02 Oktyabr 2024 17:29
814
CƏMİYYƏT
A- A+
Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı başa çatıb 

Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı başa çatıb 

Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağı başa çatıb. AZƏRTAC xəbər verir ki, sentyabrın 29-da başlamış beynəlxalq tədbir oktyabrın 2-də başa çatıb.

Bakı Konqres Mərkəzində baş tutan tədbirin 4-cü (sonuncu) günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib. Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. Bundan əlavə, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları keçirilib.

Konfransın sonuncu günü keçirilən “Rəqəmsal əsrdə qanunun aliliyinin təmin edilməsində prokurorun rolu – çağırış və cavablar”, “Rəqəmsal sübutlar və süni intellektdən istifadə çərçivəsində şəffaflığın, hesabatlılığın və məlumatların qorunmasının təmin edilməsi”, “Kibercinayətkarlığın təqibində beynəlxalq əməkdaşlığın əhəmiyyəti” adlı plenar sessiyaları və “Ekoloji cinayət”, “Kibercinayətkarlıq” və “Terrorla mübarizə” seminarlarında səmərəli fikir mübadilələri baş tutub, müzakirələr aparılıb.

Tədbirin əsas hissəsindən sonra bağlanış mərasimi baş tutub.

Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransının və Ümumi Yığıncağının uğurla başa çatdığını bildirərək, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizədə iştirakçı dövlətlərin həmfikir olduğunu, bunun üzv ölkələrin prokurorluq və ədliyyə qurumları arasında münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcəyini qeyd edib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques çıxış edərək 29-cu İllik Konfransın və Ümumi Yığıncağın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi və digər iştirakçıları təbrik edib, göstərilən qonaqpərvərlik və isti münasibətə görə Azərbaycan dövlətinə təşəkkür edib.

Həmçinin, çıxış edən Assosiasiyanın Baş katibi Roel Dona tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prokurorluğuna və digər əməyi keçən hər kəsə təşəkkür edib, dünyanın ən gözəl paytaxt şəhərlərdən biri olan Bakının indiyədək təyin olunmuş konfranslar tarixində öndə yer tutduğunu qeyd edib.

Daha sonra Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu İllik (yubiley) Konfransının və Ümumi Yığıncağının Sinqapurda (Sinqapur şəhərində) keçiriləcəyini diqqətə çatdıraraq, Sinqapur Respublikasının Baş prokuroru Lüsyen Vonqu bu münasibətlə təbrik edib.

Lüsyen Vonq çıxış edərək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransının və Ümumi Yığıncağının uğurla başa çatması münasibətilə Kamran Əliyev başda olmaqla bütün üzv ölkələri təbrik edib və bildirib ki, artıq BPA-nın 30-cu İllik (yubiley) Konfransı və Ümumi Yığıncağının Siqapurda keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Lüsyen Vonq 30-cu İllik (Yubiley) Konfransda və Ümumi Yığıncaqda Azərbaycanın geniş təcrübəsindən istifadə olunacağını vurğulayıb.

Sonda Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının rəmzi bayrağını Sinqapur Respublikasının Baş prokuroru Lüsyen Vonqa təqdim edib.

Bununla da ölkəmizdə keçirilən beynəlxalq tədbir uğurla başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!