25 Iyul 2024 19:11
206
SİYASƏT
A- A+

Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

 

İyulun 25-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Azərbaycan" qəzetinə bildiriblər ki, məsləhətləşmələr zamanı Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Özbəkistan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət, humanitar və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olunub, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Ümumi tarixi köklərə, dilə, dinə və adət-ənənələrə malik iki qardaş ölkə arasında münasibətlərin son dövrdə yüksələn xətt üzrə inkişaf etməsinin dövlət başçılarının möhkəm siyasi iradəsi və birgə praktiki səyləri ilə mümkün olduğu xüsusi vurğulanıb.

Qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edilib, ali və yüksək səviyyədə artan təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyi qeyd olunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin ölkənin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğu diqqətə çatdırılıb.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan ilə Özbəkistan arasında müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr ətrafında fikir mübadiləsi aparılıb, eləcə də iki ölkə arasında imzalanmış sənədlərin inventarizasiyası həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video