29 İyun 2026 12:30
1140
Səhiyyə
A- A+
Azərbaycan və Latviya arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycan və Latviya arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir


Səhiyyə naziri Teymur Musayev ölkəmizdə səfərdə olan Latviyanın səhiyyə naziri Hossam Abu Merinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları salamlayan Teymur Musayev qeyd edib ki, Azərbaycan ilə Latviya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq səhiyyə sektorunda da uğurla davam edir. Nazir bildirib ki, tibbi təhsil, həkimlərin davamlı peşə hazırlığı, elmi-tədqiqat fəaliyyəti və innovativ tibbi yanaşmaların tətbiqi sahələrində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur.

Teymur Musayev səhiyyə sisteminin rəqəmsal transformasiyasının Azərbaycanın səhiyyə siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə reallaşan tədbirlər barədə məlumat verib.

Görüş zamanı qeyd edilib ki, 2025-ci ildə iki ölkənin müvafiq qurumları arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb ki, bu da ikitərəfli əlaqələrin inkişafında mühüm addımdır.

Latviyanın səhiyyə naziri Hossam Abu Meri Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. O, bu cür yüksəksəviyyəli görüşlərin səhiyyə sistemlərinin inkişafına, peşəkar bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Sonda tərəflər Azərbaycan və Latviyanın səhiyyə nazirlikləri arasında əməkdaşlığın gələcəkdə də qarşılıqlı etimada və ortaq maraqlara əsaslanaraq davam etdirilməsi istiqamətində əminliklərini ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski ABŞ-də səfərdədir

10:32
28 İyul

Azərbaycan nefti 95 dollara satılır

10:31
28 İyul

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

10:30
28 İyul

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

10:29
28 İyul

CNN: ABŞ Ukrayna münaqişəsinə son qoymağın vaxtının çatdığını düşünür

10:28
28 İyul

Tramp: ABŞ olmadan İsrail mövcud ola bilməzdi

10:27
28 İyul

 Azərbaycan idmançısı Dünya Kubokunun qalibi olub

10:26
28 İyul

Yay mövsümündə gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir

09:35
28 İyul

Sietl qida festivalında atışma: ölənlər və yaralananlar var

09:30
28 İyul

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 

09:20
28 İyul

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!