30 İyun 2026 11:37
130
SİYASƏT
A- A+
Bakı Təşəbbüs Qrupu Kanakinin müstəqillik tərəfdarlarını təbrik edib

Bakı Təşəbbüs Qrupu Kanakinin müstəqillik tərəfdarlarını təbrik edib


Bakı Təşəbbüs Qrupu Kanaki–Yeni Kaledoniyanın müstəqillik tərəfdarı qüvvələrini iyunun 28-də keçirilmiş əyalət seçkilərində qazandıqları nəticələr münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrik Bakı Təşəbbüs Qrupunun Kanaki–Yeni Kaledoniyanın müstəqillik tərəfdarı qüvvələrinə dəstək bəyanatında yer alıb.

Bəyanatda bildirilib ki, rəsmi nəticələr mövcud siyasi reallığı aydın şəkildə əks etdirir: müstəqillik tərəfdarı olan siyasi qüvvələr arxipelaqın mühafizəkar və loyalist qüvvələri üzərində həm strateji, həm də demokratik baxımdan mühüm qələbə qazanıb.

“Bu seçkilər 2024-cü ildə baş vermiş gərginliklərin təsiri, ərazinin gələcək idarəetmə statusu ətrafında aparılan müzakirələr, Fransa hökumətinin propaqandası, yerli müstəmləkəçi sağ qüvvələrin təzyiqləri və seçici korpusunun süni genişləndirilməsi ilə bağlı hökumətin birtərəfli qərarları fonunda olduqca mürəkkəb şəraitdə keçirilib.

Seçici korpusunun dondurulmuş statusunun ləğvinə və yerli xalqın səsinin təcrid olunmasına yönələn cəhdlərə baxmayaraq, müstəqillik tərəfdarı olan qüvvələrin birliyi müstəmləkəçi qüvvələr qarşısında siyasi üstünlüyünü təsdiqləyib: Tam suverenlik uğrunda qazanılan 26 mandat. Bu yeni siyasi qüvvələr nisbəti ölkənin gələcək idarəetmə modelinin formalaşmasında azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizə aparan vətənpərvər qüvvələrin rolunu və təsir imkanlarını daha da gücləndirir.

Bakı Təşəbbüs Qrupu kanak xalqının qəhrəman müqavimətini yüksək qiymətləndirir. Kanaki–Yeni Kaledoniya Konqresində yaranmış bu yeni siyasi vəziyyət göstərir ki, nə təzyiqlər, nə də rəsmi Parisin köçkün müstəmləkəçilərin varislərinin maraqlarına kor-koranə dəstəyi ayaqda duran bir xalqın azadlıq istəyini söndürə bilməz.

Fransanın əlaltılarının siyasi məğlubiyyəti müstəmləkəçi hakimiyyət, o cümlədən Fransa müstəmləkəçiliyi altında olan digər ərazilər üçün mühüm dərsdir: öz müqəddəratını təyinetmə hüququ ayrılmaz hüquqdur və tarixi legitimlik həmişə müstəmləkəçilik nəticəsində yaradılmış faktiki vəziyyətə üstün gəlir. Bu məsələ Fransanın öz siyasi maraqlarına uyğun şəkildə birtərəfli qaydada həll edə biləcəyi daxili məsələ deyil, beynəlxalq hüquq çərçivəsində müstəmləkədən azad olunma məsələsidir.

Bakı Təşəbbüs Qrupu Kanaki–Yeni Kaledoniyanın müstəqillik tərəfdarı qüvvələri, eləcə də öz müqəddəratını təyinetmə hüququnun tanınması və müstəmləkədən azad olunma prosesinin başa çatdırılması uğrunda sülh yolu ilə mübarizə aparan bütün səslərlə həmrəyliyini bir daha təsdiqləyir”, - deyə bəyanatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir

12:23
30 İyun

Rüfət Əliyev: Nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb  

12:22
30 İyun

Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilir

12:20
30 İyun

Maliyyə naziri ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirib

12:20
30 İyun

Nazir: Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir  

12:19
30 İyun

2025-ci ildə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib

12:18
30 İyun

İdarə rəisi: Axtarış-sorğu tədbirlərində tətbiq olunan metodların düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir  

12:18
30 İyun

Sahil Babayev: Büdcənin neft gəlirlərindən asılılığının azaldılması əsas prioritetlərdən biridir  

12:12
30 İyun

Komitə sədri: Vətən müharibəsindən sonra itkin və əsir düşənlər barmaqla sayılırdı  

12:01
30 İyun

Nazir: Dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərir  

11:57
30 İyun

AZAL bir sıra istiqamətlər üzrə aviareyslərin sayını artırır

11:53
30 İyun

Nazir müavini: İtkin düşmüş şəxslər probleminin həlli bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir  

11:51
30 İyun

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrasını təsdiqləyib

11:49
30 İyun

Çingiz Hüseynzadə: Olimpiya Gününü veteran olimpiyaçılara həsr etmişik  

11:46
30 İyun

Azərbaycan “Metrik Konvensiya”ya qoşulur

11:43
30 İyun

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq əməkdaşlıq genişləndirilir

11:41
30 İyun

Nazir: MİQ imtahanlarında 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri yüksək olub

11:40
30 İyun

ABŞ konqresmeni: Azərbaycan etibarlı tərəfdaşdır

11:39
30 İyun

Bakı Təşəbbüs Qrupu Kanakinin müstəqillik tərəfdarlarını təbrik edib

11:37
30 İyun

Emin Əmrullayev: Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq

11:32
30 İyun

Rəis müavini: Azərbaycan itkin düşmüş şəxslər məsələsində Ermənistanla əməkdaşlığa hazırdır

11:29
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!