14 Oktyabr 2026 11:38
252
SİYASƏT
A- A+
Azərbaycan təhsilində dünyəvilik prinsipləri və təhlükəsizliyimizin yeni sınağı 

Azərbaycan təhsilində dünyəvilik prinsipləri və təhlükəsizliyimizin yeni sınağı 


Təhsilin inkişafı hər bir dövlətin gələcəyinə, insan kapitalının formalaşmasına və cəmiyyətin intellektual potensialına qoyulan ən əhəmiyyətli sərmayələrdən biridir. Məktəb cəmiyyətin gələcəyinin formalaşdığı, uşaqların biliklə yanaşı, həyata, insan münasibətlərinə, məsuliyyətə və birgəyaşayış qaydalarına hazırlandığı vacib ictimai institutdur. Burada qazanılan biliklər insanın gələcək inkişafına istiqamət verdiyi kimi, məktəbdə formalaşan davranış mədəniyyəti, qarşılıqlı hörmət və sosial münasibətlər də onun şəxsiyyət kimi yetişməsində əsas rol oynayır.  Azərbaycanda məktəbli forması və dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı qəbul edilən qərarları da bu geniş yanaşma kontekstində qiymətləndirmək lazımdır.

Mən hesab edirəm ki, vahid geyim tələblərinin mahiyyəti zahiri görünüşün tənzimlənməsindən daha genişdir. Bu məsələ təhsil müəssisəsində ümumi qaydalara hörmətin, sosial bərabərliyin, peşəkar münasibətlərin və məktəb mədəniyyətinin möhkəmləndirilməsi ilə birbaşa bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində hamının qanun qarşısında bərabərliyi, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən və əqidəsindən asılı olmayaraq hüquq və azadlıqların bərabərliyi təsbit olunub. Konstitusiyanın 42-ci maddəsi isə hər kəsin təhsil hüququnu və dövlətin pulsuz icbari ümumi orta təhsili təmin etmək vəzifəsini müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” və 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in bu kontekstdə diqqətəlayiqdir. Dəyişikliklərə əsasən, müəyyən edilmiş vahid geyim formasının vahidliyini pozan geyimlərin, eləcə də ümumi təhsilin dünyəvi xarakteri prinsipinə zidd olan digər geyim elementlərinin istifadəsi qadağandır. Valideynlər övladlarının müəyyən edilmiş geyim qaydalarına riayət etmələrini təmin etməkdən məsuldurlar. Bu müddəaların mahiyyəti təhsil müəssisələrində vahid yanaşmanı qorumaqdır. Məktəb forması qaydalarına riayət olunmasını hər hansı bir dinə və ya dini inanca qarşı yönəlmiş tədbir kimi təqdim etmək məsələnin mahiyyətini təhrif edir.

        Azərbaycan dünyəvi dövlətdir və Konstitusiyanın 18-ci maddəsinə əsasən, din dövlətdən ayrıdır, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu prinsipin əsas məqsədi təhsil prosesinin elmi biliklərə, ümumi təhsil standartlarına və bütün şagirdlər üçün bərabər təhsil imkanlarına əsaslanmasını təmin etməkdir. Dünyəvi təhsil dini dəyərlərə hörmətsizlik kimi başa düşülməməlidir. Əksinə, müxtəlif inanclara və dünyagörüşlərinə malik insanların bir arada yaşadığı cəmiyyətdə qarşılıqlı hörmətin qorunması, uşaqların fərqli baxışlarla tanış olması və heç bir dini və ya ideoloji təsir altında məcburiyyətə məruz qalmadan inkişaf etməsi vacib əhəmiyyət daşıyır. Təhsil müəssisəsi uşaqlara müstəqil düşünməyi, faktları təhlil etməyi, sual verməyi və fərqli fikirlərə hörmətlə yanaşmağı öyrətməlidir.

       İslam Azərbaycanın tarixi və mədəni həyatında mühüm yer tutur. Ölkədə məscidlərin tikintisi və bərpası, eləcə də dini və mədəni irsin qorunması istiqamətində görülən işlər ölkənin dini dəyərlərə, islam həmrəyliyinə sadiqliyini nümayiş etdirir. Əgər biz ölkəmizdə məscidlərin statistic göstəricilərini nəzərdən keçirsək, görərik ki,  1917-ci ildə Azərbaycanda 3000 məscid mövcud idisə, sonrakı illərdə məlum siyasi  baxşılara və ideologiyaya əsasən,  1927-ci ildə bu rəqəm 1700, 1933-cü ildə isə 17-yə qədər azalıb. Yəni, sovetlərin son dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildən başayaraq, hazır kı dövrə qədər məscidlərin sayı 2389-a qədər yüksəlib. Eyni zamanda, ölkədə 874 pir və ziyarətgah mövcuddur. Ölkə başçısının himayəsi ilə tarixi-dini abidələrimiz, ziyarətgahlar bərpa edilir, yeni ibadət ocaqları inşa olunaraq dindarların istifadəsinə verilir. Hər il İslam dininə aid əlamətdar günlər dövlət səviyyəsində qeyd olunur, Prezident İlham Əliyevin dini bayramlarla bağlı müraciətləri ünvanlanır. İşğaldan azad edilmiş 67 məscidin düşmən tapdağından qurtarılması Azərbaycan dövlətinin dini-mənəvi irsimizə göstərdiyi qayğının və İslam dini qarşısında tarixi xidmətinin ən mühüm nümunələrindən biridir. Ölkədə müsəlman dindar qadınların baş örtüsü (hicab) və ya geyimi ilə bağlı heç bir məhdudiyyət, yaxud qadağa yoxdur. Azərbaycanda qadınların istədikləri dini həyat tərzini seçmək və yaşamaq hüququ Azərbaycan Konstitusiyası və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təmin olunur. Heç kimin ibadətinə maneə yoxdur. Qurani-Kərimin əsas postulatlarından biri  və ən birinci  “təhsil almaq”, “ bilikli olmaq”dır. Bu müqəddəs kitab “Oxu” sözü başlayır. Digər postulatlardan biri isə “dində məcburiyyətin olmaması”dır. Hər bir fərd dini ehkamların icrası ilə bağlı qərarını yetkinlik yaşına çatdıqdan sonra yalnız özü verməlidir.  Bunu utmamalıyıq, qızlarımıza təsir göstərməməliyik, imkan verməliyik ki, müstəqil şəkildə  qərar qəbul etsinlər. 

        Dövlətin dini irsə və təhsil müəssisələrində geyim qaydalarına münasibəti fərqli məsələlərdir. Bunları müqayisə etmək cəmiyyətdə yanlış təsəvvürlərə səbəb ola bilər. Ancaq əfsuslar olsun ki, ardıcıl və məqsədyönlü fəaliyyət göstərən xarici radikal dini-ideoloji mərkəzlər hazırda yaranmış  həssas vəziyyətdən istifadə edərək, ölkəmizə, dövlətimizə, vətəndaşlarımıza qarşı haqsız böhtanlar atır, ölkəmizin  daxili işlərinə qarşırlar. Və uşaqların bu məsələyə cəlb olunması bu problemin xüsusilə həssas aspektidir. Belə ki,  uşaqların təhlükəsizliyini təhdid edən hər hansı bir hərəkət heç bir dini və ya ideoloji inancla əsaslandırıla bilməz. Narahatedici məqamlardan biri dini mövzulardan sui-istifadə etməklə sosial iğtişaşları qızışdırmaq cəhdləridir. Xarici qüvvələrin təsiri altında olan radikal qrupların bu cür proseslərdə iştirakı, eləcə də onların sosial sabitliyi pozmağa və təhsil müəssisələrinə zərər vurmağa yönəlmiş fəaliyyətləri ciddi narahatlıq doğurur. Məktəblərə hücumlar və təhsil mühitində gərginlik yaratmaq heç bir dini və ya ideoloji inancla əsaslandırıla bilməz. Digər tərəfdən, uşaqların dini şüarlar və emosional çağırışlar və təzyiqlər vasitəsilə bu  kimi hüquqazidd hərəkətlərə cəlb edilməsi xüsusi təhlükə yaradır. 

        Və məsələnin ən ağrılı tərəfi odur ki, müxtəlif ölkələrin təsiri altında olan radikal qruplarla yanaşı, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir. Səfirliyimizin önünüdə aksiyalar keçirilir. Yeni Azərbaycan Partiyasının  və Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun son dövrlərdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının  bəzi nümayəndələrinin (o cümlədən Prezidentin baş müşaviri Oktay Saral və bəzi deputatların) Azərbaycana qarşı səsləndirdiyi tənqidi fikirlərə və media kampaniyalarına verdiyi bəyanat olduqca  vacibdir.  Azərbaycan indiyədək iki qardaş partiya və ölkə arasındakı strateji müttəfiqliyi, "Bir millət, iki dövlət" prinsipini nəzərə alaraq tənqidlərə qarşı təmkinli davranıb. Lakin Türkiyə rəsmilərinin və hakim partiya nümayəndələrinin bu kampaniyaya qoşulması artıq sükutu qeyri-mümkün edib. Azərbaycan müstəqil və suveren dövlətdir. O,  balanslı xarici siyasət yürüdür. Digər dövlətlərlə olduğu kimi,  İsraillə münasibətlərin normal dövlətlərarası əlaqələrdir. Azərbaycan  Fələstinə hər zaman dəstək göstərib  (maliyyə, humanitar yardımlar, səfirliyin fəaliyyəti) və "iki dövlət" prinsipinin tərəfdarı olduğunu rəsmi şəkildə bəyan etmişdir. Baxmayaraq ki, Fələstin Azərbaycanın haqlı mübarizəsində yanında olmayıb.  Azərbaycanın təhsil sahəsindəki dünyəvi prinsipləri və daxili qanunvericiliyi müdafiə olunur. Və Bəyanatlarda  da qeyd edildiyi kimi, daxili qərarlar və dünyəvi dövlət quruluşu siyasi manipulyasiya obyekti ola bilməz.  O zaman, xatırlatmaq yerinə düşər ki, Mustafa Kamal Atatürk Türk dünyasının  ilk qadın vəkili və görkəmli hüquqşünas  Sürəyya Ağaoğlunu və bacılarını türk qızlarının, təhsilli və müasir qadınların simvolu hesab edirdi. Bu bir həqiqətdir və danmaq mümkün deyil. Türkiyənin bəzi media resurslarında və fərdləri tərəfindən Azərbaycan Prezidentinə qarşı təhqiredici ifadələrin işlədilməsinin cəmiyyətdə haqlı hiddət doğurduğu vurğulanır. Və bu heç bir halda qəbul edilə bilməz. ən vacib geosiyasi mesajlarından biri məhz bu ifadənin sərhədlərinin cızılmasıdır. Biz  Türkiyə ilə bağlı hər zaman Ulu Öndərimiz Heydər Əliyevin  irəli sürdüyü  siyasi şüarı əsas götürmüşük: “Bir millət- iki dövlət”. "Bir millət" olmaq qardaşlıq və mənəvi bağlar deməkdir, lakin "iki müstəqil dövlət" reallığı heç bir ölkəyə (qardaş Türkiyə belə olsa) digərinin daxili işlərinə qarışmaq, öz ideologiyasını və ya iradəsini diktə etmək haqqı vermir. Azərbaycanın öz daxili siyasətinə, dünyəvi dəyərlərinə və suverenliyinə kənardan gələn hər hansı ideoloji təzyiqə və ya əsassız ittihamlara dözməyəcək, qətiyyətlə mübarizə aparacaq. Hazırda qarşıda duran başlıca vəzifə Azərbaycanın ideoloji təhlükəsizliyinin təmin edilməsi, xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması, gənc nəsli, uşaqları belə təsirlərdən qorumaqdır. Bu işdə hər bir vətəndaş fəal və ayıq-sayıq olmalı, belə cəhdləri ifşa etməlidir. 

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

12:21
14 Oktyabr

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib  

12:13
14 Oktyabr

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər  

12:03
14 Oktyabr

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır  

11:59
14 Oktyabr

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb  

11:46
14 Oktyabr

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir  

11:44
14 Oktyabr

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır  

11:43
14 Oktyabr

Bakıda Azərbaycan-Laos investisiya və biznes forumu keçirilir  

11:40
14 Oktyabr

Azərbaycan təhsilində dünyəvilik prinsipləri və təhlükəsizliyimizin yeni sınağı 

11:38
14 Oktyabr

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir  

11:37
14 Oktyabr

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib  

11:35
14 Oktyabr

Ötən gün 73 cinayətin açılması təmin olunub

11:32
14 Oktyabr

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik  

11:31
14 Oktyabr

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

11:30
14 Oktyabr

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

11:27
14 Oktyabr

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

11:24
14 Oktyabr

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına  

11:18
14 Oktyabr

Azərbaycan nefti 127 dollardan baha satılır 

11:15
14 Oktyabr

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

10:52
14 Oktyabr

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

10:44
14 Oktyabr

III Milli Rəqabət Forumu işə başlayıb

10:32
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!