08 Aprel 2026 16:10
372
SİYASƏT
A- A+
Azərbaycana dost və qardaş olan Pakistanın fəallığı xüsusilə təqdirəlayiqdir

Azərbaycana dost və qardaş olan Pakistanın fəallığı xüsusilə təqdirəlayiqdir


“Hazırda dünyada mürəkkəb proseslər baş verir. Yeni geostrateji şəraitdə dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Lakin bir sıra hallarda qlobal güclər öz maraqlarını təmin etmək üçün beynəlxalq hüquq normalarını görməzdən gəlir. Belə hallar isə dünyada yeni ziddiyyətlər və münaqişələr yaradır”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, Yaxın Şərqdə  genişlənən münaqişə təkcə region üçün deyil, bütün dünya üçün təhlükədir. Beynəlxalq ictimaiyyət hər  ötən gün təhdidləri hiss edirdi. Ona görə də, tərəflər arasında atəşkəsin əldə edilməsi beynəlxalq ictimaiyyət tərəfindən alqışlanır. Bu müharibənin dayandırılması üçün indiyədək bir sıra ölkələr vasitəçilik edib. Mart ayının sonlarında Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri İslamabadda ABŞ ilə İran arasındakı münaqişənin həlli yollarını müzakirə etmişdilər. Daha sonra Çin və Pakistan Yaxın Şərq regionunda, o cümlədən Fars körfəzində sülh və sabitliyin bərpasına yönəlmiş 5 bəndlik birgə təşəbbüs təqdim ediblər. Bu ölkələr bütün zərərçəkmiş ərazilərə humanitar yardımın çatdırılmasının təmin edilməsi zərurətini vurğulayaraq, hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin gələcək eskalasiyasının qarşısının alınmasına çağırıblar. Həmçinin Çin və Pakistan sülh danışıqlarının tezliklə başlanmasına tərəfdar qismində çıxış edərək, İran da daxil olmaqla, region dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə riayət olunmasının vacibliyini qeyd ediblər. Dialoq və diplomatiyanın münaqişələrin həllinin yeganə səmərəli yolu olduğu vurğulanıb. Tərəflər dinc sakinlərə və mühüm infrastruktura, o cümlədən enerji və nüvə obyektlərinə hücumları dayandırmağa, eləcə də beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırıblar.

Millət vəkilinin sözlərinə görə, prosesdə Azərbaycana dost və qardaş olan Pakistanın fəallığı xüsusilə təqdirəlayiqdir. Nəzərə alaq ki, atəşkəs razılaşması məhz Pakistanın Baş naziri Şahbaz Şərifin təklifi əsasında baş tutub. Razılaşdırılan atəşkəs Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açacağını ehtiva edir. Verilən məlumatlara görə,  ABŞ da İranın irəli sürdüyü 10 bəndlik şərti qəbul edib. Bütün mübahisələrin həlli ilə bağlı yekun razılaşma üçün İran və ABŞ nümayəndələri aprelin 10-da İslamabadda bir araya gələcək. Bütün bunlar dost və qardaş Pakistanın regionda sabitliyə böyük töhfə verməsinin göstəricisidir.

Samir Vəliyev qeyd edib ki, beynəlxalq ictimaiyyət atəşkəs razılaşmasını alqışlayır. O cümlədən Azərbaycan da atəşkəsi dəstəkləyir. Rəsmi Bakı tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırıb. Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır. Nəzərə alaq ki, Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq prinsiplərinə əsaslanan, mehriban qonşuluq, qarşılıqlı hörmət və humanizm prinsiplərinə söykənən uğurlu bir xəttdir. Regionda sabitliyin təmin olunması, münaqişələrin dinc yolla həlli və humanitar siyasəti bu kursun əsasını təşkil edir. Ölkəmiz qonşu dövlətlərlə  bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin qurulmasına böyük önəm verir.

“Azərbaycan bölgədə müharibənin olmamasının tərəfdarıdır. İran Azərbaycanın yaxın qonşusudur, bu ölkədə milyonlarla azərbaycanlı yaşayır.  Bütövlükdə isə, dövlətimizin xarici siyasəti milli maraqlarımıza əsaslanmaqla yanaşı, dünyada, o cümlədən regionumuzda sülhün və təhlükəsizliyin təmin olunmasını təşviq edir”,- deyə deputat vurğulayıb.


«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

BP-nin AGT regionu üzrə yerli xərcləri artıb

20:13
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

19:31
01 May

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

18:43
01 May

WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma nailiyyətlərinin beynəlxalq tanınmasının göstəricisi kimi dəyərləndirilib  

18:41
01 May

“ABAD məhəllə” layihəsi çərçivəsində abadlıq və yenidənqurma işləri genişlənir

18:33
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!