30 Oktyabr 2026 12:17
188
SİYASƏT
A- A+
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub  

Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub  


Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Baş nazir Ə.Əsədov ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin həlledici rol oynadığını bildirib. Bu baxımdan Prezident İlham Əliyevin cari ilin aprel ayında Gürcüstana dövlət səfəri, həmçinin Gürcüstan Baş nazirinin may ayında Azərbaycana baş tutmuş səfəri zamanı əldə edilmiş razılaşmaların iki ölkə arasında əməkdaşlığın strateji xarakterini bir daha təsdiqləyərək müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlavə təkan verdiyi diqqətə çatdırılıb.

Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyi, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirdiyi məmnunluqla vurğulanıb.

Ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikası yüksək qiymətləndirilib. Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, cari ilin ilk doqquz ayında iki ölkə arasında ticarət dövriyyəsi 42 faiz artaraq ötən ilin ümumi göstəricisini üstələyib və 1 milyard ABŞ dollarına yaxınlaşıb.

İnvestisiya sahəsində əməkdaşlığın da uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycanın Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələrdən biri olduğu bildirilib.

Birgə investisiya layihələrinin həyata keçirilməsində müsbət dinamikanın müşahidə olunduğu vurğulanaraq, Azərbaycan investoru tərəfindən Tbilisidə reallaşdırılan yeni hotel layihəsinin açılışı bu əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirilib.

Energetika sahəsinin Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğu bildirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi birgə həyata keçirilmiş irimiqyaslı enerji layihələrinin regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı qeyd edilib.

Elektroenergetika sahəsində də qarşılıqlı fəaliyyətin uğurla davam etdiyi vurğulanıb. Cari ilin iyul ayında Gürcüstanın enerji sistemində baş vermiş böhranla əlaqədar Gürcüstan tərəfinin müraciəti əsasında Azərbaycanın operativ dəstək göstərdiyi diqqətə çatdırılıb.

Bərpaolunan enerji sahəsində əməkdaşlığın perspektivlərinə xüsusi diqqət yetirilib. Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə Avropaya yaşıl enerjinin nəqlini nəzərdə tutan dəhlizin yaradılması istiqamətində aparılan işlərin əhəmiyyəti vurğulanıb.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlıq məsələləri də iclasın əsas müzakirə mövzularından olub. Azərbaycanın və Gürcüstanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm tərəfdaşlar olduğu, xüsusilə Orta Dəhlizin rəqabət qabiliyyətinin və tranzit potensialının artırılması istiqamətində birgə səylərin önəmi qeyd edilib.

Nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində sərhəd-keçid imkanlarının genişləndirilməsi məsələləri də nəzərdən keçirilib. Azərbaycan-Gürcüstan dövlət sərhədində “İpək Yolu (Ağstafa) – Abreşumis Qza (Qardabani)” birgə sərhəd-keçid məntəqəsinin yaradılması layihəsinin əhəmiyyəti vurğulanıb. Layihənin praktiki həyata keçirilməsinə dair iclas çərçivəsində imzalanması nəzərdə tutulan sənədin müvafiq işlərin sürətləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin inkişafı üçün geniş potensialın mövcud olduğu vurğulanıb. İclas çərçivəsində bitki karantini və mühafizəsi, eləcə də baytarlıq sahələrində imzalanacaq ikitərəfli sənədlərin müvafiq nəzarət prosedurlarının sadələşdirilməsinə, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin artırılmasına xidmət edəcəyinə əminlik ifadə olunub.

İclasda ətraf mühitin mühafizəsi və su ehtiyatlarından səmərəli istifadə məsələlərinə də toxunulub. Kür çayı hövzəsinin hər iki ölkə üçün strateji əhəmiyyəti vurğulanaraq, transsərhəd su ehtiyatlarının mühafizəsi, çirklənməsinin qarşısının alınması və davamlı idarə olunması sahəsində birgə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Mədəni-humanitar əməkdaşlığın Azərbaycan-Gürcüstan münasibətlərinin mühüm tərkib hissəsi olduğu bildirilib. Xalqlar arasında tarixi dostluq əlaqələrinin qorunub saxlanılmasında və inkişafında mədəniyyət, təhsil və humanitar sahələr üzrə qarşılıqlı fəaliyyətin xüsusi rolu vurğulanıb.

Nümayəndə heyətləri üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.

İclasın yekununda Baş nazirlər Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının protokolunu imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şirvanda Vətən müharibəsi şəhidi Kamran Fərəcovun məzarı ziyarət olunub   

13:24
30 Oktyabr

Bəşəriyyət kosmosu necə fəth edəcək

13:21
30 Oktyabr

Neftçalada “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib  

13:20
30 Oktyabr

Baltik dənizində baş verən güclü fırtınanın ekosistemə təsiri araşdırılıb  

13:18
30 Oktyabr

Rusiyalı arxeoloqlar Türkmənistanda qazıntı işlərini bərpa ediblər  

13:15
30 Oktyabr

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb

13:14
30 Oktyabr

Pulsuz hüquqi yardımla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb  

12:56
30 Oktyabr

Gennadi Xazanov Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

12:55
30 Oktyabr

Sabah hava əsasən yağmursuz olacaq

12:54
30 Oktyabr

Azərbaycan millisi dünya çempionatında sonuncu oyununu keçirib

12:53
30 Oktyabr

Baş prokuror Kamerunun və Banqladeşin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşüb  

12:51
30 Oktyabr

Bakıdakı dünya çempionatında E və F yolunun qalibləri müəyyənləşib

12:38
30 Oktyabr

Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub  

12:17
30 Oktyabr

Əli Əsədov: Ümid edirik yaxın vaxtlarda Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə başlanacaq  

11:49
30 Oktyabr

Rusiya səmasında mindən çox dron vurulub

11:48
30 Oktyabr

Əli Əsədov: Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

11:47
30 Oktyabr

Parlament Əmək Məcəlləsində dəyişikliyi təsdiqləyib

11:45
30 Oktyabr

Əli Əsədov: Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir  

11:44
30 Oktyabr

Əli Əsədov: Doqquz ayda Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi 42 faiz artaraq 1 milyard dollara yaxınlaşıb  

11:42
30 Oktyabr

Azərbaycanda minatəmizləmə fəaliyyətinə Slovakiyanın mümkün dəstəyi müzakirə edilib  

11:21
30 Oktyabr

Ötən gün 39 cinayətin açılması təmin olunub

11:13
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!