01 Oktyabr 2024 13:01
1484
Mədəniyyət
A- A+
Azərbaycanlı gəncin "Xarıbülbül" rəsmi Norveç muzeyində nümayiş olunur

Azərbaycanlı gəncin "Xarıbülbül" rəsmi Norveç muzeyində nümayiş olunur

Gənc soydaşımız Səlim Abbaszadənin çəkdiyi "Xarıbülbül" rəsmi dünyanın 185 ölkəsindən uşaqların əl işləri ilə birlikdə Oslo Beynəlxalq İncəsənət Uşaq Muzeyinin (The InternationalMuseum Of Children'sArt's) daimi sərgi salonunda nümayiş olunacaq. Gənc rəssamın “Tıq-tıq xanım” rəsmi isə muzeyin arxivində saxlanacaqdır.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Səlim Abbaszadə əsəri həmin Muzeydə sərgilənən ilk azərbaycanlı gəncdir.

Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyinin direktoru AnqelaQoldinS. Abbaszadənin rəsmlərindəki rəngarəngliyin və təbiət ünsürlərinin obrazlı təsvirinin "soyuq şimal"a istilik, sülh, gözəl və birlik bəxş edəcəyini bildirib.

Muzeyin əsas üç funksiyası olduğunu deyən AnqelaQoldin bildirib ki, əsas məqsəd dünyanın hər qitəsindən uşaqların rəsmlərini toplamaq, qorumaq və gənc istedadların rənglər dünyasını gələcək nəsillərə ötürməkdir.

Muzeyin direktoru gələcəkdə Səlim Abbaszadə ilə əməkdaşlıq edəcəyini vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə Oslo Beynəlxalq İncəsənət Uşaq Muzeyində (The InternationalMuseum Of Children'sArt's) Norveç Azərbaycan Gənclər Təşkilatı-NAYO və Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə Səlim Abbaszadənin "Qarabağı gözəl gördüm" adlı ilk sərgisi keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!