlər yazılıb. Bununla bağlı hansı hüquqi addımlar ata bilərəm?


L.CƏLİLLİ,

Şəmkir rayonu


Sualınıza təfərrüatlı şəkildə cavab verilməsi məqsədilə bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Konstitusiyamızın 47-ci maddəsində göstərilir ki, hər kəsin fikir və söz azadlığı vardır. Bununla belə fikir və söz azadlığından sui-istifadə edərək insanlara böhtan atılması cinayət məsuliyyətinin yaranması üçün əsasdır. Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtanın nə demək olduğunu müəyyən etməklə belə hərəkətlərə yol vermiş şəxslər üçün cinayət məsuliyyəti də nəzərdə tutur. Böhtan dedikdə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür və 1000-1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bəzi hallarda sosial şəbəkələrdə qeydiyyatdan keçmiş şəxslər saxta profil hesabı açaraq öz ad və soyadlarını gizlədirlər. Lakin saxta profil adlarından istifadə edən şəxslər bir sıra hallarda anonim olduqları üçün cəzasız qalacaqlarını güman edərək digər şəxsləri sosial mediada təhqir etməkdən çəkinmirlər. Belə hallarda Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000-2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət-Prosessual Məcəllənin 37-ci maddəsinə müvafiq olaraq, böhtan cinayəti üzrə cinayət təqibi xüsusi ittiham qaydasında aparılır. Xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin məhkəməyə şikayəti əsasında həyata keçirilir. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.03.2014-cü il tarixli 3 nömrəli qərarına əsasən, böhtan cinayətinə həmin məlumatları internet informasiya ehtiyatlarında yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.


- Bacıma əmlak bağışlamaq istəyirəm, amma hüquqi yollarını dəqiq bilmirəm. Hara müraciət etməliyəm, hansı sənədlər lazımdır?


Cavidan MƏHƏRRƏMOĞLU,

Sumqayıt şəhəri


Sualınıza cavab olaraq bildiririk ki, əmlakın bağışlanması ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Notariat haqqında" Qanun və "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli 167 nömrəli qərarı əsasında tənzimlənir. Sualınızdan bağışlamaq istədiyiniz əmlakın daşınar, yoxsa daşınmaz əmlak olması bəlli olmadığından bu tip sualların verilməsi təcrübəsi nəzərə alınaraq, suala daşınmaz əmlakın bağışlanılması prizmasından cavab veriləcəkdir.

Qeyd etdiklərinizdən göründüyü kimi, bağışlama sizin yaxın qohumunuz olan bacınıza ediləcəkdir. "Yaxın qohum" amili bağışlama müqaviləsinin rəsmiləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, bunun üçün siz istənilən notariat ofisinə və ya istənilən "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinə yaxınlaşa bilərsiniz. Bağışlama üçün siz bağışlayan şəxs olaraq bağışlanılacaq daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi (çıxarış); daşınmaz əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayışı; əgər siz nikahdasınızsa, nikah haqqında şəhadətnamənizi; əmlakın bağışlanmasına ərinizin notariat qaydasında təsdiq edilmiş razılığını; varsa, yaşayış ünvanında yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığını; bacınızla qohumluq münasibətlərini təsdiq edən sənədləri (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının verdiyi sənədləri) notariusa təqdim etməlisiniz. Notariusun yanında rəsmiləşdirmə zamanı siz və bacınızın (və ya sizin notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndələrinin) iştirakı zəruridir.

Bağışlama yaxın qohumunuz olan bacınıza edildiyi üçün "Dövlət rüsumu haqqında" qanuna əsasən, 25 manat məbləğində dövlət rüsumu ödənilir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!