21 İyun 2025 08:05
810
SİYASƏT
A- A+
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır

Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır


Həqiqətləri beynəlxalq ictimaiyyətə sürətli və intensiv şəkildə çatdırmaq lazımdır


Regionda vəziyyətin gərgin olduğu bir vaxtda Ermənistan Azərbaycana qarşı yenidən dezinformasiya kampaniyasına başlayıb. Hər fürsətdə ölkəmiz əleyhinə böhtan, qarayaxma kampaniyaları təşkil edən ermənilər və ermənipərəst dairələr Azərbaycanı gözdən salmağa, dost ölkələrlə arasını vurmağa və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Hazırda davam edən hibrid təhdidlərin də əsas məqsədi budur.

Milli Məclisin deputatı Elman Nəsirov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, haqlı olaraq XXI əsri informasiya əsri adlandırırlar. İnformasiya əsri həm də informasiya müharibəsi anlamında qarşılanır: "İnformasiya müharibəsinin bütün müasir silahları var. İnformasiya müharibəsində gözləmə mövqeyində dayanmaq, müşahidəçi statusu daşımaq məğlubiyyətə aparan yoldur. Ona görə də informasiya savaşında öncül mövqedə dayanmaq və həqiqətləri beynəlxalq ictimaiyyətə sürətli və intensiv şəkildə çatdırmaq lazımdır. İnformasiya müharibəsinin mühüm tərkib hissələrindən biri də dezinformasiyadır. Azərbaycana münasibətdə bunun hər zaman şahidi oluruq. Ermənistan, dünyadakı ermənipərəst dairələr, erməni lobbisi və diasporu, onların nəzarətində olan müəyyən qüvvələr, qruplaşmalar ölkəmizə qarşı tez-tez belə dezinformasiya savaşı aparır, təhrif olunmuş məlumatlar yayırlar. Bu baxımdan Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının qeyd edilən hadisələrlə bağlı son açıqlaması diqqət çəkir. Faktlarla, dəqiq ünvanlarla göstərilir ki, bu gün Ermənistan tərəfindən Azərbaycana qarşı yenidən dezinformasiya savaşı başlanılıb".

Deputat qeyd edib ki, xüsusilə bölgəmizdə baş verən son proseslər fonunda bu məsələ diqqətdən yayınmır. İsrail-İran arasında qarşıdurma fonunda Azərbaycana qarşı saxta xəbərlər tirajlanır və bu, qəbuledilməzdir. Azərbaycan dövləti və ictimaiyyəti də haqlı olaraq buna öz etirazını bildirir. Bu prosesdə fəal olmalı, haqq səsimizi ucaltmalıyıq. Elə şərhlər, dezinformasiyalar, saxta məlumatlar yayılır ki, bununla həm Azərbaycanla İran, həm də Azərbaycanla İsrail münasibətlərinə xələl gətirmək hədəflənir. Müəyyən qüvvələr cidd-cəhdlə Azərbaycanı bu prosesdə tərəfə çevirməyə çalışırlar. Bu isə qeyri-mümkündür. Azərbaycan dövlətinin mövqeyi bəllidir, Xarici İşlər Nazirliyi İsrail-İran qarşıdurması ilə bağlı dövlətimizin rəsmi mövqeyini bəyan edib. Biz münaqişənin dinc, diplomatik yollarla, danışıqlar masası arxasında həlli ideyasını müdafiə edirik. Eyni zamanda Azərbaycanın mövqeyi odur ki, mülki insanlar və mülki obyektlər hədəf seçilməsin. 

E.Nəsirov vurğulayıb ki, eskalasiyanın mümkün qədər qarşısının alınması və tezliklə qarşıdurma mühitinin aradan qaldırılması Azərbaycanın əsas istəyidir: "Hesab edirəm ki, Azərbaycan cəmiyyəti, həmçinin KİV bu prosesdə fəal olmalı, rəsmi dövlət mövqeyinə söykənən informasiyaları yaymalı və ölkəmiz əleyhinə aparılan qarayaxma kampaniyasına qarşı mübarizə aparmalıdır. Bu bir çox hallarda qabaqlıyıcı addımlarla müşahidə olunmalıdır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub

23:32
01 May

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə dövrü şəhərsalma təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim edəcək  

22:27
01 May

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

21:43
01 May

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!