20 May 2026 15:13
120
CƏMİYYƏT
A- A+
WUF13 çərçivəsində SDG-lərin lokalizasiyası: şəhərlər qlobal gündəmin birgə yaradıcısına çevrilir

WUF13 çərçivəsində SDG-lərin lokalizasiyası: şəhərlər qlobal gündəmin birgə yaradıcısına çevrilir


Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 20-də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) yerli səviyyədə təşviqi platforması olan "Local2030" Koalisiyasının və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri (SDG) Lokalizasiyası: Tərəfdaşlıq və innovasiya vasitəsilə sistem dəyişikliyini sürmək" adlı panel sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, "Local2030" Koalisiyasının Katibliyinin rəhbəri Sebastien Vauzellenin moderatorluğu ilə keçirilən paneldə Misir, Finlandiya, Tayland və Kamerundan olan sahə üzrə nümayəndələr, eləcə də akademik dairələrin və şəhər nümayəndələrinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə “Bakıya doğru yol” hesabatı təqdim olunub. Hesabat müxtəlif səviyyələrdə maraqlı tərəfləri səfərbər edərək yerli liderliyə əsaslanan həlləri önə çıxarır, icra mexanizmlərini və ərazi reallıqlarını əks etdirir və bu təcrübələrin “Bakı çağırışına”na inteqrasiyasını təmin edir.

Çıxışlarda vurğulanıb ki, SDG-lərin yerli səviyyədə uğurlu icrası üçün çoxsəviyyəli idarəetmə, güclü tərəfdaşlıq və innovativ yanaşmalar həlledici rol oynayır. Natiqlər həmçinin şəhərlərin və yerli icmaların qlobal gündəmin formalaşmasında artıq icraçı deyil, birbaşa birgə yaradıcısı kimi çıxış etdiyini qeyd ediblər.

Eyni zamanda rəqəmsal həllər, data əsaslı idarəetmə və innovasiya sahəsindəki təcrübələr xüsusi vurğulanıb. Xüsusilə Ərəb regionundan olan nümunələr SDG lokalizasiyası, Könüllü Yerli Hesabatlar, şəhər observatoriyaları və torpaq idarəçiliyi göstəriciləri baxımından regionun mühüm töhfələrini ön plana çıxarıb.

Paneldə, həmçinin şəhər inkişafının 50 illik icmalı, mənzil və qeyri-rəsmi yaşayış məntəqələrinin rolu, şəhər məlumat sistemləri və 2030-cu ildən sonrakı perspektivlər geniş müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Sosial Xidmətlər Konfransında ölkəmizdə aparılan sosial islahatlar diqqətə çatdırılıb

16:41
20 May

Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru: Media təşviq etmək və stimullaşdırmaq üçün vacib aktordur  

16:30
20 May

Kənd təsərrüfati nazirinin müavini Kürdəmirdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

16:28
20 May

Baş prokuror Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib  

16:26
20 May

Panel müzakirə: “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi”-YENİLƏNİB  

16:23
20 May

BMT qlobal iqtisadi artım proqnozunu aşağı saldı

16:21
20 May

Şirvanda “Dövlət qulluqçularının etik davranış qaydaları”ndan söz açılıb  

16:19
20 May

WUF13 çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yüksəksəviyyəli dialoqda iştirak edib

16:15
20 May

Respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb

16:13
20 May

Dünyada 1,1 milyarddan çox insan qeyri-formal yaşayış məskənlərində yaşayır

16:05
20 May

WUF13-ün milli koordinatoru: "Bakı Şəhərsalma mükafatı” həll yollarının miqyasının genişləndirilməsinə xidmət edəcək   

16:04
20 May

Masallıda turizm mövsümünün açılışı ilə əlaqədar görüş keçirilib  

16:03
20 May

Pakistanlı nazir: İqlim böhranının yaratdığı kütləvi miqrasiya ciddi sosial problemlərə səbəb olur

16:01
20 May

Magistraturaya qəbul imtahan nəticələri açıqlanıb

16:01
20 May

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb  

15:56
20 May

Rusiya-Azərbaycan sərhədində ticarət dövriyyəsi 14 faiz artıb

15:55
20 May

Britaniyalı memar: “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə dəvət olunmaqdan şərəf duyuram  

15:46
20 May

Tom de Qruv: Açıq və müqayisə edilə bilən məlumatlar fəlakət risklərinin idarə olunmasında əsas rol oynayır  

15:42
20 May

Platforma direktoru: Məqsədimiz yeni binalarda karbon emissiyasını azaltmaqdır

15:37
20 May

Bakı-Tbilisi-Bakı qatarları ilə gedişhaqqı açıqlanıb

15:33
20 May

WUF13 Azərbaycanın qlobal gündəmdə artan rolunu nümayiş etdirir

15:30
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!