07 Oktyabr 2025 11:48
577
İQTİSADİYYAT
A- A+
Bakıda II Azərbaycan Halal Biznes Forumu keçirilir

Bakıda II Azərbaycan Halal Biznes Forumu keçirilir


İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Halal Biznes (AZHAB) Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, bu il ikincisi dəfə keçirilən forum “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunub.

Tədbirdə dünyanın müxtəlif regionlarından olan rəsmi şəxslər, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edirlər. AZHAB Forumunun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Forumun açılış mərasimində yerli və xarici ölkələrdən olan rəsmilərin çıxışları, sənədlərin imzalanması, panel müzakirələr, sərginin açılışı nəzərdə tutulur. Forumun ilk günündə KOB-ları dəstəkləyən qurumlar arasında tərəfdaşlığın gücləndirilməsinə, İslam maliyyəsi və halal biznesin idarə edilməsinə dair panel müzakirələr təşkil olunacaq. Ümumilikdə forumun keçirildiyi iki gün müddətində dünyanın müxtəlif ölkələrindən olan rəsmi şəxslərin, ekspertlərin, akademik dairələrin və sahibkarların iştirakı ilə altı panel iclas təşkil ediləcək.

Bu gün, həmçinin “AZHAB Forum 2025” çərçivəsində təşkil olunmuş sərginin açılışı olacaq. 2-ci AZHAB Forumu oktyabrın 8-dək davam edəcək.

Builki forum İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, “Atena” MMC-nin və “Bilgə Qrup”un sponsorluğu ilə keçirilir.

Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın olmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında 

00:18
05 Sentyabr

A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

00:17
05 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyasının “20 Sentyabr” adlandırılması haqqında

00:17
05 Sentyabr

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub 

22:43
04 Sentyabr

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib  

20:26
04 Sentyabr

Bakıda Türk dünyası travmatoloq və ortopedlərinin beynəlxalq konqresinin açılışı olub 

19:32
04 Sentyabr

Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

19:30
04 Sentyabr

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb

19:27
04 Sentyabr

Sahibə Qafarova: "Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir"

19:26
04 Sentyabr

Həkim əməyinə verilən dəyər insan sağlamlığına xidmət edir

19:16
04 Sentyabr

Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub

19:07
04 Sentyabr

Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

19:04
04 Sentyabr

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır

18:17
04 Sentyabr

Bakı Metropoliteninin yeni stansiyası “20 Sentyabr” adlandırılacaq

18:14
04 Sentyabr

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!