18 Dekabr 2024 08:45
646
CƏMİYYƏT
A- A+
Bakının "Qış nağılı" başladı

Bakının "Qış nağılı" başladı


Hər il Yeni il ərəfəsində Bakının digər küçə və meydanları kimi, Fəvvarələr meydanı da öz libasını dəyişərək bizi nağıllar aləminə aparır. Artıq 11 ildir ki, bayram günlərində fəaliyyətinə başlayan "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası bu meydanın bəzəyinə çevrilir. Böyükdən kiçiyə hər kəsin səbirsizliklə gözlədiyi yarmarka paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının üzünə açıqdır.

"Soyuq əllər, isti ürək" yarmarkası yeni qurulmuş 64 böyük və 20 balaca ev, 3 ədəd ikimərtəbəli restoran, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu otağı, kiçik köşklər, müxtəlif tematik guşələr, labirint otağı, Santa evi və böyük Yeni il ağacından ibarətdir. Ərazidə quraşdırılmış iki böyük monitorda yarmarka haqqında ətraflı məlumat və xəritə nümayiş olunur. Qonaqlar məkandakı köşklərdən maraqlı Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər ala, tematik və digər guşələrə baş çəkə, müxtəlif isti və ya soyuq içkilərdən içə, Qərbin və Şərqin unikal ləzzətli təamlarını kəşf edə, maraqlı oyunlar oynaya bilərlər.

"Soyuq əllər, isti ürək"də müasirliklə ənənəviliyin ahəngdar əvəzlənməsi könülləri oxşayır. Avropa modernizmi ilə Şərq üslubu harmoniya təşkil edir, insanlar yarmarkada gəzərkən qeyri-ixtiyari bayram əhvali-ruhiyyəsinə köklənir, yorğunluğunu, gündəlik qayğılarını unudurlar.

Yeni il sehrini kəşf etmək istəyənlər mütləq bu məkana baş çəkməlidirlər. Şam ağacının ətrafında qaçışan uşaqlar, Şaxta baba ilə rəsm çəkdirmək üçün növbə gözləyən balacalar, övladlarının sevincinə baxıb qürurlanan valideynlər, pavilyonların qarşısında əllərində isti içkilər söhbət edib gülüşən gənclər sanki sulu boya ilə çəkilən rəsm əsərinə bənzəyir. Bu mənzərəyə tamaşa etmək insanın üzündə xoş gülüş yaradır. 

Havanın çox soyuq olmasına baxmayaraq, yarmarkaya maraq yüksək səviyyədədir. Köşklərin hər biri qonaq-qaralıdır, insanlar şəkillər çəkdirir, Yeni il ağacının ətrafına toplaşıb musiqilərin fonunda gəzişir və alış-veriş edirlər. Bir sözlə, burada insanların əylənməsi üçün, demək olar ki, hər cür şərait yaradılıb. 

Bu ünvanda həm milli, həm xarici təamları dadmaq mümkündür. Maraqlısı isə odur ki, ətrafa yayılan yeməklərin qoxusu bir-birinə qarışsa da, heç kəsi narahat etmir, əksinə, evlərin qarşısında hər kəs iştahla növbə gözləyir. Növbədə dayananlar da əliboş deyil, kiminin əlində xırtıldayan kartof, kiminin əlində fərqli markalarda qəhvə fincanları var, kimlərsə də qovrulmuş şabalıd və südlü qarğıdalı yeyirdi.

Yarmarkada yerli sakinlərlə yanaşı, çoxsaylı turistə də rast gəlmək mümkündür. İş ilə əlaqədar ölkəmizdə qonaq olan amerikalı Rachel Harris deyir ki, hər il yaşadığı şəhərdə Yeni il yarmarkasını mütləq ziyarət edir: "Bütün ilboyu bu dövrü gözləyirəm. Uşaqlıqdan ən sevdiyim bayramdır. Bu il ziyarət edə bilməyəcəyim üçün çox üzülmüşdüm, ta ki təsadüfən burdan keçəndə yarmarkanı görənə qədər. Yarmarka yüksək səviyyədə, əsl bayram ab-havasında  təşkil olunub. Milli təamlarınızı dadmaq üçün səbirsizlənirəm".

Yarmarkada gəzərkən ən böyük növbənin Santa evinin qarşısında olduğunu gördük. Uşaqların gözlərindən, üzlərindəki təbəssümdən Santa Klaus ilə şəkil çəkdirmək üçün necə səbir və həvəslə gözlədikləri hiss olunur. Nəvələri ilə yarmarkaya gələn Bəyim nənə deyir ki, bu növbədə gözləmək onun üçün ənənəvi hala çevrilib: "Nəvələrim neçə gündür yarmarkanın açılmasını gözləyirlər. Ona görə də elə açılışın ilk günü buradayıq. Hər il mütləq Santa Klaus ilə şəkil çəkdiririk. Belə bir izdiham gözləmirdim. Hava soyuq olduğu üçün deyirdim burada insan az olar".

Oyun zonasının yanından keçdikdə uşaqların həvəslə yarışdıqlarını müşahidə edirik. Övladlarının yanında dayanan valideynlərə yaxınlaşırıq. Oyunda ciddi mübarizə aparan Seymur və Turanın anası Şəlalə xanım gülərək deyir ki, uşaqlar ilboyu bu yarmarkanın açılmasını gözləyirlər: "Buradakı oyunlar da, yeməklər də onlara ayrı bir zövq verir. Nə evdə, nə də digər kafe və restoranlarda yemədikləri təamlar burada onlara çox dadlı və maraqlı görünür. Bayram ərəfəsində fürsət tapdıqca yenə gələcəyik".

Böyük şam ağacının yanından keçərkən bir əli ilə babasının əlindən tutub, digər əli ilə yolkanın oyuncaqlarına toxunan balaca qızcığazın səsini eşidirik: "Baba, baba, bura elə gözəldir ki, elə bil nağıllar aləmidir".

Doğrudur, bura nağıllar aləminə bənzəyir. Bu bənzərlik yalnız "Soyuq əllər, isti ürəy"in bəzənməsində, ab-havasında deyil, həm də nəcib missayasındadır.  Belə ki, Yeni il yarmarkası nəinki Azərbaycanda, həm də regionda keçirilən ən böyük xeyriyyə layihələrindən biridir. 2013-cü ildən etibarən bu layihə Nərgiz Fondu tərəfindən həyata keçirilir. Hər il olduğu kimi, builki yarmarkada da toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək. "Soyuq əllər, isti ürək" yarmarkası  sayəsində ağır xəstəliklərlə mübarizə aparan uşaqlar sağlamlıqlarına qovuşurlar.

Bu il yarmarka yanvarın 15-dək davam edəcək. Burada iştirak etməklə hər birimiz həm əfsanəvi "Qış nağılı"nın parçası ola, həm də dəstəyimizə ehtiyacı olan uşaqlara əsl möcüzə bəxş edib, bu körpələrimizin əllərini də qəlbləri kimi isidə, onlara yeni nəfəs verə bilərik.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çindən kosmosa daha 18 peyk göndərilib

11:16
03 Noyabr

Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb

11:15
03 Noyabr

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

11:09
03 Noyabr

Qızıl oktyabrda 6,8 faiz ucuzlaşıb  

11:07
03 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb  

11:04
03 Noyabr

Azərbaycan nefti 116 dollara satılır 

10:49
03 Noyabr

UNESCO: Jurnalist qətllərinə görə cəzasızlıq qlobal miqyasda artıb  

10:48
03 Noyabr

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır  

10:25
03 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

İtmiş xəzinə

09:10
03 Noyabr

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

09:05
03 Noyabr

"Mən ağ sular kimi axıb getmərəm..."

09:00
03 Noyabr

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

08:55
03 Noyabr

Rifah, təhlükəsizlik və investisiya 

08:50
03 Noyabr

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

08:45
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!