09 Yanvar 2026 11:50
442
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin yaratdığı "vətən dili": məramdan əmələ

Prezident İlham Əliyevin yaratdığı "vətən dili": məramdan əmələ

 

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə hər zamankı kimi, Azərbaycan üçün strateji xəritə rolunu oynamağın bariz nümunəsi kimi dəyərləndirilməlidir. Müsahibədə hər bir sahəyə dair verilən cavablar təkcə ötən ilin yekunlarını şərh etmir, həm də gələcək illərin prioritetlərini açıq şəkildə müəyyən edir. Regional sülh, çoxvektorlu xarici siyasət, milli təhlükəsizlik, iqtisadi sabitlik, insan kapitalının inkişafı və mədəniyyətin qorunması Azərbaycanın uzunmüddətli və inteqrasiyalı strateji baxışının tərkib hissələridir. Müsahibə bir daha göstərdi ki, Azərbaycan regionda subyekt kimi çıxış etmək, milli maraqlarını qorumaq və dayanıqlı inkişaf modeli yaratmaq niyyətindədir. Prezidentin müsahibədə xüsusi olaraq vurğuladığı məqamlardan biri də Ana dili amili oldu.

İstər sosial tərəqqidə,  istərsə də milli şüur hadisəsi kimi üstündə "Ana dili" yazılan kitablar daha böyük iş görüb. Bəlkə buna görə XIX əsrin sonunda maarifçi dalğa şüur, kimlik hərəkatına "Vətən dili" dərsliyini hasilə gətirməkdən başladı. O dərsliyin yetişdirdiyi nəsil sonradan Azərbaycanda milli məfkurənin, dövlət müstəqilliyinin qurucuları oldular. Bu gün ən vacib faktorlardan biri etnomədəni sistem sayılır ki, onu qoruyan amil, ilk növbədə, ana dilidir. Bura etnomədəni yaddaş amilini də əlavə etməliyik. Və bu etnomədəni yaddaş, hər şeydən əvvəl dil saflığına borcludur. Onu zədələmək millətin bütövlüyünü, milli kimliyini zədələyə bilər. Bu gün etnomədəni sistemi qorumaq, xüsusən, qloballaşmanın milli dil üzərindəki təhdidlərini dəf etməkdə də yardımçı olar.

Azərbaycanda milli birlik və həmrəylik ideyasının uğurla həyata keçirilməsi azərbaycançılıq idealına xidmətin ifadəsidir. Azərbaycan xalqı anlayışı ilə yanaşı, Azərbaycan dili anlayışının da var olması milli mövqenin qorunub saxlanılması ilə yanaşı, müstəqil dövlətin daxili sabitliyinin təmin edil-məsinə, ölkədə yaşayan xalqlar və etnik qruplar arasında tolerantlıq mühitinin formalaşdırılmasına xidmət edir.

Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dönəmdə dil məsələsinə xalqın milli kimliyini təyin edən ümummilli amil kimi yanaşdı. Yaxşı bilirdi ki, yalnız yaddaşı olan xalq azadlığının qədrini bilər, ləyaqətini qoruyar. Heydər Əliyev üçün "yaddaş-dil-birlik" eyni məna kəsb edən anlayışlar idi. Ona görə əksər çıxışlarında refren olaraq vurğulayırdı: "Azərbaycan dilinin bundan sonra da inkişaf etməsi mənim həyatımın ən birinci vəzifəsidir. Çünki millətin dilini əlindən alsan, onu öz dilindən məhrum etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda, onu heç nə dəyişdirə bilməz... Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillə-rini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilinizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan".

Heydər Əliyev həmişə Azərbaycan dilinə, onun siyasi-hüquqi təminatlarına geniş yer vermiş, fərman, qərar və sərəncamlar imzalamış, praktik həlli istiqamətində ciddi fəaliyyət göstərmişdir. Ulu Öndər bəyan etmişdir: "Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bugünkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərin böyük xidməti var".

Təsadüfi deyil ki, böyük rəhbər ilk "İstiqlal" ordenini Bəxtiyar Vahabzadə, Xəlil Rza və Məmməd Araza verərkən, bu barədə 16 aprel 1995-ci il tarixli çıxışında bu şairlərin dil məsələsinə həssaslıqlarını önə çəkmişdir.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, konkret olaraq 1978-ci ildə Azərbaycan dilini ölkəmizin konstitusiyasına dövlət dili kimi daxil etdirməyə nail olması çağın reallıqları prizmasından yanaşdıqda misilsiz tarixi nailiyyət sayılır. Sovetlər İttifaqında vahid beynəlmiləlçilik prinsiplərinin həyata keçirildiyi bir zamanda Azərbaycan dilinin rəsmi olaraq dövlət dili kimi qəbul olunması çoxəsrlik dövlətçilik tariximizin nadir hadisəsi olmaqla yanaşı, gələcək müstəqilliyimizin mühüm təminatlarından birinə çevrildi.

Dil siyasəti hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin də siyasi fəaliyyətinin əsas qayəsini təşkil edib. Onun "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən, 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Yaxud 2004-cü il 14 yanvar tarixli "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabr tarixli "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşdi. Dillə bağlı çıxışlarında Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. ... biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik".

Bütün bunlar göstərir ki, ölkə rəhbəri Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirir, dilin taleyini diqqət mərkəzində saxlayır, bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət aparır. Xüsusilə Azərbaycan klassiklərinin, ana dilinin saflığı uğrunda məramla çalışan yaradıcı ziyalıların irsinin qorunması və təbliği yönündə gördüyü işlər Prezidentin Azərbaycan milli ruhuna göstərdiyi ən önəmli xidmət olaraq dəyərləndirilməlidir. Yanvarın 5-də, yerli televiziya kanallarına verdiyi müsahibə zamanı dövlət başçısının dillə bağlı etdiyi çağırışları da elə bu kontekstdə - görülən işlərin, aparılan islahatların davamı kimi qəbul etməliyik. Bu müsahibədə də möhtərəm Prezident İlham Əliyev dil məsələsinə xüsusi toxundu.  Qeyd etdi ki, Azərbaycan dili bizə xalq kimi var olmaq imkanı verib, milli kimliyimizin əsasında dayanıb: "Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm".

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər təkcə dil məsələsinə münasibət deyil, eyni zamanda milli təhlükəsizlik, milli kimlik və dövlətçilik fəlsəfəsinə dair mühüm çağırış kimi qiymətləndirilməlidir. Dövlət başçısının vurğuladığı kimi, əcdadlarımız müstəmləkəçilik dövrlərində belə ana dilini qoruyub gələcək nəsillərə əmanət etmişlərsə, bu gün müstəqil dövlət şəraitində dilimizi qorumaq hər bir vətəndaşın mənəvi və ictimai borcudur. Prezidentin çıxışı cəmiyyətə ünvanlanan açıq mesaj olmaqla yanaşı, hər kəsi ana dilinə qarşı məsuliyyətli davranmağa, milli kimliyimizi qorumaq naminə birgə mübarizəyə səsləyən prinsipial mövqedir. Bu çağırış əlbəttə ki, ana dilinə həssaslığı artırmağa xidmət edəcək, onun saflığının keşiyində daha əmin, arxayın dayanmağa səbəb olacaq. Dilə qarşı müdaxilədə daha mühafizəkar olmaq lazımdır. Sistemli tədqiqatlar da öz yerində. Bu, onsuz da Azərbaycan alimləri tərəfindən daim aparılıb.  Eyni zamanda şair və yazıçıların mətnlərində Azərbaycan dilinin incəlikləri qorunub. İndi buna daha konseptual yanaşılacaq. Çünki Prezident İlham Əliyevin hər çıxışı dillə bağlı yaxşı bir məfkurə dalğası yaradır. Bir daha sübut edir ki, dil həm bir xalqın kimliyinin qoruyucusu, həm də cəmiyyətin formalaşmasının əsas dayağıdır. Onun qorunması və inkişafı yalnız elm və təhsil sahəsi üçün deyil, milli birliyin və dövlətin davamlılığı üçün strateji məsələdir.

Azərbaycan dilinin qorunması həm dövlət, həm də cəmiyyət səviyyəsində aparılmalı olan mühüm və çoxşaxəli bir prosesdir. Bunu bir neçə istiqamətdə görüləcək işlərlə uğurlu şəkildə gerçəkləşdirmək olar. Məsələn, dövlət səviyyəsində tədbirlər təşkil etməklə. Daha sonra elm, texnologiya, hüquq, tibb və digər sahələrdə Azərbaycan dilinə uyğun terminlərin yaradılması və standartlaşdırılması ilə.

Mediada dilin saflığına diqqət yetirilməsi mütləqdir. Televiziya, radio, internet və küçə reklamlarında dil normalarına riayət olunmasına ciddi nəzarət olmalıdır. Həmçinin Azərbaycan dilinin süni intellekt, mobil tətbiqlər və axtarış sistemlərində dəstəklənməsi üçün texnoloji layihələrə investisiya qoyulmalıdır.

Digər əsas yük dillə bağlı təhsil və elm sahəsində aparılacaq işlərin üzərinə düşür. Tədris keyfiyyətinin artırılması bu gün ən vacib məsələdir. Azərbaycan dili və ədəbiyyatı dərslərində müasir, interaktiv tədris metodlarının tətbiqi lazımdır. Dil müəllimlərinin peşəkar inkişaf proqramları, seminar və treninqlər ilə təmin olunmasına ehtiyac var. Amma ən vacib məsələ dərsliklərimizdə ana dilinə olan sevginin bitkin şəkildə olmasıdır. Daha çox öz yazıçılarımızın əsərlərinə yer verilməli, ana dilinin gözəlliklərini, incəliklərini ehtiva edən zövqlü bədii nümunələr dərsliklərdə yer almalıdır. Bu işə kortəbii yanaşmaq olmaz.

Dillə bağlı elmi tədqiqatlar dərinləşməlidir. Dilin tarixi, dialektləri və müasir inkişafı ilə bağlı tədqiqatlara dəstək verilməlidir.

Digər vacib məqam, dilin düzgün işlədilməsini təşviq edən sosial kampaniyalar, televiziya verilişləri və sosial media layihələri hazırlanmalıdır. Yazı müsabiqələri, ədəbi gecələr, gənclər üçün dil mədəniyyəti forumları təşkil olunmalıdır.

Bütün bunlar əlbəttə ki, məişət səviyyəsində məsuliyyəti istisna etmir. Hər kəsin gündəlik ünsiyyətdə ana dilinə hörmətlə yanaşması, yad sözlərin yersiz istifadəsindən çəkinməsi önəmli məsələdir.

Martin Haydegger dili "varlıq evi" adlandırırdı. Bu, doğrudan da belədir. Xalqın, millətin varoluşunun başlıca şərti, gücü onun dilini qorumaqdır. Bütün yaradıcı resurslar məhz bu amilin yaşarılığına - dilin işığını qorumağa xidmət etməlidir. Səsimizi və sözümüzü gələcək nəsillərə aydın eşitdirmək üçün!


Elnarə AKİMOVA,

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

Akademik Əhliman Əmiraslanov: Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır  

11:56
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!