09 Yanvar 2026 16:22
344
CƏMİYYƏT
A- A+
Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür ediblər  

Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür ediblər  


Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, məktublarda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” 2026-cı il 7 yanvar tarixli Sərəncam ölkəmizdə dövlət-din münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsinin növbəti təzahürü kimi qiymətləndirilir. Sərəncama əsasən, dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.

Sərəncamın Azərbaycan cəmiyyətində birlik, həmrəylik və sosial sabitliyin qorunması baxımından mühüm ictimai əhəmiyyət daşıdığını vurğulayan qeyri-islam dini icmalarının rəhbərləri Prezident İlham Əliyevin ünvanına təşəkkür məktubları göndərərək dini sahəyə göstərilən davamlı diqqətə, maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov dövlət başçısının dəstəyi sayəsində qurum tərəfindən həyata keçirilən layihələrin önəminə toxunaraq dövlətin dini mənsubiyyətindən asılı olmayaraq tarixi dini abidələrin qorunmasına göstərdiyi diqqəti vurğulayıb.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev mədəni-dini irsimizə göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, dünyadakı islamofobiya, ksenofobiya, antisemitizm hallarının artdığı bir dövrdə Azərbaycanın nəinki öz torpağında, həmçinin ölkə xaricində müxtəlif dinlərə aid abidələri diqqətdə saxlamasının təqdirəlayiq hal olduğunu bildirib.

Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski öz məktubunda yəhudi icmasının ölkəmizdə təhlükəsiz, sabit və tolerant mühitdə yaşadığını, dövlətin göstərdiyi qayğının yalnız milli deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili müasir Azərbaycanın təkcə iqtisadi inkişafına və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və tolerantlığın səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu yazıb.

Məktubunda multikulturalizmin Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirən Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev dini və etnik müxtəlifliyin ölkəmizdə ayırıcı xətt deyil, əksinə, birlik və həmrəyliyi gücləndirən mühüm amil kimi qəbul olunduğunu vurğulayıb. Qeyd edib ki, dövlətin dini icmalara göstərdiyi davamlı diqqət bu müxtəlifliyin böyük və dəyərli sərvət kimi qiymətləndirildiyini bir daha təsdiqləyir.

Azərbaycan Bibliya Cəmiyyəti xristian dini icmasının sədri Rasim Xəlilov qeyd edib ki, dini icmalara dövlət səviyyəsində göstərilən bu diqqət rəhbərlik etdiyi icmanın inkişafına təkan verməklə yanaşı, vətəndaşların mənəvi dünyasına ali qayğının bariz nümunələrindəndir.

İsmayıllı rayonu İvanovka kəndi, Sumqayıt şəhər və Qobustan rayonu Hilmilli kəndi “Molokan-ruhani-xristian” dini icmaları, “Vineyard Azərbaycan”, “Şərqdə Ulduz”, “Həyat sözü”, Sumqayıt şəhəri “Həyat sözü-2” Xristian dini icmaları, Bakı şəhəri və Sumqayıt şəhəri Alov-Xristian dini icmaları tərəfindən dövlət başçısına ünvanlanan məktublarda dövlətin dini konfessiyaların fəaliyyətinə göstərdiyi dəstək yüksək qiymətləndirilib. Eyni zamanda, “Yeddinci Günün Adventistləri”, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri”, “Bakı şəhəri Yeni Apostol” xristian, Yevangelik xristian baptistlərin kilsəsi, Krişna Şüuru, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape”, “Yeni Həyat” Xristian incil, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmaları və Azərbaycan Bəhailəri dini mərkəzi bu yanaşmanın cəmiyyətdə qarşılıqlı anlayış və tolerantlıq mühitini daha da möhkəmləndirdiyini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib SƏRƏNCAM  

16:41
30 Yanvar

Misli Premyer Liqasında XVIII tura start verilib  

16:39
30 Yanvar

Kreml Trampın Kiyevə hücum etməmək barədə Putinə müraciət etdiyini təsdiqləyib  

16:38
30 Yanvar

Beynəlxalq Olimpiya Komitəsi MOK-a idmançıların hüquq və vəzifələrindən ibarət bəyannamə göndərib  

16:38
30 Yanvar

Fidan: Biz ABŞ və İranı danışıqlar masasına çağırırıq  

16:37
30 Yanvar

Fevral ayına olan hava proqnozu açıqlanıb  

16:35
30 Yanvar

“Azərbaycan Dəmir Yolları”nın sədri gürcüstanlı həmkarı ilə görüşüb  

16:33
30 Yanvar

Pakistan ordusu 41 terrorçunu zərərsizləşdirib  

16:28
30 Yanvar

ADY ilə Gürcüstanın aparıcı logistika şirkəti və limanları arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:27
30 Yanvar

Konstitusiya Məhkəməsində süni intellektdən istifadəyə əsaslanan yeni elektron platformanın ilkin versiyası hazırlanıb  

16:01
30 Yanvar

Çempionlar Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib  

15:55
30 Yanvar

Baş Prokurorluq təbii qazdan istifadə ilə bağlı əhaliyə müraciət edib 

15:48
30 Yanvar

Yeni Kaledoniya: İğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin fəaliyyəti və bütövlükdə məhkəmə sisteminin davranışı CNCDH-nin hesabatında tənqid edilib  

15:47
30 Yanvar

Kommunikasiyaların açılması etimad mühitinə töhfə verəcək  

15:35
30 Yanvar

UEFA rəsmisi “Qarabağ”ı təbrik edib  

15:25
30 Yanvar

Xankəndi, Xocalı və Ağdərəyə daha 142 nəfər köçürülüb

15:17
30 Yanvar

Komitə rəsmisi: Uşaqlara aid hüquqi proseslərdə psixoloqun məcburi iştirakı tələb ediləcək

15:13
30 Yanvar

Potidən Bakıya ekspres blok-qatarı yola salınıb  

15:00
30 Yanvar

Astronomlar Yerdən 146 işıq ili uzaqlıqda yeni planet kəşf ediblər  

14:46
30 Yanvar

Zelenski danışıqlar üçün Moskvaya getməkdən imtina edib  

14:46
30 Yanvar

İranın xarici işlər naziri Türkiyədə səfərdədir  

14:45
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!