09 Yanvar 2026 13:34
392
SİYASƏT
A- A+
Akkan Suver: Azərbaycan artıq regionun etibarlı tərəfdaşıdır  

Akkan Suver: Azərbaycan artıq regionun etibarlı tərəfdaşıdır  


Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın təkcə Qafqazın deyil, eyni zamanda, bölgəmizin də sabitlik və sülh mərkəzi olmasını bir daha təsdiqlədi. Müsahibədə ölkənin xarici siyasəti, ölkələrarası iqtisadi və sosial əlaqələrinin gücləndirilməsi xüsusi qeyd edilərək, Azərbaycanın regionun etibarlı tərəfdaşına çevrildiyi vurğulandı. Qarabağ Zəfərinin beşinci ildönümündə keçirdiyi illik mətbuat konfransında 2025-ci ili dəyərləndirən Prezident İlham Əliyev Azərbaycanın sülhə verdiyi yüksək əhəmiyyəti və bu siyasətin davamlılığını gündəmə gətirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri professor Akkan Suver ifadə edib.

Bu gün Azərbaycanın inkişafının yüksələn xətt üzrə davam etdiyini xatırladan professor deyib: “Azərbaycanın müstəqilliyini dörddəbir əsr boyunca məhdudlaşdıran Minsk qrupunun ləğv edilməsi, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq şərtləri üzrə işlərin son mərhələyə çatdığı bir dövrdə Prezident İlham Əliyev 2025-ci ildə Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin əhəmiyyətini də xüsusi olaraq vurğuladı. Ölkə Prezidenti ötən ili Azərbaycanın artan siyasi nüfuzunun dövrü kimi qiymətləndirərkən, aktiv, təşəbbüskar və çoxşaxəli siyasətini də səmimiyyətlə ortaya qoydu. O, günümüzdə beynəlxalq hüququn faktiki olaraq işləmədiyi bir şəraitdə təhlükəsizliyinin müdafiə və ədalət məqsədli ordu vasitəsilə təmin edilməsinin vacibliyini də gündəmə gətirdi”.

Zəfərdən sonra Qarabağda aparılan bərpa-yenidənqurma işlərini xatırladan Akkan Suver Azərbaycanın Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə mühüm tranzit və logistika mərkəzinə çevriləcəyini bildirərək deyib: “Artıq Füzuli, Zəngilan və Laçında üç beynəlxalq hava limanı istifadəyə verilib. İnsanların artıq doğma yurd-yuvalarında məskunlaşmağa başlaması təkcə Azərbaycanın deyil, bölgənin inkişafı, inteqrasiyası və ən əsası sülh içində yaşaması üçün xüsusilə əhəmiyyət daşıyır”.

Prezident İlham Əliyevin müsahibəsində Qəzza məsələsi ilə bağlı ortaya qoyduğu prinsipial mövqeyin də təqdirəlayiq olduğunu vurğulayan professor sözlərinə belə davam edib: “Azərbaycanın Qəzzada baş verən prosesləri diplomatik yollarla izlədiyini bildirən Prezident İlham Əliyev bu problemin ərəb dövlətləri tərəfindən həll edilməli olduğunu vurğulayaraq, bu ölkələrin mövqelərinin bu məsələdə nəzərə alınmasının vacibliyini qeyd etdi. Mən bunu mühüm bir qiymətləndirmə hesab edirəm. Digər tərəfdən, Fələstinin Bakıda yerləşən səfirliyinin Azərbaycanın maliyyə dəstəyi ilə fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın hansısa bir münaqişəyə qoşulmaq niyyətində olmadığını da qətiyyətlə bəyan etdi”.

Professor vurğulayıb ki, ABŞ və Çinlə qurduğu aktiv əlaqələr, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki mövqeyi ilə Azərbaycan Avrasiya coğrafiyasında öz yerini daha da möhkəmləndirib. “Bütün bunları bir cümlə ilə ümumiləşdirmək lazım gələrsə, Azərbaycan artıq regionun etibarlı tərəfdaşıdır”, - deyə Akkan Suver bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!