30 İyun 2026 08:35
239
SİYASƏT
A- A+
Fransanın beynəlxalq iflası

Fransanın beynəlxalq iflası


Müstəmləkəçi təfəkkür, irqi ayrı-seçkilik və qərəzli yanaşma bu ölkəni dünyanın geosiyasi səhnəsindən uzaqlaşdırır 


Fransa həm daxili böhranlar, həm də xarici siyasətdəki ardıcıl uğursuzluqlar ucbatından çöküş dövrünü yaşayır. Bir vaxtlar beynəlxalq münasibətlər sistemində əsas güc mərkəzlərindən hesab edilən bu ölkə artıq qlobal proseslərin axarına təsir etmək imkanlarından məhrum olur. 

Keçmiş Prezident Fransua Ollandın dövründə təməli qoyulan tənəzzül mərhələsi Emmanuel Makron iqtidarında pik həddə çatıb. Yelisey sarayının illər boyu qurduğu təsir alətləri, diplomatik manevrlər və "yumşaq güc" siyasəti dünya ictimaiyyətinin gözünün önündə iflas etməkdədir. Bu uğursuzluq Parisin beynəlxalq arenadakı çəkisini azaltmaqla bərabər, həm də onun qlobal güc statusunu ciddi şübhə altına qoyur. 

Fransanın əsrlər boyu müstəmləkə altında saxladığı, sərvətlərini taladığı Afrika qitəsi də Parisin diktəsini, birtərəfli siyasi və iqtisadi təzyiqlərini qəbul etmir. Region dövlətləri öz milli maraqlarını ön plana çəkərək, Parisin asılılıq zəncirini qırmağa başlayıblar. Xüsusilə Makron iqtidarının qitə xalqlarına qarşı yürütdüyü təzyiq siyasəti, onlara yuxarıdan baxması və yerli xalqları hələ "müstəmləkə qulları" kimi görməsi regionda kəskin anti-Fransa dalğasının yaranmasına səbəb olub. Uzun illər qanlı şəkildə basdırılan etirazlar imperiya ambisiyalarına qarşı daha güclü müqavimət hərəkatına çevrilərək Fransanı qitədən sürətlə sıxışdırıb çıxarmaqdadır. 

Bunun son nümunəsi Burkina-Faso tərəfindən gəlib. Burkina-Faso hökuməti iyunun 26-da rəsmi Parisin yeni müstəmləkəçi meyillərinə, daxili işlərə qarışmasına cavab olaraq Fransa ilə diplomatik münasibətləri tamamilə kəsdiyini elan edib. Hökumətin yaydığı kommünikedə qeyd edilib ki, tərəflər arasında qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq və dövlət suverenliyinə hörmət prinsiplərinə əsaslanan münasibətlərin inkişafı üçün zəruri şərtlər artıq mövcud deyil. Fransanın həyata keçirdiyi siyasətin ölkənin maraqlarına zidd olduğunu bəyan edən Burkina-Faso hökuməti Parisin neokolonial meyillər nümayiş etdirdiyini, Sahel regionunda fəaliyyət göstərən təxribatçı və terrorçu şəbəkələri dəstəklədiyini vurğulayıb. Bundan əlavə, Fransa mediasının və rəsmilərinin Burkina-Faso ilə bağlı məlumatları qərəzli şəkildə təqdim etdiyi qeyd olunub.

Burkina-Faso bu yolda tək deyil. Qərbi Afrikada yerləşən Mali də Parisin "terrorla mübarizə" adı altında keçirdiyi "Barxan" əməliyyatının uğursuzluğundan sonra fransız hərbçilərini ölkədən çıxarıb. Strategiya və uran resursları baxımından Fransanın ən mühüm qalalarından hesab olunan Mali ölkə ərazisində Parisin hərbi və siyasi varlığına son qoyub.  Bunlardan əlavə,  Mərkəzi Afrika Respublikası da Fransanın regional asılılıq zəncirini qıraraq digər qlobal tərəfdaşlarla əməkdaşlığa üstünlük verib. Ümumiyyətlə, Fransanın təsir dairəsində olan bir çox ölkədə Fransa əleyhinə ovqat və Parisin hərbi bazalarından xilas olmaq tələbləri güclənib. 

Özü də Fransanın təsir dairəsini itirməsi təkcə Afrika ilə məhdudlaşmır. Bu ölkə Asiya və Yaxın Şərqdən də sürətlə sıxışdırılıb çıxarılır. Ərəb ölkələrinin əksəriyyəti uzun müddətdir ki, xarici tərəfdaşlıqda üstünlüyü ABŞ, Böyük Britaniya, Çin və Türkiyəyə verirlər. Fransanın Livanda nümayiş etdirdiyi uğursuz "xilaskar" rolu və daxili siyasi böhranları manipulyasiya etmək cəhdləri ərəb dünyasında onun etibarsız tərəfdaş statusunu möhkəmləndirib. 

Eyni mənzərəyə Cənub-Şərqi Asiyada da rast gəlmək olar. Vyetnam, Kamboca və Laos kimi keçmiş fransız müstəmləkələri artıq Parisin geosiyasi ambisiyalarından beziblər. Bu dövlətlər iqtisadi və hərbi təhlükəsizlik tərəfdaşı olaraq ABŞ, Çin, Avstraliya və Yaponiya ilə birbaşa dialoqa üstünlük verirlər. 

Afrika və Asiyada böyük geosiyasi məğlubiyyətlərə uğrayan Emmanuel Makron hökuməti son dönəmlərdə itkilərin yerini Cənubi Qafqaza soxulmaqla doldurmağa çalışır. Lakin Parisin bölgəyə yanaşmasındakı ənənəvi qərəz onun burada mövqe qazanmaq şansını sıfıra endirir. Fransa 30 il boyu işğalçı Ermənistanı müdafiə edib. Bu gün də rəsmi Paris Ermənistandan təsir vasitəsi, geosiyasi alət kimi istifadə etməyə çalışır. Lakin regional və qlobal gücə çevrilən, qüdrətli ordusu, dayanıqlı iqtisadiyyatı və daxili birliyi olan Azərbaycan qarşısında Makron hökumətinin ambisiyaları uğursuzluğa məhkumdur. Zaman-zaman Fransanın təhriki ilə beynəlxalq platformalarda Azərbaycana qarşı atılan qeyri-konstruktiv addımlar isə yalnız Avropa təsisatlarının və Fransanın öz imicinə ağır zərbə vurur. 

Fransanın xarici siyasətdəki riyakarlığı onun daxili idarəçiliyindəki eybəcərliklərin birbaşa təzahürüdür. Beynəlxalq arenada başqa ölkələrə "demokratiya və insan hüquqları" dərsi keçməyə çalışan Yelisey sarayı öz daxilində dərin sosial-iqtisadi və irqi böhranı görməzdən gəlir. Fransada insanlar hələ də dərilərinin rənginə, etnik mənşəyinə və inanclarına görə diskriminasiyaya məruz qalırlar. Bu isə vaxtaşırı küçə iğtişaşlarına və daxili sabitliyin pozulmasına gətirib çıxarır. 

Fransanın xarici tərəfdaşlıqları və iqtisadi əməkdaşlığı öz siyasi ambisiyalarına qurban verməsi ölkə iqtisadiyyatını çıxılmaz duruma salıb. Sürətli iqtisadi və sosial geriləmə yaxın gələcəkdə Fransanın "Böyük Yeddilik" (G7) ölkələri sırasındakı yerinin də ciddi şəkildə laxlayacağını proqnozlaşdırmağa əsas verir. 

Dünya dəyişir, lakin Fransa öz köhnəlmiş, müstəmləkəçi təfəkkürünü dəyişə bilmir. Digər dövlətləri bərabərhüquqlu tərəfdaş yox, tabeliyində olan asılı dövlət kimi görmək xəstəliyi Parisin olan-qalan nüfuzunu tamamilə itirməsi, qlobal geosiyasi səhnədən birdəfəlik silinməsi prosesini sürətləndirməyə xidmət edir. Nəticə etibarilə hazırda beynəlxalq ictimaiyyət vaxtilə özünü "demokratiya mərkəzi" elan etmiş Fransanın daxildə və xaricdə tarixi iflasına şahidlik edir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir

12:23
30 İyun

Rüfət Əliyev: Nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb  

12:22
30 İyun

Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilir

12:20
30 İyun

Maliyyə naziri ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirib

12:20
30 İyun

Nazir: Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir  

12:19
30 İyun

2025-ci ildə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib

12:18
30 İyun

İdarə rəisi: Axtarış-sorğu tədbirlərində tətbiq olunan metodların düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir  

12:18
30 İyun

Sahil Babayev: Büdcənin neft gəlirlərindən asılılığının azaldılması əsas prioritetlərdən biridir  

12:12
30 İyun

Komitə sədri: Vətən müharibəsindən sonra itkin və əsir düşənlər barmaqla sayılırdı  

12:01
30 İyun

Nazir: Dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərir  

11:57
30 İyun

AZAL bir sıra istiqamətlər üzrə aviareyslərin sayını artırır

11:53
30 İyun

Nazir müavini: İtkin düşmüş şəxslər probleminin həlli bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir  

11:51
30 İyun

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrasını təsdiqləyib

11:49
30 İyun

Çingiz Hüseynzadə: Olimpiya Gününü veteran olimpiyaçılara həsr etmişik  

11:46
30 İyun

Azərbaycan “Metrik Konvensiya”ya qoşulur

11:43
30 İyun

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq əməkdaşlıq genişləndirilir

11:41
30 İyun

Nazir: MİQ imtahanlarında 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri yüksək olub

11:40
30 İyun

ABŞ konqresmeni: Azərbaycan etibarlı tərəfdaşdır

11:39
30 İyun

Bakı Təşəbbüs Qrupu Kanakinin müstəqillik tərəfdarlarını təbrik edib

11:37
30 İyun

Emin Əmrullayev: Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq

11:32
30 İyun

Rəis müavini: Azərbaycan itkin düşmüş şəxslər məsələsində Ermənistanla əməkdaşlığa hazırdır

11:29
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!