18 Sentyabr 2026 01:44
1629
Nazirlər Kabineti
A- A+
Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında

Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında


№ 302


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Qoyuluş gücü 100 MVt olan günəş elektrik stansiyasının və 30 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin tikintisi məqsədilə Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 198,45 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilsin (torpaq sahələrinin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur).

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirsin.

3. Müəyyən edilsin ki, bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 198,45 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 3-cü hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilsin. 



Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 17 ” “ sentyabr ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

22:25
13 Oktyabr

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

21:43
13 Oktyabr

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

20:18
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!