26 İyun 2020 01:10
2765
Mədəniyyət
A- A+
Bəylər məscidi

Bəylər məscidi


Qədim Bakının inkişaf mərhələlərini nəzərdən keçirsək görərik ki, bu şəhər müxtəlif din və həyat tərzlərinin bir-birini əvəz etməsi nəticəsində mənəvi mədəniyyətin mənbəyi olmuşdur. VII əsrin birinci yarısında Azərbaycanın bütün şəhərlərində, o cümlədən atəşpərəstlərin nüfuzlu dini mərkəzi sayılan Bakıda İslam dininin yayılması geniş vüsət almışdı. Burada çoxsaylı dini memarlıq abidələri - məscid, təkyə, məktəb-məscid və türbələr inşa edilmişdir.

İçərişəhərin şimal-qərbində, Şirvanşahlar Sarayının Murad darvazasının yaxınlığında dini tikililər arasında Bəylər məscidi yerləşir. 1895-ci ildə inşa olunan məscid yerli əhəmiyyətli tarixi-memarlıq abidəsidir. Bu sənət incisi Bakının məşhur bəylərinin sifarişi ilə tikildiyi üçün bu adı almışdır. Məscidin inşasında Məhəmməd Haşim Əl-Bakuinin oğulları Hacıbaba və Hacı Cavad, eləcə də məşhur milyonçu Ağa Murtuza Muxtarov, xəttat İbrahim Şirvani, Mir Əli ən-Nağı, Mir Tağı, usta-memar Seyid Hüseyn də iştirak etmişdilər.

İçərişəhər ərazisində inşa olunan bu sonuncu məscid zalın böyüklüyünə və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Onun inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsiplərindən istifadə olunub. Mükəmməl görünüşlü minarənin yuxarı hissəsi Qərbi Avropaya xas olan dekorativ elementlərlə bəzədilib. Məscidin zalında və mehrabında mükəmməl bədii daşyonma sənəti nümunələrindən məharətlə istifadə edilib. Memarlıq abidəsi qədim məscidin yerində tikilib və əyri xətt şəkilli küçənin planlaşdırılma xüsusiyyətinə uğurla daxil edilb.

Bəylər məscidində bərpa və konservasiya işləri "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəvət etdiyi avstriyalı məşhur bərpaçı ekspert Erix Pummer tərəfindən aparılıb. 2014-2015-ci illərdə görülən işlər zamanı məscidin bərpasında "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” də iştirak edib, qapı və pəncərələri memarlıq elementləri ilə bəzəyib. Nəticədə təyinatına uyğun muzeyləşdirilən məsciddə "Müqəddəs əmanətlər” ekspozisiyası yaradılıb.

Burada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim "Qurani-kərim” kitabları nümayiş etdirilir. Ziyarətçilər 73 Quran, 7 dini kitab, 19 dini atribut, ümumilikdə, 99 eksponatla tanış ola bilirlər. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və onun axundu tərəfindən divara hörülərək qorunan Quran, eləcə də Quranın cüzləri ekspozisiyada diqqəti cəlb edən eksponatlardır.

Azərbaycanın müxtəlif regionlarından əldə edilən müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalardan və şəxsi mülklərdən toplanmışdır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib

14:15
05 Aprel

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 142-ci kitabı çapdan çıxıb  

14:14
05 Aprel

Suqovuşanda daha 53 ailəyə mənzillərinin açarları təqdim olunub  

14:13
05 Aprel

“Motorola”nın yeni smartfonu təqdim ediləcək

14:10
05 Aprel

Qalaktikamızda maraqlı ulduz sistemi aşkarlanıb  

14:09
05 Aprel

Ötən ay Türkiyənin müdafiə və aerokosmik ixracatı tarixi rekorda imza atıb

13:29
05 Aprel

Bazar günü üçün hava proqnozu açıqlanıb

13:28
05 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi həftə sonu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

13:27
05 Aprel

Keçmiş məcburi köçkün: Bu gün yurd həsrəti sona çatır

13:25
05 Aprel

Ombudsmanın Milli Preventiv Qrupu Dövlət Miqrasiya Xidmətinin müəssisələrinə başçəkmələr həyata keçirib  

13:12
05 Aprel

Növbəti köç karvanı Suqovuşan kəndinə çatıb - YENİLƏNİB

13:11
05 Aprel

İmişli, Saatlı və Sabirabadda “Şahin” hərbi-idman oyunu üzrə qaliblər müəyyənləşib

13:02
05 Aprel

Ağdərə sakini: Doğma torpaqlara Böyük Qayıdışın şahidləri və iştirakçılarıyıq  

13:00
05 Aprel

Gürcüstan DTX-yə yeni sədr təyin olunub

13:00
05 Aprel

Ötən gün polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlanaraq götürülüb

11:35
05 Aprel

Ədliyyə naziri Şəki şəhərində vətəndaşların müraciətlərini dinləyib  

11:35
05 Aprel

“Paris Science Po” institutunun tələbələri regiondakı reallıqlarla bağlı məlumatlandırılıblar  

11:33
05 Aprel

AAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib

11:08
05 Aprel

Azərbaycan neftinin ucuzlaşması davam edir

10:29
05 Aprel

Bəzi ərazilərdə duman müşahidə olunur – FAKTİKİ HAVA

10:28
05 Aprel

“Brent” və WTI nefti 4 dollardan çox ucuzlaşıb

10:28
05 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!