24 Fevral 2026 08:05
149
SİYASƏT
A- A+
Azərbaycanın təhlükəsizlik missiyası

Azərbaycanın təhlükəsizlik missiyası


Prezident İlham Əliyevin Sülh Şurasının iclasında iştirak üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən Vaşinqtona dəvət olunması dövlətimizin başçısının dünyada olan nüfuzunun, ona göstərilən etimadın daha bir nümunəsidir. 

Xatırladaq ki, Donald Trampın dəvəti ilə Azərbaycan həm də bu Sülh Şurasının təsisçi üzv dövlətlərindən biridir. Bu da ölkəmizin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına göstərdiyi səylər, Cənubi Qafqaza sülhün, sabitliyin gətirilməsi istiqamətində davamlı konstruktiv addımları ilə bağlıdır. Azərbaycan qlobal sülhə nail olunmasına əməli töhfələr verir. Ölkələr arasında əməkdaşlığın inkişafı, mehriban qonşuluq və dostluq əlaqələrinin qurulması, təhlükəsizlik mühitinin formalaşdırılması, bir sözlə, bəşəri əmin-amanlığın yaranması üçün mühüm çağırışlar edir və bu istiqamətdə təsirli addımlar atır.  

Milli Məclisin deputatı Müşfiq Məmmədli qəzetimizə açıqlamasında bildirib ki, Prezidentin Sülh Şurasının iclasında iştirak məqsədilə ABŞ-yə səfərinin siyasi mənası ilk növbədə Azərbaycanın regional gündəmdən çıxaraq qlobal sülh və təhlükəsizlik müzakirələrinin fəal iştirakçısına çevrildiyini göstərir. Birincisi, bu cür platformalarda dövlət başçısının şəxsən iştirakı iki əsas mesaj verir: Azərbaycan artıq təkcə regionda deyil, daha geniş coğrafiyada sülh təşəbbüsləri irəli sürən və dialoq təşviq edən aktor kimi qəbul olunmaq istəyir. İkincisi, Bakı öz siyasi xəttini yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, çoxtərəfli institutlar və beynəlxalq mexanizmlər vasitəsilə də möhkəmləndirir. Ümumilikdə Azərbaycanın Sülh Şurasında yer alması ölkəmizin növbəti uğurudur".

Deputat qeyd edib ki, Azərbaycanın Sülh Şurasında təsisçi qismində iştirakı bir neçə mühüm məqamla izah olunur və strateji mənası var. Birincisi, Azərbaycan postmünaqişə reallığını yaşamış ölkə kimi sülhün yalnız siyasi şüar deyil, real dövlət siyasəti olduğunu nümayiş etdirməyə çalışır. İkincisi, bu status Bakıya, sadəcə, iştirakçı deyil, gündəliyin formalaşmasında söz sahibi olan tərəf kimi çıxış etmək imkanı verir. Üçüncüsü, Azərbaycanın son illərdə apardığı siyasət göstərir ki, ölkə regional təhlükəsizlik mövzularını qlobal müzakirələrə çıxarmağı, xüsusən də Cənubi Qafqazda formalaşan yeni reallıqları beynəlxalq auditoriyaya birbaşa təqdim etməyi prioritet hesab edir.

M.Məmmədlinin fikrincə, Prezidentin bu səfərinin əsas mahiyyəti Azərbaycanın özünü münaqişə gündəliyindən çıxmış, sülh quruculuğu və dialoq təşəbbüsləri irəli sürən, beynəlxalq sülh mexanizmlərinin formalaşmasında rol almağa hazır dövlət kimi təqdim etməsidir: "Bu, həm də Azərbaycanın xarici siyasətində müşahidə olunan yeni mərhələnin - regional liderlikdən qlobal diplomatik aktivliyə keçidin açıq göstəricisi kimi qiymətləndirilə bilər. Bütün mövcud geosiyasi reallıqlar Azərbaycanın son illərdə formalaşdırdığı diplomatik xətt baxımından qiymətləndirilə bilər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynanın bərpası 500 milyard avrodan çox qiymətləndirilir  

10:04
24 Fevral

Ukraynada partlayış olub, bir neçə polis yaralanıb  

09:57
24 Fevral

Romada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub  

09:54
24 Fevral

İqlim dəyişikliyi sağlamlığa təhdiddir

09:35
24 Fevral

Su çərşənbəsi - mifik təfəkkürdə suyun həyat rəmzi

09:30
24 Fevral

"Söz mülkünün günəşi"

09:25
24 Fevral

"İnsan təfəkkürünə sığmayan dəhşət"

09:20
24 Fevral

Hunanlarlıların çörəyi yerkökündən çıxır

09:15
24 Fevral

Biləsuvarda rəqəmsal savadlılıq təlimləri keçirilib

09:10
24 Fevral

Gəncə Avtomobil zavodu yeni sosial layihəyə start verib

09:05
24 Fevral

Lənkəranda "Yaşa Hospital" fəaliyyətə başlayıb

09:00
24 Fevral

Ensiklopedik zənginliyə malik kitab

08:55
24 Fevral

Bakı növbəti beynəlxalq enerji tədbirinə hazırlaşır

08:50
24 Fevral

Azərbaycan qlobal sülh mexanizmlərində həlledici rol oynayır

08:45
24 Fevral

Qlobal sülh gündəliyində Azərbaycanın artan rolu və nüfuzu

08:40
24 Fevral

Beynəlxalq təhlükəsizlik arxitekturasında yenilik

08:35
24 Fevral

Milli dirçəlişdən mütləq Zəfərə

08:30
24 Fevral

Azərbaycan dövləti bütün təhdidləri zərərsizləşdirəcək güc və imkana sahibdir

08:25
24 Fevral

C6 formatı Xəzərin iki sahilini vahid məkanda birləşdirəcək

08:20
24 Fevral

Milli mücadilə, yaxud milli xəyanət

08:15
24 Fevral

Azərbaycanla Gürcüstan arasında münasibətlər parlamentlər çərçivəsində də uğurla inkişaf edir

08:10
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!