04 Dekabr 2025 08:40
249
İQTİSADİYYAT
A- A+
"Azəristilik" qışa hazır olduğunu deyir

"Azəristilik" qışa hazır olduğunu deyir


Havalar mülayim keçsə də, mütəxəssislər bu il qışın sərt keçəcəyi barədə xəbərdarlıq edirlər. Deməli, havaların qəfil dəyişməsi ehtimalı çoxdur. 

Elə əhalinin şikayətləri də bu zaman başlayır. Uzun illərin təcrübəsindən bilirik ki, bir çox dövlət qurumu qışa tam hazır olduqlarını bəyan etsələr də, qar yağanda, şaxta düşəndə bunun əksini görürük və məlum olur ki, verilən sözlə reallıq üst-üstə düşmür. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumatda da bildirilir ki, qurum qışa tam hazırdır və narahatlığa əsas yoxdur. Amma bunun nə qədər doğru olub-olmadığını, necə deyərlər, qışın oğlan çağında görəcəyik.

İndi isə "Azəristiliktəchizat"ın bu barədə məlumatına nəzər salaq. Məlumata görə, 3800 yaşayış binası, o cümlədən təxminən 185 min mənzil, eləcə də 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2500 sosial və təsərrüfat obyekti mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilmişdir. Bu obyektlərə ASC-nin balansında olan  550 qazanxana xidmət göstərir. 

Qurumun mütəxəssisləri tərəfindən 1000 kilometrdən artıq magistral və məhəllədaxili xətlər payız-qış mövsümünə hazırlıq çərçivəsində hidravlik tezliklə dəfələrlə yoxlanılıb, aşkarlanan problemlər, axıntı, qəza riskləri müəyyən edilərək aradan qaldırılıb, bütün qazanxanalar tam işlək vəziyyətə gətirilib. 

Ancaq müxtəlif ərazilərdə bir neçə bina var ki, orada ödəniş haqqı aşağı səviyyədədir. Hətta kütləvi şəkildə abunə haqqını ödəməmə halı var ki, bu səbəbdən də həmin ərazilərdə  mərkəzləşdirilmiş qaydada istiliklə təminat müvəqqəti olaraq məhdudlaşdırılıb. 


R.MÜTƏLLİBOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sosial sahədə əməkdaşlığın genişləndirilməsi TDT-ni daha effektiv edəcək

08:55
05 Dekabr

Nikol Paşinyanın həmləsi kilsənin "müqəddəs" obrazını yerlə bir edib

08:50
05 Dekabr

Azərbaycanın diplomatik gündəliyində ən mühüm nailiyyətlərdən biri

08:45
05 Dekabr

Minsk qrupunun ləğvi ölkənin ərazi bütövlüyü əsasında qurulmuş yeni reallığın bütün beynəlxalq platformalarda tanınması deməkdir 

08:40
05 Dekabr

Cənubi Qafqazda gərginlik dövrü sona çatıb

08:35
05 Dekabr

"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfrans işə başlayıb

08:30
05 Dekabr

Azərbaycanın təşəbbüsləri Cənubi Qafqazı əməkdaşlıq meydanına çevirib

08:25
05 Dekabr

Tarixi ədalətin tələbi

08:20
05 Dekabr

Qərbi azərbaycanlılar da doğma yurdlarına qayıdacaqlar

08:15
05 Dekabr

Türk coğrafiyasından türk siyasi birliyinə

08:10
05 Dekabr

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!