27 Fevral 2026 13:12
193
CƏMİYYƏT
A- A+
Növbəti köç karvanı Horovlu kəndinə çatıb  

Növbəti köç karvanı Horovlu kəndinə çatıb  


İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Horovlu kəndi bu gün 40 ailə olmaqla, 196 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.


Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:48
27 Fevral

Hakan Fidan Əfqanıstan-Pakistan münaqişəsi ilə bağlı vəziyyəti müzakirə edib  

14:41
27 Fevral

Aleksandr Oxrimenko: Xocalıda baş verənlər dinc əhaliyə qarşı törədilmiş açıq soyqırımıdır

14:40
27 Fevral

Azərbaycanın UEFA reytinqi son illərin ən yüksək göstəricisinə çatıb  

14:37
27 Fevral

Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq

14:08
27 Fevral

Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub

13:42
27 Fevral

Ukraynanın demoqrafik böhranı: 5,6 milyon vətəndaş ölkəyə qayıtmayıb  

13:39
27 Fevral

Nazir: Azərbaycan və Türkiyə kimi tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi Gürcüstan üçün çox vacibdir  

13:21
27 Fevral

Növbəti köç karvanı Horovlu kəndinə çatıb  

13:12
27 Fevral

ABŞ Senatı NASA-nın Ay bazası ilə bağlı layihəni müzakirə edəcək  

13:10
27 Fevral

Prezident İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub və iki ölkə arasında bir sıra sənədlər imzalanıb YENİLƏNƏCƏK  

12:53
27 Fevral

Dini ibadətgahlarda anım mərasimləri keçirilib

12:47
27 Fevral

Tələb-təklifdən kənar bahalaşma: Siyasi gərginlik nefti bahalaşdırır

12:38
27 Fevral

Sabah sulu qar və qar yağacaq

12:29
27 Fevral

Sosial sığorta sistemində elektron uçotla bağlı yeni dəyişikliklər təsdiqləndi

12:21
27 Fevral

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilir  

12:13
27 Fevral

Beynəlxalq ekspert: WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir  

12:10
27 Fevral

“Moody’s” Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə saxlayıb  

12:07
27 Fevral

ABŞ-nin birinci xanımı tarixdə ilk dəfə BMT TŞ-nin iclasına sədrlik edəcək

12:01
27 Fevral

Xocalı Memorial Kompleksi tarixi faktların sistemli şəkildə təqdim olunmasına imkan yaradacaq

11:53
27 Fevral

Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb  

11:22
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!