11 Dekabr 2025 08:10
297
SİYASƏT
A- A+
Azərbaycanın strateji liderliyi ilə qlobal gücə çevrilən Türk Dövlətləri Təşkilatı

Azərbaycanın strateji liderliyi ilə qlobal gücə çevrilən Türk Dövlətləri Təşkilatı


Dünya nizamında qüvvələr balansının yenidən qurulduğu, yeni siyasi mərkəzlərin meydana çıxdığı və regional ittifaqların beynəlxalq sistemdə artan təsir imkanları ilə səciyyələnən müasir günümüzdə Türk Dövlətləri Təşkilatının (TDT)  varlığı və getdikcə  inkişafı son dərəcə əhəmiyyətli faktordur. TDT artıq sırf mədəni yaxınlığa əsaslanan təsisat deyil, qlobal miqyasda geosiyasi aktor və strateji müttəfiqlik modeli kimi formalaşmaqda olan kompleks inteqrasiya strukturudur.

6-7 oktyabr 2025-ci ildə Qəbələ şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü, bu görüşdə verilən bəyanatlar artıq TDT-nin qlobal arenada mühüm güc mərkəzi kimi formalaşmasının tarixi təsdiqi oldu. "Regional sülh və təhlükəsizlik" mövzusunda keçirilən tədbir təkcə ortaq etnik və mədəni irsə əsaslanan inteqrasiya nümunəsi kimi deyil, eyni zamanda siyasi suverenliklərin uzlaşdırıldığı, iqtisadi potensialların birləşdirildiyi və təhlükəsizlik sahəsində strateji koordinasiyanın təmin olunduğu çoxşaxəli əməkdaşlıq platforması kimi TDT-nin müasir dünyamızdakı potensialını ön plana çıxardı. "Bu gün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir" - Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündəki çıxışında bəyan etmişdi.


Çoxşaxəli təşəbbüslər TDT-nin fəaliyyətinə yeni məzmun qazandırır


Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərinə malikdir. Onları birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Azərbaycan təşkilatın gücləndirilməsinə xidmət edən siyasəti uğurla aparır. Türk dünyası bu gün planetimizin mənzərəsinə müsbət yöndə həlledici təsir göstərməkdən ötrü çox böyük potensialı özündə birləşdirir. Bu potensiala türk dövlətlərinin əhatə etdiyi böyük coğrafiya, sarsılmaz hərbi güc, iqtisadiyyat, zəngin təbii sərvətlər, geniş və şaxələnmiş nəqliyyat yolları, gənc və getdikcə sayı artan əhali daxildir.

 Zirvə görüşünün əsas nəticələrindən biri kimi TDT-yə sədrlik funksiyasının Qırğızıstandan Azərbaycana keçməsi xüsusilə böyük rəmzi və strateji məna ifadə etmişdi. Bu dəyişiklik Azərbaycanın təşkilat daxilində artan rolunun və liderlik potensialının rəsmi tanınması ilə yanaşı, ölkənin regional əməkdaşlıq gündəliyinin formalaşmasında əsas aktora çevrildiyinin də nümayişi oldu. Azərbaycan hazırda bu birlik platformasının əsas hərəkətverici qüvvəsi və strateji lokomotivi rolunda çıxış edir. Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərin irəli sürülməsi, yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması, eləcə də ortaq layihələrin maliyyələşdirilməsi və idarə olunmasında fəal iştirakı vasitəsilə inteqrasiya prosesinə konkret töhfə verir. Azərbaycanın təşkilatın işinə dəstək məqsədilə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürməsi də bunun bariz nümunələrindəndir.

Prezident İlham Əliyevin çoxşaxəli təşəbbüsləri TDT-nin inkişaf strategiyasının əsas konturlarını müəyyənləşdirərək, təşkilatın fəaliyyətinə yeni məzmun və istiqamət qazandırır. Məhz bu ardıcıl və sistemli yanaşma nəticəsində TDT tədricən formal əməkdaşlıq platformasından real təsir gücünə malik beynəlxalq subyektə çevrilir, regional və qlobal miqyasda strateji aktor statusunu möhkəmləndirir.

Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü təşkilatın fəaliyyətində yeni bir mərhələnin əsasını qoydu. Quruma sədrliyin Azərbaycana keçməsindən sonra təkcə son üç ayda ölkəmizin evsahibliyi ilə olan ardıcıl və müxtəlif sahələri əhatə edən toplantılar təşkilatın strateji xəttinin həm genişləndiyini, həm də dərinləşdiyini göstərir.

Bu proseslər təkcə tədbirlərin çoxluğu ilə deyil, təşkilatın gələcək inkişaf vektorlarını müəyyən edən fikir, qərar və koordinasiya mexanizmlərinin formalaşması ilə xarakterizə olunur.


Texnologiya və innovasiya: strateji modernləşmə platforması


Oktyabrın 24-də Bakıda keçirilmiş Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə Nazirlərin 2-ci iclası TDT gündəliyində texnoloji əməkdaşlığın prioritet kimi qəbul edildiyini göstərdi. "Strateji tərəfdaşlıqdan texnoloji inteqrasiyaya" şüarı ilə təşkil olunan görüş türk dövlətlərinin rəqəmsal və sənaye inkişafında ortaq platforma qurmağa hazır olduğunu nümayiş etdirdi. 

İclasda özəl sektorun iqtisadi əməkdaşlıq formatlarına daha fəal cəlb olunmasının vacibliyi qeyd olundu. Bildirildi ki, biznes strukturları ideyaların, texnologiyaların və investisiyaların mənbəyi kimi iqtisadi əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilməlidirlər. İstehsal müəssisələri, tədqiqat mərkəzləri və startap ekosistemləri bir araya gələrək regionda sənayenin dayanıqlı inkişafını və innovativ artımın əsasını gücləndirə bilər. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən iri sənaye şirkətlərinin iştirakı ilə texnologiya platformasının qurulması təklif olundu. 

Belə bir toplantının əhəmiyyəti bundan ibarətdir ki, TDT ilk dəfə olaraq regional innovasiya ekosisteminin qurulmasını müzakirə müstəvisindən çıxarıb praktiki fəaliyyət planına daxil etdi. Eyni zamanda sənaye standartlarının uyğunlaşdırılması istiqamətində institusional mexanizm yaratdı. Elm-təhsil-sənaye zəncirinin vahidləşdirilməsi kimi strateji hədəflər sədr ölkənin koordinasiyasında fəaliyyətə keçdi.

Azərbaycanın tədbirə evsahibliyi bu prosesdə ölkəmizi texnoloji qovşaq kimi ön plana çıxarır. Startap mühitinin genişlənməsi, innovasiya mərkəzləri arasında qarşılıqlı əlaqə və rəqəmsal həllərin TDT məkanında yayılması regional rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edən yeni mərhələ formalaşdırır. 


Tarixi yaddaşdan strateji koordinasiyaya


TDT Ağsaqqallar Şurasının 3-4 noyabr tarixlərdə Bakıda keçirilmiş 18-ci iclası isə təşkilatın ideoloji və strateji xəttinə dair mühüm mesajlar verdi. Müzakirələrin mərkəzində ortaq türk əlifbası və ortaq türk tarixi kimi uzunmüddətli inteqrasiya layihələrinin olması təsadüfi deyildi. Bu görüşün önəmini  əsasən üç istiqamətdə nəzərdən keçirə bilərik. 

Birinci istiqamət tarixi və mənəvi kapitalın vahidləşdirilməsidir. Belə ki, ortaq tarix və ortaq əlifba kimi təşəbbüslər gələcək nəsillərin təhsil sistemində identik mədəni əsaslar formalaşdırır. Strateji koordinasiya bu görüşün daha bir mühüm istiqamətini müəyyənləşdirir. Ağsaqqallar Şurası Zirvə görüşlərinin qərarlarını inteqrasiya proseslərinə uyğunlaşdıran unikal institut rolunu oynayır. Üçüncü istiqamət kimi isə ideoloji bütövlüyü vurğulamaq istərdik. Türk dünyası ağsaqqallarının görüşü TDT-nin mədəni-siyasi inteqrasiyasının dərinləşməsi üçün vahid konseptual çərçivənin möhkəmləndiyini göstərdi. Beləliklə, Bakıda keçirilən iclas təşkilat daxilində həm mədəni, həm də strateji səviyyədə vahid yanaşmanın formalaşmasına töhfə verdi.

Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" və "Artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar" müzakirə olundu. 

İclaslarda xüsusi vurğulandı ki, rəqəmsal informasiya mühitində sürətlə baş verən dəyişikliklər TDT ölkələri arasında daha çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasını zəruri edir. Ortaq rəqəmsal layihələrin icrası, informasiya axınının operativ idarə edilməsi və media qurumları arasında əlaqələrin möhkəmləndirilməsi üzv dövlətlərin kommunikasiya imkanlarını genişləndirə, regionda vahid və dinamik media məkanının formalaşmasına şərait yarada bilər.

İclasın gündəliyində əksini tapan məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, dezinformasiya ilə mübarizədə birgə addımların koordinasiyası,  media sahəsində ortaq təşəbbüslərin daha səmərəli şəkildə həyata keçirilməsi baxımından yeni imkanlar açır.

Daha sonra TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə edildi və 2026-cı il üçün uyğunlaşdırılaraq yeniləndi. 

TDT Xəritəçəkmə Qurumu Rəhbərlərinin 3 dekabrda Bakıda baş tutan 2-ci görüşü isə təşkilatın müdafiə, təhlükəsizlik və geoinformasiya sahəsində dərin inteqrasiya mərhələsinə keçdiyini göstərdi. Kartoqrafiya və geodeziya üzrə əməkdaşlıq artıq texniki mübadilədən strateji koordinasiyaya çevrilir. Geoinformasiya məlumatlarının vahidləşdirilməsi, sərhəd təhlükəsizliyində vahid yanaşmanın formalaşması, eləcə də Coğrafi İnformasiya Sistemləri (GIS), peyk müşahidələri və rəqəmsal kartoqrafiya üzrə təcrübə mübadiləsinin institusional xarakter alması bu görüşün əsas nəticələrinə daxildir. Bundan başqa, belə bir görüş coğrafi məlumatların hərbi planlaşdırma, situasiya təhlili və mülki təhlükəsizliyin artırılması üçün vahid sistemə inteqrasiyasını təmin edir. Azərbaycanın tədbirə evsahibliyi regional geoinformasiya mərkəzi kimi ölkəmizin rolunu daha da gücləndirir.

Dekabrın 5-də əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Bakıda keçirilmiş birinci iclası isə TDT-nin sosial siyasət üzrə institusionallaşmasında dönüş nöqtəsi oldu. "Türk Dünyası 2040 Vizyonu"nun sosial sütununun formalaşması baxımından bu platforma xüsusi əhəmiyyət daşıyır.

Görüşün yaratdığı əhəmiyyətli təsirlər əmək bazarlarının uyğunlaşdırılmasını, peşələrin tanınmasını və təhlükəsiz əmək miqrasiyası üzrə yeni mexanizmlərin formalaşmasını, sosial müdafiə sistemlərinin rəqəmsallaşdırılmasını və innovativ modellərin paylaşılmasını, inklüziv məşğulluq və sosial bərabərlik istiqamətində ortaq təşəbbüslərin qurulmasını, TDT məkanında layiqli əməyin standartlaşdırılması üçün vahid yanaşmanın yaradılmasını ehtiva edir. Müasir dünyamızda bunların hər biri son dərəcə mühüm məsələlərdir. Bu görüş Azərbaycanın sosial sahədəki liderlik təcrübəsinin türk dünyası səviyyəsində modelə çevrildiyini də praktik olaraq təsdiqlədi. 


Azərbaycanın yüksələn strateji çəkisi


Son aylarda keçirilmiş bütün bu iclas və görüşlər göstərir ki, Azərbaycanın sədrliyi dövründə TDT fəaliyyətini yalnız toplantılar vasitəsilə deyil, sahələr üzrə strateji mərkəzlərini formalaşdırmaqla genişləndirir. Texnologiya, kartoqrafiya, əmək bazarı, tarix və mədəniyyət kimi müxtəlif istiqamətlərdə vahid standartlar və ortaq mexanizmlər yaradır. Ən əsası isə təşkilatın qlobal gücə çevrilməsi üçün institusional bazasını möhkəmləndirməsidir. Bütün bunlar TDT-nin inkişaf edərək qlobal gücə çevrilməsi üçün böyük əzmkarlıq göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günə və gələcəyə strateji baxışından irəli gəlir. 

Azərbaycanın evsahibliyi ilə keçirilən tədbirlər məzmun baxımından göstərir ki, ölkəmiz təkcə təşəbbüskar deyil, həm də TDT inteqrasiyasının sistemləşdirilməsində aparıcı rol oynayır. Bu isə Türk Dövlətləri Təşkilatının gələcək onilliklər üçün strateji arxitekturasını formalaşdıran proseslərin mərkəzində Azərbaycanın lider mövqeyini ortaya qoyur.

TDT son illərdə regional əməkdaşlıq formatı olmaqdan çıxaraq, siyasi, iqtisadi, humanitar və təhlükəsizlik ölçülərini özündə birləşdirən strateji birlik səviyyəsinə yüksəlib. Bu transformasiyanın arxasında duran əsas amillərdən biri Azərbaycanın fəal mövqeyi və Prezident İlham Əliyevin türk dünyasının birləşdirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətdir. Ölkəmizin həm coğrafi mövqeyi, həm enerji və nəqliyyat infrastrukturu, həm də milli kimlik baxımından daşıdığı əhəmiyyət TDT-nin institusional inkişafını mühüm dərəcədə sürətləndirib.

Azərbaycanın TDT çərçivəsində fəaliyyəti ilk mərhələdən etibarən sadəcə iştirakla məhdudlaşmayıb, əksinə, təşkilatın gündəmini formalaşdıran təşəbbüslər vasitəsilə strateji dinamika yaradıb. Prezident İlham Əliyevin türk dünyasının inteqrasiyasını Azərbaycanın milli maraqlarının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirməsi bu prosesin ən vacib ideoloji əsasını təşkil edir. Onun çıxışlarında və siyasi xəttində türk kimliyi, tarixi yaddaş və ortaq mədəniyyət mövzularına xüsusi vurğu edilməsi TDT daxilində həm siyasi, həm də ictimai legitimliyi gücləndirən mühüm amildir.


Strateji liderlik


Ölkəmizin təşkilatda oynadığı əsas rolu regional geosiyasət fonunda xüsusilə aydın görmək mümkündür. İlk növbədə Bakı türk dünyasının Şərq-Qərb xəttində yerləşən ən mühüm geostrateji mərkəzidir. Enerji diplomatiyası - xüsusilə Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr - türk dövlətlərini bir-birinə bağlayan real iqtisadi körpülər yaratmış, bununla da təşkilat daxilində enerji təhlükəsizliyi sahəsində qarşılıqlı asılılıq güclənmişdir. Bu layihələr iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də siyasi inteqrasiyanın dayanıqlı əsasını formalaşdırır. Tarixi Zəfərimizdən, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasından sonra yaranmış yeni reallıqlar dövründə Azərbaycan dövlətinin Zəngəzur dəhlizinin (TRIPP) açılması istiqamətində apardığı işlər də türk dünyasının yeni quru bağlantısını təmin etməyə yönəlmiş strateji addımdır.

Prezident İlham Əliyevin TDT-də liderlik mövqeyi eyni zamanda Azərbaycanın hərbi-siyasi gücünün artması ilə paralel gedən prosesdir. Azərbaycan öz tarixi Zəfəri ilə bütün türk dövlətləri üçün güc mənbəyinə çevrildi. Bir çox müşahidəçinin fikrincə, 2020-ci ildən sonra türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığının dərinləşməsi birbaşa Azərbaycanın formalaşdırdığı yeni regional reallıqla bağlıdır. Prezident İlham Əliyevin çoxqütblü dünya düzənində türk dünyasının müstəqil platforma kimi çıxış etməsi barədə tezisləri TDT-nin strateji xəttinin ideoloji çərçivəsini müəyyənləşdirir.

Azərbaycan bu gün TDT-nin yalnız fəal üzvü deyil, həm də təşkilata dinamizm, real əməkdaşlıq platformaları və genişlənən geosiyasi vizyon qazandıran əsas aktorlardan biridir. Prezident İlham Əliyevin türk dünyasının siyasi birliyini prioritet istiqamət kimi müəyyənləşdirməsi bu təşkilatı gələcəkdə daha böyük siyasi güc mərkəzinə çevirə biləcək ideoloji və praktiki əsaslarla möhkəmləndirir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tacikistanın dövlət televiziyası Xankəndidə  

18:47
11 Dekabr

Bolqarıstan hökuməti istefa verib  

18:46
11 Dekabr

Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb  

18:45
11 Dekabr

Prezident Ərdoğan: Terrorizm problemi Türkiyənin gündəmindən birdəfəlik çıxmalıdır  

18:44
11 Dekabr

Dövlət ittihamçısı: Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı danılmaz həqiqətdir - MƏHKƏMƏ  

18:28
11 Dekabr

AKİA sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

18:12
11 Dekabr

Baş nazir Əli Əsədov Aşqabadda Gürcüstanın Baş naziri ilə görüşüb  

18:01
11 Dekabr

Baş nazir Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb  

17:47
11 Dekabr

Son günlər ölkə ərazisində müşahidə olunan güclü yağıntıların səbəbi açıqlanıb  

17:38
11 Dekabr

İsrailli politoloq: Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş kimi qəbul olunur  

17:11
11 Dekabr

Nazir: Azərbaycan ilə Qətər arasında çoxşaxəli əlaqələr mövcuddur  

17:10
11 Dekabr

Özbəkistan nümayəndə heyəti Kibertəhlükəsizlik və Döyüşü İdarəetmə mərkəzlərində olub  

17:08
11 Dekabr

Azərbaycan Mühəndislik Akademiyası – 20 il  

17:06
11 Dekabr

Sorğu: Rusdilli israillilər İsrailin ən yaxın dostu kimi Azərbaycanı göstəriblər  

17:04
11 Dekabr

“Aqroservis” ASC-nin sədri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib  

16:44
11 Dekabr

Rusiya ABŞ-a kollektiv təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflər təqdim edib  

16:37
11 Dekabr

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Aşqabadda görüşəcəklər  

16:37
11 Dekabr

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin görüşü keçirilib  

16:35
11 Dekabr

Azərbaycan və Böyük Britaniya arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub  

16:34
11 Dekabr

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfərə gedib  

16:33
11 Dekabr

Azərbaycan Prezidenti türkmənistanlı həmkarını bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə təbrik edib  

16:32
11 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!