07 Sentyabr 2025 08:50
2534
Təhsil
A- A+
Biləsuvar, Masallı və Şəmkirdə ali təhsil müəssisələrinə yüksək balla qəbul olunmuş məzunlarla görüşlər keçirilib 

Biləsuvar, Masallı və Şəmkirdə ali təhsil müəssisələrinə yüksək balla qəbul olunmuş məzunlarla görüşlər keçirilib 


Biləsuvarda ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə toplamış məzunlarla görüş keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan gəncləri təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirib. O, ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş təhsilin inkişafı strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq uğurla davam  etdirildiyini diqqətə çatdırıb. F.Qürbətov dövlətin təhsil sahəsinə göstərdiyi diqqət nəticəsində ölkəmizdə, o cümlədən Biləsuvarda reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin müasir tədris avadanlıqları  ilə təchiz edilməsi barədə danışıb, bütün bunların yalnız gənclərimizin savadlı, intellektual və üstün dünyagörüşünə malik bir vətəndaş olaraq yetişməsinə yönəldiyini qeyd edib.

 Görüşdə iştirak edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar sektorunun müdiri Anar Xammədov çıxış edərək rayonda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat verib.

Tədbirdə iştirak edən məzunlar onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək gələcək planlarından söz açıblar.

* * *

Belə bir görüş Masallıda da keçirilib. İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.  

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentləri, onların üzərində zəhməti olan müəllimlərini və valideynlərini təbrik edib: "Rayonumuz üzrə yüksək nəticələr qazanan və  ali məktəblərə qəbul olan gənclərin çox olması bizi də çox sevindirir. Arzu edirəm ki, qəbul olunduğunuz ali məktəblərdə təhsilinizi yüksək səviyyədə davam etdirib ixtisaslaşmış kadr kimi rayonumuzda fəaliyyət  göstərəsiniz. Bu gün ölkəmizdə Prezident tərəfindən aparılan gənclər siyasəti və gənclərə göstərilən diqqət sizlərin gələcəyə nikbin baxmağınıza, arzularınızı həyata keçirməyinizə əsas verir".      

Sonra Masallı rayonu üzrə Təhsil sektorunun müdiri Elman Rzayev ötən tədris ilinin nəticələrini açıqlayıb. Bildirib ki, ümumi təhsil məktəblərinin  XI siniflərini bitirmiş 1800 məzundan 700 nəfəri ali məktəblərə qəbul olmuş, onlardan 35 nəfəri  600, 61 nəfəri 500 baldan yuxarı nəticə göstərmişdir. 500 baldan yuxarı nəticə göstərən məzunlardan 36, 600 baldan yuxarı nəticə göstərən məzunlardan isə 17 nəfəri qızlar olmuşlar.

* * *

Şəmkirdə  keçirilən analoji tədbirdə çıxış edən RİH-in başçısı Rəşad Tağıyev məzunlara bu uğurlarında zəhməti olan valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirmişdir. Ölkəmizdə təhsilə verilən önəmdən danışan R.Tağıyev  diqqətə çatdırmışdır ki, təhsil sahəsini həyatımızın ən gərəkli, ən mühüm sahəsi hesab edən Ümummilli Lider təhsil siyasətinə hər zaman dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb: "Ulu Öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev yeni dövrün reallıqlarına uyğun davam və inkişaf etdirir. Bu gün Prezident İlham Əliyevin qayğısı sayəsində reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi bütün bölgələrimizi, o cümlədən Şəmkir rayonunu da əhatə edir. Son 5 ildə Şəmkir şəhəri Məhəmməd Füzuli adına Təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-lisey müasir standartlara uyğun yenidən qurulmuş, Zəyəm qəsəbəsi və Zəyəm Cırdaxan kəndində məktəb binaları əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilmişdir. Eyni zamanda ucqar dağ kəndlərimizdə modul tipli məktəblər quraşdırılmışdır. Hazırda isə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə və Cahangir Rüstəmov adına tam orta məktəbdə əsaslı təmir-bərpa işləri aparılır".

Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov çıxış edərək ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışmış, rayonda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat vermişdir.


 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İyulun 13-nə olan hava proqnozu açıqlanıb

13:55
12 İyul

İran XİN: Omanla Hörmüz boğazı ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib

13:52
12 İyul

Körfəz ölkələri raket və PUA hücumlarına məruz qalıb

13:31
12 İyul

Ölkə ərazisindəki faktiki hava acıqlanıb

12:29
12 İyul

ABŞ-nin ən nüfuzlu Respublikaçı senatoru vəfat edib

12:07
12 İyul

Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib

11:59
12 İyul

Qətərin keçmiş əmiri vəfat edib

11:57
12 İyul

Rusiya Müdafiə Nazirliyi: 300-dən çox PUA hücumunun qarşısı alınıb

10:28
12 İyul

ABŞ Mərkəzi Komandanlığı İrana növbəti hücuma başlayıb

10:21
12 İyul

Dünya çempionatı: Argentina yarımfinala vəsiqə qazanıb

09:23
12 İyul

Dünya çempionatı: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

09:13
12 İyul

Tovuz döyüşləri: Zəfərin astanasında 

09:07
12 İyul

Prezident: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb VİDEO

23:03
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb VİDEO

21:15
11 İyul

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir

20:16
11 İyul

Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNİB 

19:58
11 İyul

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

19:44
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB

18:33
11 İyul

Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib 

18:17
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 

18:16
11 İyul

Bu gün Bakının 544 küçəsi yuyulub

17:57
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!