21 İyul 2026 08:15
207
SİYASƏT
A- A+
Bakı-Berlin münasibətləri yeni mərhələyə qədəm qoyur

Bakı-Berlin münasibətləri yeni mərhələyə qədəm qoyur


Qlobal siyasi və iqtisadi nizamın yenidən formalaşdığı, beynəlxalq münasibətlər sisteminin ciddi sınaqlarla üzləşdiyi müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya planlaşdırılan rəsmi səfəri müstəsna əhəmiyyət kəsb edir. 

Bu diplomatik addım, sadəcə, ikitərəfli təmasların davamı olmaqla məhdudlaşmır, həm də qlobal böhranlar, logistik qırılmalar və kəskinləşən enerji təhlükəsizliyi çağırışları fonunda Avropanın Cənubi Qafqaz regionuna yönəlik baxışındakı köklü geosiyasi transformasiyanın bariz təzahürüdür. Avropanın aparıcı sənaye lokomotivi olan Almaniya ilə regional güc mərkəzi olan Azərbaycan arasındakı yüksəksəviyyəli dialoq tərəfdaşlıq münasibətlərini keyfiyyətcə daha dayanıqlı və strateji bir mərhələyə yüksəldir.

İki ölkə arasında formalaşan müsbət dinamika təsadüfi xarakter daşımır və son illərdə intensivləşən qarşılıqlı səfərlərlə daha da möhkəmlənir. Dövlətimizin başçısının 2024-cü ilin aprelində Almaniyaya uğurlu səfəri, həmçinin ənənəvi olaraq Münxen Təhlükəsizlik Konfransında fəal iştirakı yüksəksəviyyəli siyasi dialoqun daimi və dayanıqlı olduğunu göstərir.

Bununla yanaşı, Almaniya Federal Prezidenti Frank-Valter Ştaynmayerin 2025-ci ilin aprelində Bakıya rəsmi səfəri və eləcə də Federal Kansler Fridrix Mertsin 2025-ci ilin dekabrında Prezident İlham Əliyevlə telefon danışığı zamanı dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etməsi Berlinin regional sabitlikdə Bakını əvəzedilməz aktor kimi qəbul etdiyini təsdiqləyir. 

Postpandemiya dövrü, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə alovlanan gərginliklər ənənəvi təhlükəsizlik və təchizat modellərini iflasa uğradıb. Enerji sahəsində birtərəfli asılılıqlardan qurtulmağa və resurslarını şaxələndirməyə çalışan Avropa İttifaqı üçün Cənubi Qafqaz qlobal təchizat zəncirinin strateji qovşağına çevrilib. Bu çərçivədə 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu münasibətlərin transformasiyasında mühüm dönüş nöqtəsi oldu. 

Hazırda Azərbaycan Avropanın 10-u ittifaq üzvü olmaqla ümumilikdə 16 ölkəsinə mavi yanacaq ixrac edir. Tədarük həcminin qısa müddətdə 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırılması və 2027-ci ilə qədər bu göstəricinin ən azı 20 milyard kubmetrə çatdırılması hədəfi Azərbaycanın qitənin enerji arxitekturasındakı yerini möhkəmləndirir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Almaniyanın "Uniper" şirkəti ilə 2045-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli qaz tədarükü müqaviləsi və "SEFE" (Securing Energy for Europe) şirkəti ilə formalaşdırılan işgüzar bağlar Berlinin enerji təhlükəsizliyinin təmin olunmasında və "Cənub qaz dəhlizi"nin Avropa bazarında sabit mənbəyə çevrilməsində mühüm rol oynayır. 

Bakı-Berlin münasibətlərinin ən güclü təməllərindən birini iqtisadi-ticari əlaqələr təşkil edir. Almaniya Azərbaycanın Avropa İttifaqı məkanında ən mühüm ticarət tərəfdaşlarından biridir. Ölkəmizdə cənub və qərb regionlarının sənaye potensialının artırılmasında, infrastrukturun müasirləşdirilməsində alman texnologiyaları və avadanlıqları geniş tətbiq olunur. Hazırda Azərbaycanda sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və xidmət sahələrində yüzlərlə alman kapitallı şirkət uğurla fəaliyyət göstərir. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işlərində, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılmasında alman şirkətlərinin layihələndirmə və alternativ enerji sahəsindəki təcrübəsinə böyük önəm verilir. Alman investorlarının bu ərazilərə artan marağı iqtisadi əməkdaşlığın gələcək miqyasını daha da genişləndirir. 

Yeni dövrün çağırışlarına uyğun olaraq, Azərbaycan ilə Almaniya arasında əməkdaşlıq təkcə ənənəvi karbohidrogen resursları ilə məhdudlaşmır, həm də "yaşıl enerji" və iqlim dəyişikliyi ilə mübarizə sahələrini əhatə edir. Almaniya bərpaolunan enerji texnologiyaları sahəsində dünya liderlərindən biridir. Azərbaycanın Xəzər dənizində və işğaldan azad edilmiş ərazilərdə malik olduğu nəhəng külək və günəş enerjisi potensialı alman şirkətləri üçün cəlbedici investisiya imkanları vəd edir. Bakı və Berlin "yaşıl hidrogen" istehsalı və onun gələcəkdə Avropa bazarlarına ixracı istiqamətində birgə layihələrin həyata keçirilməsini, həmçinin "Berlin İqlim Keçidi Dialoqu" çərçivəsində əlaqələrin gücləndirilməsini hədəfləyir. 

Müasir geosiyasətdə boru kəmərləri qədər nəqliyyat dəhlizləri, dəniz limanları, dəmir yolları və rəqəmsal kommunikasiya xətləri də dövlətlərin geoiqtisadi gücünü müəyyən edən əsas amillərə çevrilib. Almaniya kimi ölkənin ixracyönümlü və nəhəng istehsal potensialına malik bir iqtisadiyyat üçün təchizat zəncirlərinin təhlükəsizliyi və diversifikasiyası həyati əhəmiyyət daşıyır. Bu kontekstdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) Almaniya sənayesinə Mərkəzi Asiya və Uzaq Şərq bazarlarına daha təhlükəsiz, qısa və rentabelli çıxış imkanı yaradır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və logistik mərkəzləri ilə Azərbaycan bu nəhəng coğrafiyada Asiya ilə Avropanı birləşdirən ən etibarlı qovşaq rolunu oynayır. 

İkitərəfli münasibətlərin humanitar ölçüsü də kifayət qədər zəngindir. İki xalq arasında mədəni bağların tarixi XIX əsrə, almanların Azərbaycana köçürülməsi və buradakı zəngin memarlıq, şərabçılıq və mədəni irs dövrünə təsadüf edir. Bu gün həmin tarixi irs Azərbaycanda böyük diqqət və qayğı ilə qorunur. 

Təhsil və elm sahəsində Alman Akademik Mübadilə Xidməti (DAAD) və Höte İnstitutu kimi qurumların xətti ilə həyata keçirilən layihələr, yüzlərlə azərbaycanlı gəncin Almaniyanın qabaqcıl universitetlərində təhsil alması ölkələrimiz arasında intellektual körpülər qurur. Eyni zamanda peşə təhsili sahəsində Almaniyanın dual təhsil modelinin Azərbaycanda tətbiq olunması istiqamətində atılan addımlar ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verir. 

Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya səfəri həm keçmişin zəngin tarixi irsinə və qarşılıqlı etimada əsaslanır, həm də gələcəyin qlobal çağırışlarına verilən ortaq, rasional və strateji cavabdır. Bakı və Berlin arasında qurulan bu çoxtərəfli strateji körpü bütövlükdə Avrasiya coğrafiyasının enerji təhlükəsizliyinə, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafına, "yaşıl iqtisadiyyat"a keçidə və uzunmüddətli siyasi sabitliyə xidmət edən fundamental platformadır.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

14:05
21 İyul

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb  

13:56
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

13:05
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib 

12:41
21 İyul

Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub  

12:37
21 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

12:33
21 İyul

Sabah hava necə olacaq?

12:16
21 İyul

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34 faiz artıb

12:03
21 İyul

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:59
21 İyul

Azərbaycan Hava Yolları donanmasına bu il dördüncü təyyarəsini əlavə edib  

11:48
21 İyul

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb  

11:27
21 İyul

Belçikalıların Kralı Əlahəzrət Filipə

11:07
21 İyul

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər müzakirə edilib  

11:01
21 İyul

Bu ilin beş ayında doğulanların və ölənlərin sayı məlum olub  

10:57
21 İyul

Azərbaycan əhalisinin sayı açıqlanıb 

10:48
21 İyul

Dünya çempionatının rəmzi komandası açıqlanıb

10:46
21 İyul

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!