27 Fevral 2026 11:53
208
SİYASƏT
A- A+
Xocalı Memorial Kompleksi tarixi faktların sistemli şəkildə təqdim olunmasına imkan yaradacaq

Xocalı Memorial Kompleksi tarixi faktların sistemli şəkildə təqdim olunmasına imkan yaradacaq


1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Soyqırımın 34-cü ildönümündə Xocalıda Memorial Kompleksin inşası həm mənəvi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu abidə ilk növbədə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi missiyasını daşıyır. Xocalı qurbanlarının xatirəsinin doğma torpaqda ucaldılan abidə ilə yad edilməsi milli həmrəyliyin və tarixi yaddaşın qorunmasının rəmzidir. Bu cür komplekslər gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq, faciənin unudulmamasını təmin etmək və “bir daha təkrarlanmasın” mesajını ötürmək baxımından xüsusi rol oynayır.

Memorial Kompleks tarixi həqiqətlərin beynəlxalq müstəvidə təsdiqi baxımdan da xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev də  kompleksin açılış mərasimində bəyan etdi ki, “əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”.

Bu kontekstdə “Xocalıya ədalət!” kampaniyasını xüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət”  çərçivəsində soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olunub. Ərazi bütövlüyü və suverenliyini bərpa edən, şəhidlərimizn qisasını döyüş meydanında alan Azərbaycan həm də əli Xocalı sakinlərinin qanına batmış caniləri ədalət mühakiməsinə cəlb etməyə nail olub. Bu isə tam və mütləq qələbənin göstəricisidir.

Xocalı Memorial Kompleksi  həm də beynəlxalq qonaqlar, diplomatlar və tədqiqatçılar üçün faktlar mənbəyidir. Bu, informasiya müharibəsi şəraitində tarixi faktların sistemli şəkildə təqdim olunmasına imkan yaradacaq.

Təbii ki, Xocalıda belə bir kompleksin məhz hadisələrin baş verdiyi ərazidə inşa olunması xüsusi simvolik məna daşıyır. Cənab Prezident  Xocalı sakinləri ilə görüşdə kompleksin inşasının uzun müddət əvvəl nəzərdə tutulduğunu, lakin yubanmasının səbəbini də açıqladı. Belə ki, abidənin məhz Xocalıda inşa olunması hər zaman qarşıda duran prioritet olub. Bu isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı heç vaxt şübhə yeri olmadığını təsdiqləyir. 

Xocalıda Memorial Kompleksi Azərbaycan xalqının qan yaddaşını, qürurunu və ədalətə inamını bir məkanda birləşdirən tarixi simvol kimi gələcək nəsillərə xidmət edəcək.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Azərbaycan və Türkiyə kimi tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi Gürcüstan üçün çox vacibdir  

13:21
27 Fevral

Növbəti köç karvanı Horovlu kəndinə çatıb  

13:12
27 Fevral

ABŞ Senatı NASA-nın Ay bazası ilə bağlı layihəni müzakirə edəcək  

13:10
27 Fevral

Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb YENİLƏNƏCƏK  

12:53
27 Fevral

Dini ibadətgahlarda anım mərasimləri keçirilib

12:47
27 Fevral

Tələb-təklifdən kənar bahalaşma: Siyasi gərginlik nefti bahalaşdırır

12:38
27 Fevral

Sabah sulu qar və qar yağacaq

12:29
27 Fevral

Sosial sığorta sistemində elektron uçotla bağlı yeni dəyişikliklər təsdiqləndi

12:21
27 Fevral

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilir  

12:13
27 Fevral

Beynəlxalq ekspert: WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir  

12:10
27 Fevral

“Moody’s” Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə saxlayıb  

12:07
27 Fevral

ABŞ-nin birinci xanımı tarixdə ilk dəfə BMT TŞ-nin iclasına sədrlik edəcək

12:01
27 Fevral

Xocalı Memorial Kompleksi tarixi faktların sistemli şəkildə təqdim olunmasına imkan yaradacaq

11:53
27 Fevral

Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb  

11:22
27 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:19
27 Fevral

Ötən gün 79 cinayətin açılması təmin edilib

11:19
27 Fevral

Avropa Liqasında 1/8 finalın püşkü atılır

11:17
27 Fevral

Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü olub

11:17
27 Fevral

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

11:15
27 Fevral

Azərbaycan minifutbol yığmasının Avropa çempionatındakı rəqibləri müəyyənləşir

11:11
27 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:09
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!