20 May 2026 13:52
120
SİYASƏT
A- A+
Azərbaycan və D-8 arasında media savadlılığı və informasiya təhlükəsizliyi üzrə əməkdaşlıq genişlənir

Azərbaycan və D-8 arasında media savadlılığı və informasiya təhlükəsizliyi üzrə əməkdaşlıq genişlənir


Mayın 20-də Medianın İnkişafı Agentliyində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib.

Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qurumun İcraçı direktoru Əhməd İsmayılov D-8 üzv dövlətləri arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin, media qurumları və aidiyyəti sahə üzrə məsul institutlar arasında təcrübə mübadiləsinin təşviqinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, müasir informasiya mühitində media savadlılığının gücləndirilməsi, yanlış məlumatlandırma və dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyət mexanizmlərinin formalaşdırılması, eləcə də rəqəmsal transformasiya şəraitində peşəkar və dayanıqlı media mühitinin inkişafı xüsusi aktuallıq kəsb edir.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmud D-8 üzv dövlətləri arasında media sahəsində qarşılıqlı səfərlərin, peşəkar mübadilə proqramlarının, birgə media təşəbbüslərinin və ortaq layihələrin təşviqinin vacibliyini vurğulayıb. O, media məzmununun hazırlanması və yayımı sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin, həmçinin innovativ texnologiyaların, o cümlədən süni intellekt həllərinin media sahəsində məsuliyyətli tətbiqinin müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Eyni zamanda, D-8 Media Mükəmməllik Mərkəzinin fəaliyyətinin təşkili, Mərkəzin koordinasiyalı kommunikasiya təşəbbüsləri üçün platforma kimi fəaliyyət imkanları müzakirə olunub, media və informasiya təhlükəsizliyi sahəsində birgə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyada 1,1 milyarddan çox insan qeyri-formal yaşayış məskənlərində yaşayır

16:05
20 May

WUF13-ün milli koordinatoru: "Bakı Şəhərsalma mükafatı” həll yollarının miqyasının genişləndirilməsinə xidmət edəcək   

16:04
20 May

Magistraturaya qəbul imtahan nəticələri açıqlanıb

16:01
20 May

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb  

15:56
20 May

Rusiya-Azərbaycan sərhədində ticarət dövriyyəsi 14 faiz artıb

15:55
20 May

Tom de Qruv: Açıq və müqayisə edilə bilən məlumatlar fəlakət risklərinin idarə olunmasında əsas rol oynayır  

15:42
20 May

Platforma direktoru: Məqsədimiz yeni binalarda karbon emissiyasını azaltmaqdır

15:37
20 May

Bakı-Tbilisi-Bakı qatarları ilə gedişhaqqı açıqlanıb

15:33
20 May

WUF13 Azərbaycanın qlobal gündəmdə artan rolunu nümayiş etdirir

15:30
20 May

İsmayıl Seragəldin: Artıq mikroplastiklərin balıqlar vasitəsilə insan orqanizminə keçdiyini müşahidə edirik  

15:23
20 May

Azərbaycan və Gürcüstan bilet satış sistemini tam inteqrasiya edərək kassa əməliyyatlarını qarşılıqlı izləyəcək

15:21
20 May

WUF13-də şəhərlərin üzləşdiyi çağırışlar və həll yolları müzakirə olunub  

15:17
20 May

Yelena Qalinovskaya: Dağ yaşayış məntəqələrinin inkişafı həm milli, həm də qlobal əhəmiyyət daşıyır

15:13
20 May

WUF13 çərçivəsində SDG-lərin lokalizasiyası: şəhərlər qlobal gündəmin birgə yaradıcısına çevrilir

15:13
20 May

WUF13-də ahıl insanların layiqli mənzil hüququ müzakirə olunub

15:11
20 May

WUF13 çərçivəsində “Bakı Şəhərsalma Mükafatı” təsis edilib 

15:07
20 May

BMT nümayəndəsi: Biz borclanmanın səviyyəsini azalda bilərik

15:07
20 May

UN-Habitat: “Bakı Şəhərsalma Mükafatı” qlobal təcrübələrin paylaşılmasına və əməkdaşlığa töhfə verəcək VİDEO  

15:03
20 May

Nigeriyada İŞİD-in 175 silahlısı öldürülüb

15:01
20 May

Nigar Arpadarai: Plastik çirklənmə israfçı inkişaf modelinin ən görünən əlamətlərindən biridir 

14:52
20 May

Ədib Benbrahim: Binaların yenilənməsi zamanı ən uyğun həll yollarından istifadə olunmalıdır

14:52
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!