12 İyun 2026 18:48
422
SİYASƏT
A- A+
HDQ-də döyüş atışlı taktiki təlim olub  

HDQ-də döyüş atışlı taktiki təlim olub  

Cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) Hərbi Hava Qüvvələrinin (HHQ), Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin (DSXSM) və Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirakı ilə “Dənizdə və sahilyanı ərazilərdə kritik enerji infrastrukturuna təhdidlər zamanı müdafiə əməliyyatlarının aparılması” mövzusunda döyüş atışlı taktiki təlim keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, HDQ-nin döyüş, döyüş təminatı və təminat gəmilərinin, eləcə də Dəniz xüsusi təyinatlı və Dəniz piyada bölmələrinin də iştirak etdiyi təlim bir neçə mərhələdə həyata keçirilib.

Təlimin məqsədi komandir heyətinin ekstremal vəziyyətlərdə operativ qərar qəbuletmə bacarıqlarının və komanda-qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də gəmilərin tək-tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıqlarının yoxlanılması olub.

Plana əsasən təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilərək əməliyyat rayonlarına çıxarılıb.

Təlimdə HDQ-nin və DSXSM-nin gəmi-taktiki və gəmi-zərbə qrupları, eləcə də HHQ-nin insansız hava vasitələri tərəfindən patrulaparma fəaliyyətləri, təxribat və hücum cəhdlərinin qarşısının alınması, həmçinin hava, suüstü və sualtı vasitələrinin, üzən minaların, bazalaşma məntəqələrinin məhv edilməsi və zərərsizləşdirilməsi üzrə döyüş çalışmaları uğurla yerinə yetirilib.

Sonrakı mərhələdə dəniz xüsusi təyinatlı bölmələri HDQ-nin və DSXSM-in gəmiləri ilə qarşılıqlı fəaliyyətdə dənizdə və sahildə yerləşən kritik infrastruktur obyektlərinin, sahilyanı ərazilərin mühafizəsi və müdafiəsi tapşırıqlarını icra edib, şərti düşmənin təxribat və hücum fəaliyyətlərinin qarşısının alınması məqsədilə kəşfiyyat-diversiya qruplarının məhv edilməsi fəaliyyətlərini yerinə yetirib, eləcə də HHQ-nin helikopterlərinin dəstəyi ilə terrorçu qrupların bazalaşma məntəqələrinə eniş edərək adada və sahilyanı ərazidə sığınacaqlarda gizlənmiş silahlı qrupları zərərsizləşdirib.

Dəniz xüsusi təyinatlılardan ibarət Gəmi Əməliyyatları Qrupları helikopterlərin havadan, DSX-nin və HDQ-nin artilleriya katerlərinin dənizdən atəş dəstəyi ilə ələ keçirilmiş gəminin dayandırılması, gəminin və girov saxlanılan insanların xilas edilməsi üzrə döyüş tapşırıqlarını icra edib.

Dəniz piyada bölmələri terrorçu qruplar tərəfindən ələ keçirilmiş yaşayış məntəqəsində saxlanılan girovların azad olunması üzrə taktiki fəaliyyətləri yerinə yetirib. Terrorçu qruplar tərəfində partladılan gəmidə yanğının söndürülməsi, yaralıların və suya düşmüş insanların xilas edilməsi, eləcə də gəminin sualtı hissəsinə quraşdırılmış minaların zərərsizləşdirilməsi üzrə fəaliyyətlər HDQ-nin Axtarış Xilasetmə Xidmətinin, eləcə də FHN-in gəmi və katerlərinin, dalğıc və xilasedicilərinin, yanğınsöndürmə və xilasetmə helikopterlərinin cəlb edilməsi ilə yerinə yetirilib.

İtisürətli xilasetmə katerləri vasitəsilə ağır yaralıların ən qısa zamanda tibbi gəmiyə təxliyəsi və onlara tibbi yardımın göstərilməsi üzrə elementlər də bu mərhələdə icra edilib.

Sonda təlimə cəlb edilmiş qurumların gəmi, kater və xüsusi texnikaların, eləcə də silahlanmaya yeni qəbul edilmiş silahlı insansız dəniz vasitələrinin nümunəvi keçidi icra edilib.

Döyüş atışlı taktiki təlimdə əsas diqqət Xəzər dənizinin ümumi su məkanında, Azərbaycana məxsus ərazi sularında və sahilyanı ərazilərindəki kritik enerji infrastrukturunun mühafizəsi və müdafiəsi üzrə tapşırıqların həllində digər qoşun növləri və silahlı birləşmələrlə birgə fəaliyyətlərin təkmilləşdirilməsinə, qarşılıqlı əlaqənin təşkilinə, həmçinin müxtəlif şəraitlərdə gəmilərin idarə olunmasına yönəldilib.

Təlim iştirakçıları yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!