04 Sentyabr 2024 08:15
399
İQTİSADİYYAT
A- A+
Bəşəriyyəti ekoloji fəlakətdən beynəlxalq əməkdaşlıq xilas edə bilər

Bəşəriyyəti ekoloji fəlakətdən beynəlxalq əməkdaşlıq xilas edə bilər

 

Bu gün bəşəriyyət "olum və ölüm" dilemması qarşısında qalıb. İnsanın son 200 ildə ətraf mühitə vurduğu ziyanın miqyası o qədər böyükdür ki, artıq onun fəsadları ölçüyəgəlməz səviyyəyə çatıb. O üzdən bəşəriyyət öz əli ilə özünə yaratdığı bu dəhşətli problemi həll etmək məcburiyyətində qalıb.
Ötən əsrin ortalarından bu məsələ yalnız elm adamları tərəfindən gündəmə gətirilirdisə, indi ağlı başında olan hər kəs qarşılaşdığımız bu bəlanın fərqindədir. İndi onun barəsində hər kəs həyəcanla danışır. Artıq ətraf mühitin qorunması siyasətdə də önə çıxıb. Bir çox ölkələrdə fəaliyyət göstərən Yaşıllar partiyasına seçkilərdə səs verənlərin sayı getdikcə artır. 
Dünyanın xilasına həsr olunan qlobal tədbir isə cari ilin noyabrında Azərbaycanda keçiriləcək. Ölkəmiz bu dünya əhəmiyyətli tədbirin yüksək səviyyədə keçməsi üçün artıq neçə vaxtdır səylə çalışır. Azərbaycan dövləti COP29-a hazırlıq çərçivəsində əksər ölkələrlə, bu istiqamətdə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq edir. 29-cu sessiya ilə bağlı beynəlxalq ekoloji qurumlarla yüksəksəviyyəli tədbirlər keçirilir, qlobal səviyyədə bəşəriyyətə ünvanlanacaq çağırışlar müəyyənləşdirilir.  
Bu günlər belə panel tədbirlərdən biri - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və GLOBSEC2024-ün birgə təşkilatçılığı ilə "COP29 və yaşıl üfüqlər: iqlim dəyişikliyinin idarə edilməsi" mövzusunda keçirilib. "The VONA & The Tide" təhsil və məşvərət platformasının təsisçisi Sofiya Şhevçukun moderatorluğu ilə keçirilən paneldə iqlim dəyişmələrinə qarşı fəaliyyətlərin və dünyada yaşana biləcək arzuolunmaz ssenarilərin qarşısının alınması üçün regionlararası əməkdaşlığın vacibliyi vurğulanıb. Energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanov indiyədək ölkəmiz tərəfindən aparılan danışıqlar və görülən işlər barədə məlumat verərək deyib ki, Azərbaycan tərəfindən irəli sürülən 14 təşəbbüsdən 3-ü maliyyə məsələləri ilə bağlıdır, 4-5 bənd isə enerji və "yaşıl" keçid məsələlərini özündə ehtiva edir. E.Soltanov həmçinin əlavə edib ki, COP29 atəşkəs dövrü olacaq: "Bizim COP atəşkəsi kimi ideyamız mövcuddur. Biz hər kəsə atəşkəsə riayət olunması ilə bağlı çağırış edəcəyik. Çünki bir saatlıq olsa da, atəşkəs bizim üçün vacibdir. Müharibələr istixana qazlarının əsas mənbəyidir".
Dünyada iqlim dəyişikliyinin yaratdığı fəsadlardan biri də su çatışmazlığıdır. Bu problemin digər iqlim məsələləri ilə müqayisədə daha çox narahatlıq doğurduğu məlumdur. Su çatışmazlığı kənd təsərrüfatı, ərzaq sistemi, turizm və digər sahələrə də mənfi təsir göstərir. Yeri gəlmişkən qeyd edək ki, İsveçin paytaxtı Stokholmda növbəti illik Beynəlxalq Su Həftəsi keçirilib. Tədbirin yüksəksəviyyəli panelində COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev videoformatda çıxış edərək Azərbaycanın COP29 ilə bağlı prioritetləri və ölkəmizin suyun beynəlxalq iqlim gündəliyində yeri ilə bağlı mövqeyini iştirakçıların nəzərinə çatdırıb.
Stokholm Beynəlxalq Su İnstitutu (SIWI) tərəfindən təşkil edilən həftə çərçivəsində növbəti mühüm müzakirə COP28 sədrliyi, SIWI və COP29 sədrliyi tərəfindən birgə çağırılmış "COP28-dən COP29-a doğru: Su və İqlim fəaliyyəti üçün tərəqqinin əldə edilməsi" başlıqlı yan tədbir çərçivəsində baş tutub. Tədbirdə COP-un Azərbaycan sədrliyi adından çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov COP29-un Su Təşəbbüsü barədə iştirakçılara məlumat verərək beynəlxalq ictimaiyyəti bu təşəbbüsü dəstəkləməyə dəvət edib.
Dünyada iqlim dəyişikliyi nəticəsində son on ildə dünya üzrə dəniz səviyyəsi əvvəlkindən iki dəfədən çox sürətlə qalxıb. Belə dəyişikliklər kiçik ada ölkələrin mövcud olması üçün böyük risk yaradır. Muxtar Babayev "İqlim şəffaflığı sahəsində yüksəksəviyyəli dialoq" mövzusunda keçirilən tədbirdə bu barədə narahatlığını bildirib. Nazir qeyd edib ki, son dövrlər fəlakətlər tez-tez və daha şiddətli baş verir. İqlim hadisələrinin bu cür inkişafı ortaq iqlim məqsədlərinə uyğun hərəkət etməyə ehtiyac olduğunu göstərir. Buna görə də biz COP29-un və iqlim dəyişikliyinə qarşı fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişinin bütün müddəaları üzrə əlimizdən gələni etməliyik. Şəffaflıq bu səylərin əsas hissəsidir, həssas icmalar arasında qlobal iqlim məqsədləri ətrafında etimad yaradılmalıdır. Ötən il tərəflər bir araya gələrək Birləşmiş Ərəb Əmirlikləri Konsensusuna nail oldular. COP29-a doğru irəlilədikcə, 1.5 hədəfinə çatmaq üçün biz işimizi COP28-də yaradılan müsbət ruh və impuls üzərində qurmalıyıq. COP29 Sədrliyi iqlimin maliyyələşdirilməsini əsas götürməklə, ambisiyaları artırmaq və iqlim dəyişikliyi ilə bağlı fəaliyyətə imkan yaradılması məqsədilə uğurlu iqlim danışıqları ili üçün planını paylaşıb. Bütün tərəflərdən gələcək nəsil milli iqlim planlarında öz ambisiyalarını artırmağı xahiş etdiyimiz üçün şəffaflıq vacib olacaq", - deyə M.Babayev bildirib.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

Azərbaycanın ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır

08:30
15 Yanvar

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!