09 İyul 2025 09:00
898
Mədəniyyət
A- A+
Azərbaycanda turizm sənayesinin inkişafı diqqət mərkəzindədir

Azərbaycanda turizm sənayesinin inkişafı diqqət mərkəzindədir


Ölkəmizdə turizm iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycana (pandemiya dövrü istisna olmaqla) turist gəzintisində olanların sayında hər il ən azı 10 faiz artım müşahidə olunur. Xəzər sahillərindən tutmuş qədim Naxçıvan, Qarabağ, Göy göl, Hacıkənd, Gədəbəy, İsmayıllı, Şəki, Zaqatala, Quba, Qusar, Yardımlı, Lerik və digər ərazilərimizdə bir-birindən gözəl, dünya standartlarına cavab verən müasir hotellər, istirahət yerləri, müalicə korpusları səyahətsevərlərin ən çox üz tutduqları məkanlardandır. 

Son illər dövlət başçıları və hökumət nümayəndələri rəsmi görüşlərdə,  Bakının evsahibliyi etdiyi konfrans, simpozium və festivallarda və digər beynəlxalq tədbirlərdə, çıxışlarında ölkəmizdə turizmin inkişafını yüksək dəyərləndirirlər. İctimai rəydə məmnunluq doğuran odur ki, bütün bu uğurların əsasında Prezident İlham Əliyevin ölkəmizdə turizmin dünya standartlarına uyğun inkişaf etdirilməsi siyasəti dayanır. Respublikamızda turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə "Turizm haqqında” qanun qəbul edilib. 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Həmin strategiya uğurla həyata keçirildikcə Azərbaycanın bu sahədəki nailiyyətləri artır.

Bakıda, eləcə də ölkəmizin ayrı-ayrı regionlarında biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilib. Ölkə rəhbəri 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum üç saat ərzində verilməsinə dair sərəncam imzalayıb. Həmin vaxtdan "ASAN viza” sistemi uğurla fəaliyyət göstərir.

Azərbaycanda turizm çox geniş imkanlara malikdir. Ölkəmizdə təhlükəsizlik və sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. Dünyada mövcud olan 11 iqlim qovşağından 9-nun ölkəmizdə olması turizmin inkişafı üçün geniş imkanlar yaradır. Günün tələblərinə cavab verən infrastruktur yaradılıb, 9 beynəlxalq aeroport, müasir magistral yollar, dəmir yolları, hotellər, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm və s. inkişaf edir. Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağ Müalicəvi Mərkəzinə, eləcə də ilin bütün fəsillərində Qalaaltıya turistlər gəlirlər. 

Xatırladaq ki, Qarabağ ta qədimdən təkcə tarixi və mədəni irsi ilə deyil, həm də turizm potensialı ilə diqqət çəkir. Bu bölgədə xüsusilə dağ turizmi üçün geniş imkanlar mövcuddur. Şuşa şəhəri və onun ətrafındakı əzəmətli dağlar, Xankəndi, Laçın, Kəlbəcər və digər rayonlar turizm baxımından unikal məkanlardır. Cənnətməkan  ərazilərdə turizmin inkişafı dövlətimizin prioritet istiqamətlərindəndir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elə bu günlərdə - İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü ərəfəsində bölgə turizminin inkişafında diqqətçəkən məqamlardan olan Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.

Uzunluğu 6 min metrə yaxın olacaq kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

Bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, Azərbaycanda artıq bir neçə bölgədə kanat yolları fəaliyyət göstərir. Qəbələdə, Şahdağ və Tufandağ turizm mərkəzlərində yerləşən kanat yolları hər il minlərlə turist cəlb edir. Kanat yolları dağlıq ərazilərdə turizmin inkişafı üçün vacib infrastruktur elementlərindən biridir. Bu, nəqliyyat baxımından əlverişli olmaqla yanaşı, həm də insanlara təbiətin gözəlliklərini daha yaxından görmək imkanı yaradır.

Kəlbəcər isti suları, füsunkar dağ mənzərələri və meşələri ilə seçilir. Bu bölgə yaxın gələcəkdə dünyanın əsas turizm məkanlarından birinə çevrilmək potensialına malikdir. Bir müddət əvvəl Kəlbəcərin turizm resurslarının mövcud vəziyyəti, qiymətləndirilməsi, turizm dəhlizləri, turizm inkişaf potensialı və prioritet turizm məhsulları sahələri üzrə araşdırmalar aparılıb.

Məsələ ilə əlaqədar  “Kəlbəcər Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb. Sənəddə Kəlbəcərin 2040-cı ilədək ilboyu turizm fəaliyyətlərinin təşkili və Cənubi Qafqaz regionunda ən çox səfər edilən turizm məkanlarından birinə çevrilməsi hədəflənir.

Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş quruculuq və abadlıq işləri aparılır.  Yeni yollar, tunellər, elektrik stansiyaları, hava limanları və digər infrastruktur layihələri icra olunur, bunlar Qarabağın tam bərpasına, həm də turizmin inkişafına xidmət edir.

Hazırda respublikamızda dəniz turizmi, səyahət turizmi, sağlamlıq və müalicə  turizmi, kənd turizmi inkişaf etdirilir və digər turizm sahələri sırasında kazino turizminin reallaşması nəzərdə tutulur. Bu turizm inkişaf etməkdə olan ölkələr üçün iqtisadi artımın və məşğulluğun əsas mənbələrindən biri hesab olunur. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, bu sahədə davamlı inkişafın təmin olunması üçün strateji yanaşmalar, institusional islahatlar və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.

Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2,63 milyon nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 26 faizdən çoxdur. Artan turist axını turizm infrastrukturunun təkmilləşdirilməsini, yeni istirahət və əyləncə obyektlərinin yaradılmasını zəruri edir. 

Azərbaycanda kazino fəaliyyəti 1998-ci ildə ölkə Prezidentinin qərarı ilə qadağan edildi. Həmin dövrdə nəzarət və tənzimləyici mexanizmlər kifayət qədər formalaşmadığı üçün bu addım zəruri idi. Lakin bu gün bir çox ölkə kazinolara qoyulan qadağaları aradan qaldırır. Məsələn, Özbəkistan və Qazaxıstan kimi ölkələr bu sahədə yeni mərhələyə qədəm qoyublar. Gürcüstan isə uzun illərdir ki, kazino sektorundan əhəmiyyətli gəlirlər əldə edir.

Dünya təcrübəsi göstərir ki, turizmin stimullaşdırılmasında və sektorun dayanıqlı inkişafında kazino biznesi mühüm rol oynayır. Bu baxımdan qonşu Gürcüstan uğurlu nümunədir. Ərazi və əhali baxımından Azərbaycandan kiçik olsa da, turizm gəlirləri üzrə daha irəlidədir. 

Artıq kazino turizmi zamanın tələbinə çevrilmişdir. Odur ki, bizim ölkəmizdə də bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Belə ki, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna təklif edilən dəyişikliklər çərçivəsində bu ərazilərdə kazino fəaliyyətinə icazə verilməsi nəzərdə tutulur. 

Milli Məclisin deputatı Rövşən Muradovun fikrincə, süni torpaq sahələrində kazino oyunlarının təşkili dövlət büdcəsinə vergi daxilolmalarının artmasına səbəb olmaqla yanaşı, turizm potensialının inkişafına da müsbət təsir göstərəcək.


Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!