26 İyun 2026 03:29
426
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında", "Beynəlxalq xüsusi hüquq haqqında", "Tütün və tütün məmulatı haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında","Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Kredit büroları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında"Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında", "Beynəlxalq xüsusi hüquq haqqında", "Tütün və tütün məmulatı haqqında", "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında","Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Çayçılıq haqqında", "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Pambıqçılıq haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Elm haqqında", "Kredit büroları haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında", "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" və "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında"Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu



Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216, № 4 (I kitab), maddələr 315, 318, № 6, maddələr 523, 524, 536, № 7, maddələr 610, 626, № 8, maddələr 738, 741, 743, 744, № 11, maddə 1004; 2026, № 1, maddə 2; Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 366-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 700.4-cü maddə əlavə edilsin:

"700.4. Maliyyə icarəsi fəaliyyəti çərçivəsində daşınar və daşınmaz əmlakın icarəyə verilməsi ilə bağlı münasibətlər "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.";

1.2. 38-ci fəsil ləğv edilsin;

1.3. 909.1-ci maddənin ikinci cümləsində hər iki halda "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin;

1.4. 912.2-ci maddədə "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə, "lizinqverənin" sözü "maliyyə icarəsi verənin" sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 11, 14, 15, 16, 21, № 2, maddə 111; Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 396-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 13.2.14.1-ci maddədə "lizinqi" sözü "icarəsi" sözü ilə əvəz edilsin;

2.2. 14-2.1.3.4-cü maddədə "lizinqindən" sözü "icarəsindən" sözü ilə əvəz edilsin;

2.3.30-cu maddə üzrə:

2.3.1. 30.6.7-1-ci maddənin birinci abzasına "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" sözlərindən sonra", "Maliyyə icarəsi haqqında" sözləri əlavə edilsin;

2.3.2.  30.6.18-ci maddədə "lizinqinə" sözü "maliyyə icarəsinə" sözləri ilə əvəz edilsin;

2.4. 58.7-1.2-ci maddədə "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin;

2.5. 123.1-ci maddədən "(maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla)" sözləri çıxarılsın və həmin maddədə "maliyyə lizinqi" sözləri "Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə maliyyə icarəsi" sözləri ilə əvəz edilsin;

2.6. 125.5-ci maddədən "və ya lizinqə (maliyyə lizinqi istisna olmaqla)" sözləri çıxarılsın;

2.7. 140-cı maddə üzrə:

2.7.1. adında "lizinqi" sözü "icarəsi" sözü ilə əvəz edilsin;

2.7.2. 140.1-ci maddə üzrə:

2.7.2.1. birinci cümlədə "lizinqinin" sözü "icarəsinin" sözü ilə əvəz edilsin;

2.7.2.2. ikinci cümlədə "lizinqi" sözü "icarəsi" sözü ilə, "ödəmələri" sözü "ödənişləri" sözü ilə əvəz edilsin;

2.7.2.3. üçüncü cümlədə "lizinqi" sözü "icarəsi" sözü ilə, "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin;

2.7.3. 140.2-ci maddə üzrə:

2.7.3.1. birinci abzasda "lizinqi" sözü "icarəsi" sözü ilə əvəz edilsin;

2.7.3.2. 140.2.1-ci maddədə "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin;

2.7.3.3. 140.2.4-cü maddədə "haqqının ödəniləcək" sözləri "ödənişlərinin" sözü ilə əvəz edilsin;

2.7.4. 140.4-cü maddədə "lizinqi" sözü birinci halda "icarəsi" sözü ilə, ikinci halda "icarəsi fəaliyyətini" sözləri ilə, "lizinqi üzrə icarə ödəmələrinin" sözləri "icarəsi ödənişlərinin" sözləri ilə, "ödəmələr" sözü "ödənişlər" sözü ilə əvəz edilsin;

2.7.5. 140.5-ci maddədə "icarəni" sözü "maliyyə icarəsini" sözləri ilə əvəz edilsin;

2.7.6. 140.6-cı maddədə "lizinqi" sözü "icarəsi" sözü ilə əvəz edilsin;

2.7.7. 140.7-ci maddə üzrə:

2.7.7.1. birinci cümlədə hər iki halda "lizinqi" sözü "icarəsi" sözü ilə əvəz edilsin;

2.7.7.2. üçüncü cümlədə hər üç halda "lizinqi" sözü "icarəsi" sözü ilə, hər iki halda "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin;

2.8.164-cü maddə üzrə:

2.8.1. 164.1.2-ci və 164.1.2-1-ci maddələrdə "lizinqi" sözü "icarəsi" sözü ilə əvəz edilsin;

2.8.2. 164.1.25-ci maddədə "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin;

2.8.3.164.1.34-1-ci maddədən "mülkiyyət hüququnun keçməməsi şərtilə" sözləri çıxarılsın və həmin maddədə "lizinqə (icarəyə)" sözləri "icarəyə" sözü ilə əvəz edilsin;

2.8.4. 164.1.50-ci maddədən "və ya lizinqə" sözləri çıxarılsın. 

Maddə 3. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 1; 2025, № 6, maddə 524, № 8, maddə 743) 26.1.2.8-ci və 39.2.4-cü maddələrində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 4. "Müflisləşmə və iflas haqqında" Azərbaycan RespublikasınınQanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 24-1-ci maddə 24-2-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 24-1-ci maddə əlavə edilsin:

"Maddə 24-1.Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin xüsusiyyətləri

24-1.1. Borclu maliyyə icarəsi alanın öhdəlikləri üzrə kreditorların, o cümlədən təminatlı kreditorların tələbləri borclumaliyyə icarəsi alanın sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə yönəldilə bilməz.

24-1.2. Maliyyə icarəsi verən borclu maliyyə icarəsi alanınsahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektini bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş bildiriş əsasında geri götürə bilər. Əmlak inzibatçısı maliyyə icarəsi verənlə qarşılıqlı razılaşmaya əsasən maliyyə icarəsi ödənişlərinin ümumi dəyərinin maliyyə icarəsi müqaviləsi üzrə ödənilməmiş hissəsinin vaxtından əvvəl ödənilməsi və maliyyə icarəsi obyektinin borclu maliyyə icarəsi alanınmülkiyyətinə keçirilməsi ilə bağlı tədbirlər görə bilər. 

24-1.3. Borclu maliyyə icarəsi verənin öhdəlikləri üzrə maliyyə icarəsi alanınsahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə dair kreditorların, o cümlədən təminatlı kreditorların tələbləri yalnız maliyyə icarəsi verənin "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan və maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqlarına yönəldilmiş hesab olunur. Bu halda tələbləri təmin edilmiş kreditorlara maliyyə icarəsi verənin vəzifələri də keçir.". 

4.2. 41-ci maddənin 1-ci hissəsinin"g" bəndində "lizinqdə" sözü "maliyyə icarəsində" sözləri ilə əvəz edilsin.

Maddə 5. "Taxıl haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 491 (Cild I); 2024, № 2, maddə 132) 6.6-cı maddəsində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 6. "Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 708 (Cild I) aşağıdakı məzmunda 25.1.3-1-ci maddə əlavə edilsin: 

"25.1.3-1. maliyyə icarəsi müqaviləsində - icarəyə verənin;".

Maddə 7. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 568 (Cild I); 2024, № 7, maddə 745; 2026, № 1, maddə 21) 9.3-cü maddəsində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 8. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626, № 12 (I kitab), maddələr 1118, 1129; 2026, № 1, maddələr 8, 13, 20) aşağıdakı dəyişikliklər edilsin:

8.1. aşağıdakı məzmunda 2.0.8-4-cü və 23-4-cü maddələr əlavə edilsin:

"2.0.8-4. maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi;";

"Maddə 23-4. Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi

8.2. 26.2-ci və 26.4-cü maddələrdə "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 9. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 318, № 5, maddə 432, № 7, maddə 609, № 8, maddə 741; 2026, № 2, maddə 103)15.9.3-1-ci maddəsinə "İnvestisiya fondları haqqında" sözlərindən sonra ", "Maliyyə icarəsi haqqında" sözləri əlavə edilsin.

Maddə 10. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130 (Cild I); 2024, № 2, maddə 138; 2025, № 1, maddə 1, № 4 (I kitab), maddə 318, № 5, maddə 432; 2026, № 2, maddə 111) 32.1.2-ci, 75.1.2-ci maddələrində və 79.1-ci maddəsinin birinci cümləsində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 11. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603 (Cild I); 2025, № 1, maddə 16, № 2, maddə 100, № 6, maddə 536, № 7, maddə 630, № 8, maddələr 738, 744; 2026, № 1, maddə 13) 6.1.2-ci, 6.1.4-cü və 13.9.3-cü maddələrində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 12. "Çayçılıq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 881 (Cild I); 2024, № 4, maddə 365) 5-ci və 9.4-cü maddələrində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin. Maddə 13. "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 992 (Cild I) 10.2.3-cü maddəsində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 14. "Atçılıq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 399 (Cild I) 32.4-cü maddəsində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 15. "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72 (Cild I); 2025, № 4 (I kitab), maddə 318, № 5, maddə 432) 15.2.2-ci maddəsində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 16. "Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 576 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 7, maddə 612) 4-cü və 20.1.2-ci maddələrində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə17. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788 (Cild I); 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 315) 53.2-ci maddəsində hər iki halda "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 18. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I); 2024, № 6 (I kitab), maddə 631, № 7, maddələr 747, 751, № 8, maddə 933; 2025, № 1, maddə 16, № 3, maddə 215, № 4 (I kitab), maddə 314, № 5, maddə 433, № 6, maddə 524, № 7, maddə 626, № 8, maddə 733) 3.4-cü maddəsinə "Qiymətli kağızlar bazarı haqqında" sözlərindən sonra ", "Maliyyə icarəsi haqqında" sözləri əlavə edilsin. 

Maddə 19. "Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1231 (Cild I); 2024, № 4, maddə 365) 13.1.9-cu maddəsində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 20. "Elm haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1366 (Cild I); 2024, № 12 (II kitab), maddə 1339) 1.0.33-cü maddəsində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 21. "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 1997 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 11, maddə 1193; 2025, № 4 (I kitab), maddələr 318, 323) aşağıdakı dəyişikliklər edilsin:

21.1. 2.0.4-cü maddədə "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin;

21.2. 12-ci maddə üzrə:

21.2.1. 12.1-ci maddəyə "təşkilatları" sözündən sonra  "və maliyyə icarəsi fəaliyyətini həyata keçirən digər şəxslər" sözləri əlavə edilsin;

21.2.2. 12.2.1-ci maddədə "lizinq" sözü birinci halda "maliyyə icarəsi" sözləri ilə, ikinci halda "icarəyə" sözü ilə əvəz edilsin;

21.3.15.5-ci maddəyə "təşkilatı" sözündən sonra "və yamaliyyə icarəsi fəaliyyətini həyata keçirən digər şəxs" sözləri əlavə edilsin;

21.4. 22.6-cı maddəyə "təşkilatları" sözündən sonra "və maliyyə icarəsi fəaliyyətini həyata keçirən digər şəxslər" sözləri əlavə edilsin. 

Maddə 22. "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053 (Cild I); 2024, № 12 (II kitab), maddə 1347; 2025, № 1, maddə 6, № 5, maddə 440, № 8, maddə 743, № 10, maddə 895, № 12 (I kitab), maddə 1118) 3.4.1-ci maddəsində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 23. "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 753 (Cild I); 2024, № 12(II kitab), maddə 1334; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanunu) 4.3.7-ci maddəsində "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə" sözləri "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri ilə, "lizinqi" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 24. "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 15 (Cild I); 2025, № 4 (I kitab), maddə 318) 11.2-ci maddəsində "lizinq" sözü "maliyyə icarəsi" sözləri ilə əvəz edilsin.

Maddə 25. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 37(Cild I); 2025, № 5, maddə 432, № 7, maddələr 625, 626) 1.1.8-ci maddəsində "maliyyə lizinqi xidmətləri göstərən şəxslər" sözləri "maliyyə icarəsi verənlər" sözləri ilə əvəz edilsin.

Maddə 26. Bu Qanun "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VII Qnömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 26 may 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

Nazir müavini: AQEM Gənclər Şurasının 9-cu iclasında 17 ölkənin nümayəndə heyəti iştirak edir

12:45
26 İyun

Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər

12:43
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!