02 Iyul 2024 16:05
102
DÜNYA
A- A+

Bill Qeyts: AI iqlim məqsədlərinə nail olunmasına mənfi deyil, müsbət təsir göstərir

 

Bill Qeyts əmindir ki, yeni məlumat mərkəzlərinin çoxalmasının yaşıl enerji ehtiyatlarını tükəndirə biləcəyi ilə bağlı narahatlıqlara baxmayaraq, süni intellektin (AI) iqlim məqsədlərinə çatmaqda müsbət rolu onun mənfi təsirindən daha çox olacaq.

AZƏRTAC xəbər verir ki, “Microsoft”un yaradıcısı jurnalistlərə bildirib: “Süni intellekt məlumat bazası mərkəzlərinin sayı artsa belə, AI texnologiyalar və elektrik şəbəkələrini daha səmərəli etməklə, ölkələrə enerji istifadəsində qənaətə imkan verəcək.

Qeyts süni intellektin iqlimə təsiri ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışaraq, innovasiyaların enerji istehlakının artmasına və daha çox qazıntı yanacağından istifadə ehtiyacına səbəb ola biləcəyini qeyd edib. O deyib: “Gəlin, çox uzağa getməyək. Məlumat mərkəzləri ən çox 6 faiz enerji istehlakı əlavə edəcək, lakin ehtimal olunur ki, bu, 2-2,5 faiz də ola bilər. Sual olunur; süni intellekt azalmanı 6 faizdən çox sürətləndirəcəkmi? Cavab belədir: mütləq!”

“Goldman Sachs” hesab edir ki, ChatGPT kimi süni intellekt çatbotu vasitəsilə sorğu Google axtarışından təxminən 10 dəfə çox elektrik enerjisi istifadə edir ki, bu da 2022-2030-cu illər arasında məlumat mərkəzlərindən karbon emissiyalarının ikiqat artması deməkdir.

Bəzi ekspertlər hesab edirlər ki, süni intellekt məlumat mərkəzlərində enerji səmərəliliyinin yüksəldilməsi sayəsində enerji istehlakının illərlə azalmasının ardından inkişaf etmiş ölkələrdə elektrik enerjisinə tələbat 10 faizə qədər arta bilər.

Londonda keçirilən “Breakthrough Energy” konfransında çıxış edən Bill Qeyts vurğulayıb ki, süni intellekt məlumat mərkəzləri tərəfindən yaradılan əlavə elektrik tələbatı, çox güman ki, texnologiya şirkətlərinin təmiz mənbələrdən istifadə etmək üçün daha çox pul ödəməyə hazır olduqları üçün yaşıl elektrikə yeni investisiyalar hesabına kompensasiya ediləcək. “Texnologiya şirkətləri daha çox ödəməyə və yaşıl enerji potensialının inkişafına kömək etməyə hazırdır”,-deyə o əlavə edib.

“Breakthrough Energy” enerji keçidində iştirak edən 100-dən çox şirkətə sərmayə qoyub. Qeyts, eyni zamanda, “Microsoft”a 77 milyard dollar sərmayəsinin üçdəbirini yatıran “Gates Foundation Trust” vasitəsilə süni intellektin əsas investorudur. Öz növbəsində, “Microsoft” ChatGPT-nin yaradıcısı olan “OpenAI” layihəsində ən böyük kənar sərmayəçidir və “Copilot” brendi altında bir sıra süni intellekt alətlərini “Windows” əməliyyat sisteminə inteqrasiya edib.

Bill Qeyts süni intellektin karbon emissiyalarını azalda biləcəyinə inanan tək insan deyil. Fevral ayında “Nature Scientific Reports” jurnalında dərc edilmiş bir məqalə sadə yazı və illüstrasiya tapşırıqlarını yerinə yetirərkən generativ süni intellektin bir insanın bu tapşırıqları yerinə yetirməsi ilə müqayisədə 130-2900 dəfə az CO2 istehsal etdiyini iddia edib.

Süni intellekt texnologiyası emissiyaların azaldılmasına da birbaşa təsir göstərib. 2016-cı ildə Britaniyanın “DeepMind” laboratoriyasını əldə edən “Google” kompaniyası dərin öyrənmə texnologiyası sayəsində məlumat mərkəzlərinin soyutma xərclərini 40 faiz azalda bildiyini, bunun da enerji sərfini 15 faiz azaltdığını açıqlayıb.

Bununla belə, məlumat mərkəzinin enerji istehlakı süni intellektin karbon izi probleminin yalnız bir hissəsidir. “Microsoft”a görə, onların dolayı emissiyaları qismən bərpaolunan elektrik enerjisindən istifadə etməklə hələ də həyata keçirilə bilməyən yeni məlumat mərkəzlərinin tikintisi sayəsində artır.

Lakin Qeyts xəbərdarlıq edib ki, süni intellekt və yaşıl texnologiyalarda irəliləyişlərə baxmayaraq, dünya çox güman ki, 2050-ci il iqlim hədəflərindən 10-15 il geri düşəcək, çünki tələb olunan yaşıl enerji kifayət qədər sürətlə istehsal olunmur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video