12 İyun 2025 09:10
1095
Mədəniyyət
A- A+
Azərbaycanlı tarixçi alim beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir

Azərbaycanlı tarixçi alim beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir


Sankt-Peterburqdakı "Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərbi Tarix Muzeyi"ndə Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət İdarəsinin və Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının təşkilatçılığı ilə "Müharibə və silahlar, yeni tədqiqatlar və materiallar" adlı XII beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. 

Konfrans faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuşdur. 130 alim və tədqiqatçının iştirak etdiyi konfransda "QƏSR" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin direktoru, ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov üç elmi məruzə ilə çıxış etmişdir. Məruzədə XVIII əsrin sonu və XIX əsrin əvvəllərində baş verən hadisələrdən, Azərbaycan xanlıqlarının Rusiya ilə İran  arasında bölünməsi prosesindən danışılmışdır. Digər məruzələr "Avropanın azad edilməsində Azərbaycan SSR döyüşçüləri" II Dünya müharibəsində qələbəyə Azərbaycan SSR-nin töhfəsi, Qafqaz və Xəzəryanı regionlardakı xalqların qarşılıqlı fəaliyyəti" mövzularına həsr olunmuşdur. P.Gözəlov bildirmişdir ki, II Dünya müharibəsi illərində Azərbaycan SSR-dən hərbi ehtiyaclar üçün 75 milyon tondan çox neft göndərilmişdir. Böyük itkilər bahasına və inanılmaz şücaətlə nasist qoşunlarına layiqli cavab verilmiş və müharibənin gedişatı tamamilə dəyişmişdir. Məhz buna görə faşizm üzərində Qələbə günü Azərbaycan Respublikasında hər il dövlət səviyyəsində qeyd olunur. 

Pərvin Gözəlov 2015-ci ildə həmin muzeyin fondundan Azərbaycanın elmi-mədəni həyatında ilk dəfə olaraq şəxsi təşəbbüsü ilə ölkəmizin dövlətçiliyi tarixinə dair materialları, eksponatları müəyyən edərək nəşr etdirib. Müəllifin "Artilleriya, Mühəndis və Rabitə Qoşunları, Hərbi Tarix Muzeyində"ki araşdırması Rusiya Federasiyası muzeylərində Azərbaycanın tarixi bayraqlarının tədqiqi istiqamətində aparılan ilk araşdırmadır.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!