27 Fevral 2026 12:07
178
DÜNYA
A- A+
“Moody’s” Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə saxlayıb  

“Moody’s” Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə saxlayıb  


“Moody's Ratings” beynəlxalq reytinq agentliyi ölkəmizlə bağlı yeni hesabatında Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə saxlayıb.

AZƏRTAC xəbər verir ki, əlverişli əməliyyat mühiti və hökumətin bank sektorunu dəstəkləmək qabiliyyəti növbəti 12–18 ayda sektorun dayanıqlığını qoruyacaq. Tətbiq olunan tənzimləyici tələblər kapital adekvatlığını dəstəkləməyə və likvidliyin idarə olunmasını təkmilləşdirməyə xidmət edəcək.

Sənədə əsasən, Azərbaycan iqtisadiyyatında real ÜDM artımının 2026–2027-ci illərdə 2,5–3 faiz intervalında olacağı gözlənilir. Artımın əsas mənbəyi qeyri-neft sektorudur. Hesabatda nəqliyyat və logistika imkanlarının genişlənməsi, o cümlədən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri, eləcə də külək və Günəş enerjisi layihələrinə xarici investisiyaların cəlbi iqtisadi aktivliyi dəstəkləyən amillər kimi göstərilib.

Agentlik bankların kredit portfelinin keyfiyyətinin sabit qalacağını bildirir. 2025-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 2,5 faiz təşkil edib. Problemli kreditlər üzrə ehtiyatlarla örtülmə səviyyəsi 220 faizdən yuxarı olub. Xarici valyutada kreditlərin payı cəmi 14,2 faiz təşkil edib. Hesabatda milli valyutanın sabitliyinin bankların kredit siyasəti və mənfəətliyinə müsbət təsir edən amil kimi vurğulanıb.

Azərbaycan banklarının kapital göstəriciləri də müsbət qiymətləndirilib. Agentliyin məlumatına əsasən 2024-cü ilin sonuna qiymətləndirilən banklarda tutulmalardan sonra I dərəcəli kapitalın (imtiyazlı səhmlər istisna olunmaqla) risk üzrə ölçülmüş aktivlərə nisbəti təqribən 20 faiz təşkil edib. 2025-ci ilin mart ayından etibarən bank sektoru üzrə 0,5 faiz kontr-tsiklik kapital buferinin tətbiqi sektorun kapital mövqeyini daha da möhkəmləndirib.

Hesabatda bildirilir ki, bank sektorunda mənfəətlilik göstəriciləri sabitdir. Qiymətləndirilən Azərbaycan banklarının aktivlərinin gəlirliyi 2-3 faiz intervalında olmaqla, sabit xalis faiz marjaları və komissiya gəlirləri ilə dəstəklənir.

Likvidlik mövqeyi güclü olaraq qiymətləndirilir. Banklar əsasən müştəri depozitləri hesabına maliyyələşir. Depozit portfeli bankların ümumi öhdəliklərinin təqribən 77 faizini təşkil edib. Son 3 ildə depozit portfelinin dollarlaşması 48 faizdən 37 faizə azalıb.

Hesabatda dövlətin bank sektoruna dəstək imkanları xüsusi vurğulanır. Dövlət Neft Fondu və Mərkəzi Bankın ümumi ehtiyatları 2025-ci ilin sonuna ÜDM-in 108 faizini ötüb. Bank sektorunun ümumi aktivləri isə ÜDM-in təxminən 44 faizi səviyyəsində qiymətləndirilir.

Hesabatda göstərilən göstəricilər bank sistemində kapital adekvatlığının, likvidliyin və aktivlərin keyfiyyətinin qorunduğunu təsdiqləyir. Mərkəzi Bankın prudensial tənzimləmə siyasəti, kontr-tsiklik kapital buferinin tətbiqi və likvidlik çərçivəsinin gücləndirilməsi sektorun dayanıqlılığının formalaşmasında mühüm rol oynayıb. Eyni zamanda, makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyi üzrə koordinasiyalı siyasət bank sisteminin möhkəmlənməsinə töhfə verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Azərbaycan və Türkiyə kimi tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi Gürcüstan üçün çox vacibdir  

13:21
27 Fevral

Növbəti köç karvanı Horovlu kəndinə çatıb  

13:12
27 Fevral

ABŞ Senatı NASA-nın Ay bazası ilə bağlı layihəni müzakirə edəcək  

13:10
27 Fevral

Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb YENİLƏNƏCƏK  

12:53
27 Fevral

Dini ibadətgahlarda anım mərasimləri keçirilib

12:47
27 Fevral

Tələb-təklifdən kənar bahalaşma: Siyasi gərginlik nefti bahalaşdırır

12:38
27 Fevral

Sabah sulu qar və qar yağacaq

12:29
27 Fevral

Sosial sığorta sistemində elektron uçotla bağlı yeni dəyişikliklər təsdiqləndi

12:21
27 Fevral

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilir  

12:13
27 Fevral

Beynəlxalq ekspert: WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir  

12:10
27 Fevral

“Moody’s” Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə saxlayıb  

12:07
27 Fevral

ABŞ-nin birinci xanımı tarixdə ilk dəfə BMT TŞ-nin iclasına sədrlik edəcək

12:01
27 Fevral

Xocalı Memorial Kompleksi tarixi faktların sistemli şəkildə təqdim olunmasına imkan yaradacaq

11:53
27 Fevral

Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb  

11:22
27 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:19
27 Fevral

Ötən gün 79 cinayətin açılması təmin edilib

11:19
27 Fevral

Avropa Liqasında 1/8 finalın püşkü atılır

11:17
27 Fevral

Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü olub

11:17
27 Fevral

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

11:15
27 Fevral

Azərbaycan minifutbol yığmasının Avropa çempionatındakı rəqibləri müəyyənləşir

11:11
27 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:09
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!