30 Dekabr 2024 01:34
250
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilməsi haqqında

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I);2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 55-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 259-cu maddə üzrə:

1.1.1. adında "ağac" sözü "olaraq ağacları, kolları və ya digər yaşıllıqları" sözləri ilə əvəz edilsin;

1.1.2.  259.1-ci maddənin dispozisiyasında "Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların" sözləri "Ağacların" sözü ilə əvəz edilsin;

1.1.3.  259.1-ci maddənin sanksiyasında"beş min manatdan yeddi min manatadək miqdarda" sözləri "cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında" sözləri ilə, üçüncü halda "iki" sözü "üç" sözü ilə əvəz edilsin;

1.1.4.  259.2-ci maddənin sanksiyasında "yeddi min manatdan doqquz min manatadək" sözləri "cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək" sözləri ilə əvəz edilsin;

1.1.5.  259.3-cü maddənin sanksiyasında "doqquz min manatdan on bir min manatadək" sözləri "cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək" sözləri ilə əvəz edilsin;

1.1.6. aşağıdakı məzmunda 259.4-cü maddə əlavə edilsin:

"259.4. Bu Məcəllənin 259.1-259.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklədörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.";

1.1.7. "Qeyd" hissəsinin 1-ci və 2-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

"1. Bu Məcəllənin 259-cu və 260-cı maddələrinin müddəaları kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.

2. Bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində "xeyli miqdar" dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdanartıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində "külli miqdar" dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə "xüsusilə külli miqdar" dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.";

1.2. 260-cı maddə üzrə:

1.2.1. adında "Meşələri və" sözləri "Ağacları, kolları və ya" sözləri ilə əvəz edilsin;

1.2.2. 260.1-ci maddənin dispozisiyasında "meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və" sözləri "ağacları, kolları və ya" sözləri ilə əvəz edilsin və həmin maddənin dispozisiyasına "zədələmə" sözündən sonra "xeyli miqdarda ziyan vurmaqla törədildikdə" sözləri əlavə edilsin; 

1.2.3. 260.1-ci maddənin sanksiyasında "min manatdan iki min manatadək miqdarda" sözləri "cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında" sözləri ilə əvəz edilsin;

1.2.4. 260.1-1-ci maddənin sanksiyasında "iki min manatdan dörd min manatadək" sözləri "cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək" sözləri ilə əvəz edilsin;

1.2.5. aşağıdakı məzmunda 260.1-2-ci və 260.4-cü maddələr əlavə edilsin:

"260.1-2. Bu Məcəllənin 260.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə-

cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.";

"260.4. Bu Məcəllənin 260.2-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə altı ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.";

1.2.6. 260.2-ci maddənin dispozisiyasında "meşələri və ya meşə fonduna daxil olmayan ağac və ya kol əkililəri və" sözləri "ağacları, kolları və ya" sözləri ilə əvəz edilsin; 

1.2.7. 260.2-ci maddənin sanksiyasında "iki min manatdan üç min manatadək" sözləri "cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək" sözləri ilə əvəz edilsin; 

1.2.8. 260.3-cü maddənin sanksiyasında "üç min manatdan yeddi min manatadək miqdarda" sözləri "cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında" sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 43.1-ci maddəyə "272.3," rəqəmlərindən sonra "272-1, 274.4, 274-1," rəqəmləri əlavə edilsin;

2.2. 253-cü maddə üzrə:

2.2.1. adında "Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların" sözləri "Ağacların" sözü ilə əvəz edilsin;

2.2.2.  253.2-ci, 253.3.1-ci, 253.3.2-ci, 253.3.3-cü, 253.4-cü, 253.5.1-ci, 253.5.2-ci və 253.5.3-cü maddələrin dispozisiyasında "kol əkililərinin" sözləri "kolların" sözü ilə əvəz edilsin;

2.2.3. aşağıdakı məzmunda 253.6-cı maddə əlavə edilsin: 

"253.6. Odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə -

fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.";

2.2.4. "Qeyd" hissəsi üzrə:

2.2.4.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habeləxüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir.";

2.2.4.2.  3-cü bənddə"kol əkililərinin" sözləri "kolların" sözü ilə əvəz edilsin;

2.3.  253-1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"253-1.2. Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə-

vəzifəli şəxslər beş min manat miqdarında cərimə edilir.";

2.4. 272-ci maddə üzrə:

2.4.1. adında "ov" sözü "ya ov etmək" sözləri ilə əvəz edilsin;

2.4.2. 272.3-cü maddənin dispozisiyasında "Ov" sözü "Balıq və digər su bioresurslarının ov etmək" sözləri ilə əvəz edilsin; 

2.4.3. 272.3-cü maddənin sanksiyasından birinci halda vergül işarəsi çıxarılsın;

2.4.4. aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilsin:

"Qeyd. Bu Məcəllənin 272-ci və 272-1-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.";

2.5. aşağıdakı məzmunda 272-1-ci və 274-1-ci maddələr əlavə edilsin:

"Maddə 272-1. Ov etmək qaydalarının pozulması

Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə-

inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.";

"Maddə 274-1. Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə edilməsi

Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə -

min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.";

2.6. 274-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 274. Heyvanlarla rəhmsiz rəftar edilməsi

274.1. Heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə -

beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

274.2. Bu Məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə-

səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

274.3. Bu Məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda -

min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

274.4. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda -

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur."; 

2.7. 291-ci maddə üzrə:

2.7.1. adına "daxil edilmiş" sözlərindən sonra "və ya xüsusi mühafizə olunan" sözləri əlavə edilsin;

2.7.2. dispozisiyasına "xüsusi" sözündən əvvəl "ya" sözü əlavə edilsin;

2.7.3. sanksiyası aşağıdakı redaksiyada verilsin:

"fiziki şəxslər min manatdan min üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 noyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq - Proqnoz  

15:01
01 Yanvar

Azərbaycan idmançılarının 2025-ci il üçün ilk reytinqi açıqlanıb  

14:48
01 Yanvar

Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

14:35
01 Yanvar

Baş nazir: “2024-cü il Gürcüstan üçün son dərəcə ağır il olub”  

14:32
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!