20 May 2026 14:29
381
SİYASƏT
A- A+
Azərbaycan şəhərsalma sahəsində regionun aparıcı dövlətidir  

Azərbaycan şəhərsalma sahəsində regionun aparıcı dövlətidir  


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycanın müasir inkişaf strategiyasının mahiyyətini, milli-mənəvi dəyərlərə söykənən şəhərsalma siyasətini və gələcəyə hesablanmış dövlət baxışını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bu çıxış yalnız şəhərsalma məsələlərinə dair siyasi mövqe kimi yox, eyni zamanda Azərbaycanın müasir dövlət fəlsəfəsinin təqdimatı kimi böyük əhəmiyyət daşıyır.

Bu gün Bakı qədim tarixlə müasirliyin harmoniyasını özündə birləşdirən nadir dünya şəhərlərindən biridir. Bir tərəfdə əsrlərin yaddaşını yaşadan İçərişəhər, digər tərəfdə isə müasir memarlıq nümunələri, innovativ urbanizasiya layihələri və dayanıqlı şəhər mühiti Azərbaycanın inkişaf modelinin necə balanslı şəkildə qurulduğunu nümayiş etdirir. Tarixi irsin qorunması ilə müasir infrastrukturun paralel inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq uğurla həyata keçirilir. Bu yanaşma yalnız memarlıq baxımından yox, həm də milli kimliyin və mədəni yaddaşın qorunması sahəsində xüsusi strateji əhəmiyyət daşıyır.

Məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə şəhərsalma sahəsində regionun aparıcı ölkəsinə çevrilib. Ölkəmiz artıq yalnız öz daxilində quruculuq prosesləri həyata keçirən dövlət kimi yox, beynəlxalq şəhərsalma platformalarında təşəbbüslərlə çıxış edən, qlobal urbanizasiya çağırışlarına töhfə verən etibarlı tərəfdaş kimi qəbul olunur. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də bu istiqamətdə həyata keçirilən siyasətin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Bu qərar şəhərsalma mədəniyyətinin inkişafı, milli memarlıq ənənələrinin qorunması və dayanıqlı yaşayış konsepsiyasının gücləndirilməsi baxımından mühüm strateji addımdır.

Forum çərçivəsində Azərbaycanın qədim şəhərlərinin tarixi-mədəni irsi və memarlıq ənənələrinin xüsusi vurğulanması da böyük qürur hissi doğurur. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və xüsusilə Şuşa kimi şəhərlərimiz əsrlər boyu formalaşmış yüksək memarlıq məktəbinin, zəngin mədəni irsin və milli dövlətçilik tariximizin canlı nümunələridir. Bu şəhərlərin qorunması və gələcək nəsillərə çatdırılması milli irsə verilən dəyərin göstəricisidir.

Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri isə dünya şəhərsalma tarixində xüsusi əhəmiyyətə malik nümunələr sırasında yer alır. Qısa zaman ərzində inşa olunan yollar, tunellər, körpülər, hava limanları, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və sosial infrastruktur layihələri Azərbaycanın güclü siyasi iradəsini və dövlət potensialını açıq şəkildə nümayiş etdirir. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən bu layihələr yalnız quruculuq prosesi deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi və vətəndaş həmrəyliyinin təcəssümüdür.

Eyni zamanda, Bakıda və digər şəhərlərimizdə ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər xüsusi diqqətə layiqdir. Uzun illər ekoloji problemlərlə üzləşən ərazilərin bu gün müasir park və istirahət məkanlarına çevrilməsi, yaşıllıq zonalarının genişləndirilməsi, ekoloji nəqliyyat sistemlərinin tətbiqi və insan amilinin şəhərsalma siyasətinin mərkəzinə yerləşdirilməsi Azərbaycanın “yaşıl şəhər” konsepsiyasına verdiyi önəmin bariz nümunəsidir. Bu siyasət ölkəmizdə urbanizasiya prosesinin yalnız texniki inkişaf üzərində yox, insan rifahı və sağlam yaşayış prinsipləri əsasında qurulduğunu göstərir.

Ümumdünya Şəhərsalma Forumu 13-cü Sessiyasının məhz Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, regional liderlik mövqeyinin və dayanıqlı inkişaf modelinin dünyaya təqdimatı baxımından mühüm hadisə oldu. Bu mötəbər platforma ölkəmizin şəhərsalma, memarlıq, ekoloji inkişaf və müasir yaşayış konsepsiyası sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə daha geniş tanınmasına ciddi töhfə verəcək. Azərbaycan bu gün yalnız inkişaf edən ölkə yox, həm də gələcəyin şəhərlərini formalaşdıran dövlətlərdən biri kimi dünya miqyasında öz nüfuzunu daha da möhkəmləndirir.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb

15:27
27 İyun

Hörmüz boğazında neft tankeri zədələnib

15:09
27 İyun

Hava şəraitinə görə Bakı–Naxçıvan aviareysləri ləğv edilib

14:27
27 İyun

Dünya çempionatı: İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

13:37
27 İyun

Sabah yağıntılı və küləkli hava şəraiti davam edəcək

13:16
27 İyun

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub  

12:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər  

11:56
27 İyun

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

11:37
27 İyun

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqlayıb  

11:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər

11:26
27 İyun

Aktauda yeni konteyner habı Xəzər üzərindən Çin-Avropa marşrutunu gücəndirəcək

11:19
27 İyun

Konqoda Ebola virusuna yoluxma sayı 1203-ə çatıb

11:03
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər

11:02
27 İyun

BMT: Sudan yeni humanitar fəlakətin astanasındadır

10:59
27 İyun

SEPAH regiondakı ABŞ hədəflərinə zərbələr endirib

10:57
27 İyun

Hava şəraiti qeyri-sabit keçir: ən çox yağıntı Sarıbaşa düşüb – Faktiki hava

10:39
27 İyun

Misir ilk dəfə futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb  

10:39
27 İyun

Dünya çempionatı: Yeni Zelandiyaya qalib gələn Belçika qrupunu birinci sırada başa vurub

10:17
27 İyun

Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq

10:09
27 İyun

DÇ-2026: İspaniya qrup lideri kimi pley-offa yüksəlib

10:01
27 İyun

Kabo-Verde dünya çempionatında tarix yazıb

09:34
27 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!