23 Fevral 2026 19:03
70
SİYASƏT
A- A+
Azərbaycan-Esvatini ikitərəfli əməkdaşlığı çərçivəsində yüksəksəviyyəli görüşlər keçirilib

Azərbaycan-Esvatini ikitərəfli əməkdaşlığı çərçivəsində yüksəksəviyyəli görüşlər keçirilib


Fevralın 18-21-də Esvatini Krallığının Xarici İşlər Nazirliyinin dəvəti əsasında Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli Esvatini Krallığının Parlamentinin açılış mərasimində iştirak üçün həmin ölkəyə səfər edib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində fevralın 19-da kral sarayında xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Folile Şakantu ilə H.Rəhimli arasında görüş keçirilib. Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Sonra Esvatini Kralı Əlahəzrət III Msvati H.Rəhimlini qəbul edib. Görüş zamanı III Msvati Azərbaycanın dövlət başçısına öz səmimi salamlarını çatdıraraq, Esvatini Kralı ilə Azərbaycan Prezidenti arasında yaranan xoş və səmimi münasibətləri xüsusi vurğulayıb və bu dostluq əlaqələrindən məmnunluq duyduğunu diqqətə çatdırıb. Kral Azərbaycanda keçirilməsi nəzərdə tutulan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edəcəyini bildirib. İkitərəfli münasibətlərin inkişafı mövzusuna toxunan III Msvati Esvatini tərəfinin Azərbaycanla ticari-iqtisadi (enerji, nəqliyyat, sərmayə yatırımı və s.) əlaqələrin genişləndirilməsi, habelə dağ-mədən sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən sözügedən sahənin inkişafı üçün Azərbaycan investisiyalarının cəlbində maraqlı olduğunu bildirib.

H.Rəhimli ölkəmizdə aparılan hüquqi və iqtisadi islahatlar sahəsində qazanılmış nailiyyətlərdən söz açaraq, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq, habelə müasir sosial-mədəni infrastruktur, eləcə də kommunikasiya və nəqliyyat xətlərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verib. Eyni zamanda, minalanmış ərazilər probleminin ən ciddi problemlərdən biri olduğu diqqətə çatdırılıb.

Görüş zamanı vurğulanıb ki, hər iki ölkənin Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlığı dövlətlərimiz üçün mühüm əhəmiyyət daşıyan məsələlərdə mövqelərin qarşılıqlı dəstəklənməsinin bariz nümunəsidir. Bundan əlavə, H.Rəhimli Azərbaycanın təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” və DOST kimi nümunəvi dövlət xidmətlərinin təcrübəsindən istifadə olunmaqla Afrika ölkələrində dövlət sektorunda xidmətlərin təkmilləşdirilməsinə dəstək göstərildiyini diqqətə çatdırıb. O, eyni zamanda, “ASAN xidmət” konsepsiyasının Esvatini Krallığında da tətbiqi imkanlarının nəzərdən keçirilməsini təklif edib. III Msvati isə sözügedən xidmət mərkəzlərinin ölkəsində yaradılmasına maraq göstərdiyini bildirib.

Fevralın 20-də H.Rəhimli Esvatini Krallığının Parlamentinin açılış mərasimində iştirak edib. Tədbirdən sonra Parlamentin sədri Jabulani Mabuza ilə keçirilən görüş zamanı əməkdaşlıq gündəliyinin inkişafında parlament diplomatiyasının həyata keçirilməsinin əhəmiyyətli rol oynaya biləcəyi xüsusi qeyd edilib. H.Rəhimli hazırda Milli Məclisin sədrinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri olduğunu bildirərək, qeyd olunan istiqamət üzrə də əməkdaşlıq etmək üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:32
24 Fevral

Amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb

11:23
24 Fevral

BMT Ukraynada müharibənin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tələb edir 

11:09
24 Fevral

Ötən gün 60 cinayətin açılması təmin edilib

11:03
24 Fevral

BDYPİ sürücülərə növbəti dəfə müraciət edib

10:54
24 Fevral

“Səfir Fergus Auldu baş verən bu təxribatı dayandırmaq üçün fəaliyyətə çağırırıq”  

10:53
24 Fevral

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:52
24 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:51
24 Fevral

Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

10:50
24 Fevral

Moskvanın vağzal meydanında partlayış nəticəsində bir nəfər ölüb  

10:50
24 Fevral

Çempionlar Liqası: “Qarabağ” İngiltərədə cavab oyununa çıxır  

10:49
24 Fevral

Qazaxıstan Xəzər dənizinin öyrənilməsi və qorunmasına 2 milyon dollar ayırıb 

10:46
24 Fevral

Yer kürəsində ən çox yağış yağan yerlər – şəhərlərin reytinqi 

10:44
24 Fevral

Sülh Şurasının saytı istifadəyə verilib

10:23
24 Fevral

Norveçin Rusiyadan idxalı son illərdə ilk dəfə olaraq artıb  

10:11
24 Fevral

Ukraynanın bərpası 500 milyard avrodan çox qiymətləndirilir  

10:04
24 Fevral

Ukraynada partlayış olub, bir neçə polis yaralanıb  

09:57
24 Fevral

Romada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub  

09:54
24 Fevral

İqlim dəyişikliyi sağlamlığa təhdiddir

09:35
24 Fevral

Su çərşənbəsi - mifik təfəkkürdə suyun həyat rəmzi

09:30
24 Fevral

"Söz mülkünün günəşi"

09:25
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!